Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


16.01.2023  15:05 

Urbanizasiyası qurbanizasiyaya çevrilən ölkəmin, vətəndaşımın problemi necə çözülməli?





A+  A-

Baxıram, yeni bir müzakirə açılıb. Hərçənd bunu yenə rusdilli "5-ci kalon"un tin uşaqları açmış olsalar da, region adamı və şəhər adamı, kəndlərdən gələnlərin şəhərləri doldurması, guya şəhərlərin daha üstün sosial-mədəni, məişət həyatını korlaması, eybəcərləşdirməsi kimi yanlış qənaətlər, ümumilikdə isə urbanizasiya prosesinin fəsadları, zərər və ziyanları barədə tezislər, deyilənlər bütün dövrlərdə aktual olub.

Çox uzağa getməyək, təzim edəndə ikiqat olduqları, məsələn, soykökü Qərbi Azərbaycanın Sisian kəndindən, özü Naxçıvandan olan nə qədər adamın çıxıb gəlib şəhər həyat tərzinə yaxşı mənada əlavə dəyər, rəng qatdığını niyə unudub bəziləri?

Hamı yazır, fikir bildirir, ancaq əksəriyyət yenə detalları qovur, əsl mahiyyətə gələn yoxdur, ya da buna cəsarətləri çatmır. Çözüm, həll yolları haqqında düşünən yoxdur.

Bir tək dostumuz Vidadi Məmmədov bir az yaxınlaşdı işin mahiyyətinə, yaxşı da ad qoydu bu urbanizasiyaya: Qurbanizasiya! Di gəl, indi rusdilli məktəblərdə tərbiyə alan "5-ci kalon"un bu tin uşaqlarına Azərbaycan türkcəsində olan bu sözü izah elə. İzah elə ki, urbanizasiya niyə qurbanizasiyaya dönüşüb bu gözəlim Respublikamızda..?!

Bir başqa dəyərli jurnalist dostumuz Vüsal Məmmədov da maraqlı paylaşım edib, kəndlərdən şəhərlərə axının eybəcər xarakter alması barədə qısa, ancaq anlamlı fikirlər bildirib. Onun yazdığına ilk şərhim bu oldu ki, həmin yazısını bu ölkəni idarə edən və bu günə qoyanların direktinə də göndərsin.

Ardınca isə ürəyim tab gətirmədi bunları da əlavə etdim: Respublikanın içində ayrıca bir "Bakı dövləti" quranlar gərək bu barədə on dəfə yox e, yüz dəfə düşünsünlər. Xalqlar, toplumlar başlıbaşına buraxıla bilməz, idarəedənlər mütləq bütün sahələr üzrə fərqli-fərqli sosial qəliblər hazırlamalı və toplumu bu sosial-məişət qəlibləri içində formaya salmalıdırlar. Bu bir sistem işidi, lakin xaotik, harda qırıldı-qırıldı idbar yanaşmasının nəticəsidir ki, indi bu hallar bizi əzir.

Nəhəng adam Ottomar Bismark vahid Almaniya dövlətini qurandan sonra, kürsüyə qalxır, knyazlıqlara həmrəyliyə görə təşəkkür edir və ilk sözü bu olur: İndi sıra alman xalqını yaratmaqdır" - baxın, indi haqqında oxuyanda dilimiz-dodağımız uçuqlayan o dəqiq və məsuliyyətli alman xalqı özü belə, yaradılıb dünən-srağagün, buna qədər isə belə bir xalq olmayıb, yerində vəhşi, barbar, mədəniyyətdən uzaq, yırtıcı bir xalq olub.

Necə yaradılıb? Sistemli insan cəmiyyətində mövcud olma və yaşama ilə bağlı ictimai-birgəyaşayış qaydalarına, təlimatlara söykənən sosial-məişət qəlibləri sayəsində..

Məsələn, bir növ, bizim nümunəvi olmasına zərrə şübhə eləmədiyim ASAN XİDMƏT kimi - məlum oldu ki, sən demə, azərbaycanlılar bir-birinin belinə çıxmadan, hayküy qoparmadan, söyüş söymədən də, mədəni formada sıraya durub, nömrə götürüb işlərini həll edə bilirmiş. Özü də bu yerlərdə rayon və kəndlərdən gələnlərin sayı yerli şəhər camaatından on dəfələrlə çox olur. Nə söyüş editmişəm, nə basabas, nə fit çalan, nə də hayküy. Deməli, məsələ hardan gəlməyində deyil, məsələ adamlara nə təklif etməkdə və onları necə idarə etməkdədi.

Bu sosial qəlibləri artırmaq lazımdı, Əfəndilər!

Görünən bu ki, elə bil kimsə istəmir bu xalq, bu toplum özünü, gerçək mənini tapsın, mədəni olsun.

"..Ay hər kəs öz evindən başlasın", nə bilim, "...ay hər kəs elə özündən başlasın" kimi sarsaq, sərsəm və avaragor məntiqini qoyaq e bir kənara, olmur belə, heç olmayacaq da, yoxdur belə bir həqiqət!

Canlı təbiətdən (meşə həyatı, tənha adada robinzonkruzoluq və s) fərqli olaraq, insan cəmiyyəti qanunları, qaydaları, bəşəri sistemi olan konkret bir təsisatın içindədir və istisnasız şəkildə həyatın hər üzü ilə əlaqədar hazır sosial, yaşam qəlibləri olmalı, insanlar o qəliblərin içində yeni bir mən, yeni bir insan tipi formalaşdıraraq mövcud olmalıdırlar, vəssalam! Bunu da idarəedənlər yaradır və yaxud yaratmalıdır.

Alternativ fikirləri, tövsiyələri dinləmək və yerinə yetirmək mədəniyyətinə, dövlətçilik ərkanına, ənənəsinə sahib olsalar idarəedənlər, o zaman əl-ələ verib toplumumuzu da, dovlətimizi də düzəldə bilərik, problemlərimizi bir-bir cəm yumruqla vurub aşırda bilərik, düz yola çıxa bilərik, inanın, mümkündür. Axı belə ölkə idarə olunmur, vallah-billah, tillah belə ölkə idarə olunmur. Bahalı maşınlarda, bahalı qəstum-kalestokda, qlamur görünməkdə, bahalı restoranlarda, bahalı məkanlarda, elit yerlərdə hava atmaqla deyil e, bu konkret bir işdir, iş. İşləmirlər!

Son nəticədə də, bax, vətəndaşlar arasında bu cür neqativ, bəzən iyrənc, həmrəyliyimizi pozan fikir toqquşmalarına zəmin yaranır. Lakin belə olmamalıdır. Belə olmaya bilər..

Mirzə Rəşad Bakuvi
AY Partiya başqan müavini


Xəbər 932 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +