Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


18.01.2023  18:50 

Hansı cəmiyyət üçün daha qorxuludur: qanmadan söymək, yoxsa..?





A+  A-

Hər kəs bu ölkəni düzəltməyə çalışır. Özü də fərdi şəkildə. Buna görə əslində çox şey eləməyə qadir olsaq da, heç nə edə bilmirik. Biz fərdi şəkildə çox istedadlı və yaradıcı adamlarıq. Məsələn: bizim fərdi şəkildə ölkəni düzəltməyə çalışmağımız ona bənzəyir ki, sanki hamımıza cəmiyyət üçün faydalı olacaq bir insan düzəltmək tapşırılıb.

Biz nə edirik? Birimiz qulaq, birimiz qaş, birimiz göz, digərimiz burun, başqa birimiz isə ağız düzəltəməyə çalışırıq. Bu zaman qaş düzəldən, göz düzəltməyə çalışanın gözünü çıxardır. Ağız düzəldən, burun düzəldənin burnunu vurub əzir, bunun da acığına burun düzəldən ağız düzəldənin ağzını cırır. Nəticədə cəmiyyətin bir şey düzəltmək əvəzinə olan qalanı da vurub dağıtdığını görən yuxarılar, cəmiyyətə daha faydalı olmaq üçün ona qulaq düzəltməyə çalışanların da "qulağı"ndan yapışıb "basır içəri". Ağzı cırılan cəmiyyət isə buna etiraz edə bilmir, səsi çıxmır. Bilir ki, səsini çıxarsa, dilini dartıb dibindən qoparanlar başının üstündə dayanıb.

Beləcə cəmiyyətin fərdi olaraq gələcək üçün qurduğu xəyallar suya qərq olur. Nəticədə tək-tək çarpışaraq yorulan cəmiyyətin nəyi varsa Vasif Talıbov, Yaqub Eyyubov kimi vəzifəlilər silib-süpürüb, yığıb-yığışdırıb əlindən alır. Bununla da cəmiyyət hər gün daha pis vəziyyətə düçar olur, daha acınacaqlı duruma salınır.

Sonra da özünü-sözünü qanmayan bir gənc çıxıb polisi söyür. Çünki polisin nə iş gördüyündən, polisin kim olduğundan, kimi qoruğundan xəbəri yoxdur. Onun gözündə polis adamları döyən, onları zorla həbs edən, xalqın, dövlətin pulunu dağıdanları görməyən, rüşvətxor məmurlar qarşısında özünü korluğa vuran səlahiyyət sahibidir. Bu gəncə bunu təlqin edənlər onu qızışdırıb meydana çıxarırlar. Özünü-sözünü bilməyən gənc də başlayır polisi söyməyə. Onun söyüşlərini həzm edə bilməyənlər isə (Kimlikləri bəlli deyil, polis də ola bilər) bu gənci öz qeyri-etik metod və üsulları ilə başa salırlar. Başına bant bağlayır, saçlarını qırxır. Bununla da polisi söyməyin bədəlini göstərməyə çalışırlar (Bu hərəkət ən çox Vasif Talıbovun polislərinə aid idi, sonu yaxşı qurtarmadı). Amma bunu edənlər unudur ki, Daxili İşlər Nazirliyinin illərdi damcı-damcı toparladığı imici bir hərəkətlə yerə vururlar. Həmin şəxsi haqsız ikən, haqlı duruma salırlar. Halbuki, o adama əsl polisin kim olduğunu, hansı vəzifəni daşıdığını, polisin elə başlıca vəzifəsinin onu qorumaq olduğunu başa sala bilsəydilər, daha gözəl olmazdımı? Bəlkə buna görə gəncin ağlı başına gəlib, üzr də istəyərdi, nə bilmək olar?

Məsələnin maraqlı tərəfi isə odur ki, bu ölkədə "Polisdən daha çox polis olan" mülki vətəndaşlar var. Onlar günahkar şəxsin bu hala salınmasını alqışlamaqla qalmır, hər vəchlə buna haqq qazandırırlar. Bu adamlar o adamlardır ki, həmişə haqqın yox, güclünün yanında olublar. Özünu qanmayan gənci hər vəchlə sındırmağa və təhqir etməyə haqq qazandıranlar, xalqın milyardlarla pulunu yeyən məmurlar haqqında yazılan yazıları like etməyə belə qorxurlar. Bu isə ona bənzəyir ki, biri qanmadan söyür, digəri isə onun söyüşünü qanaraq həyata keçirir. Birinin etdiklərinə cəmiyyət susur, digərini isə linç etməyə çalışır.

İndi isə əsl sual budur, bunlardan hansı cəmiyyət üçün daha qorxuludur: qanmadan söymək, yoxsa bəzi məmurların qanaraq söyməkdən daha betər etdikləri? Xahiş edirəm, buna cavab verin!

Elmar Hüseynov

Xəbər 3592 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +