Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


12.01.2023  21:46 

İxtisar vacibdirsə, xeyir ola, dayanmadan adamlarınızı işə qəbul edirsiniz?





A+  A-

AMEA, İsa Həbibbəylinin və onun himayə etdiyi alimçiliyin caynağında can verir.

Quruma ayrılan milyonlarla manatın taleyi təriflərin qurbanı olub. Təkcə Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ölkə Prezidentinin ayırdığı 2 milyonun müqabilində institutda elementar iş şəraiti yoxdur. Məhz İ.Həbibbəylinin AMEA-nın Humanitar və İctimai elmlər üzrə vitse-prezidenti olduğu dövrdə təkcə Dilçilik İnstitutuna ayrılan yüz minlərlə qrantların qaranlıq taleyi, yenə də İsa Həbibbəylinin və Möhsün Nağısoylunun baş redaktorluğu ilə dövlət vəsaiti hesabına nəşr edib mükafatlandırdıqları bədxasiyyətli plagiat kitab İsa Həbibbəylinin və onun himayə etdiyi saxta alim dəstəsinin ixtisarı üçün kifayətdir! Daha ixtisar etmək üçün bu dövlətə akademşəbəkənin vurduğu ziyanın 0,1 faizini də vurmayan, bir tikə çörəyə möhtac namuslu yetim-yüsür axtarmağa ehtiyac yoxdur!

Sual olunur: İxtisar vacibdirsə, xeyir ola, dayanmadan adamlarınızı işə qəbul edirsiniz? Elə bilirsiniz baş qarışıqdır, heç kəs görmür, bilmir və ya görməyəcək, bilməyəcək? Bu da 2018-ci il oldu? İnstitutun sirlərini ifşa etdiyim üçün üstümə qoçu gətirdiniz? Yığışdırın, bu qrupbazlığı, dostbazlığı, şəbəkələşməni!

Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda saat 11.00 radələrində qəfləti reyd keçirilib. Həmin saat və həmin dəqiqə otaqda olmayanların siyahısı tərtib olunub.

İndi onlardan yazılı izahat tələb olunur. Baş akademikin kefi belə istəyibmiş. Məsələn, kefi istəyir, plagiat və saxta kitablara baş redaktorluq edir, dövlət büdcəsi hesabına həmin kitabları nəşr etdirir və ehtişamlı təqdimat şənlikləri keçirir. Kefi istəyir, milyonlarla qrantların taleyinə biganə qalır, kefi istəyir, ölkə başçısının yürütdüyü siyasəti əməli surətdə dəstəkləyən, işbaz akademiklərin əməllərini ifşa edənləri gözüm-çıxdıya salır, təhdid edir, sıxışdırır və s.

(Keçən il yanvarın 21-də Ramiz Mehdiyevi bəhanə edib üstümə hücum komandasını məhz İsa Həbibbəyli vermişdi. Onun himayə etdiyi sevimli kadrları isə bu tapşırığı canla-başla yerinə yetirməyə çalışmışdılar. Hətta İ. Həbibbəyli ilə həmplagiat olan şəxslər üstümə şər də atacaqmışlar. Həmin vaxt xəstə olub instituta getməməyim məni onların sui-qəsdindən müvəqqəti də olsa, xilas etdi).

Ekspertlərin rəyinə görə, akademiyadakı keyfi davranışların məqsədi ölkə başçısının gördüyü işlərə kölgə salmaq və taleyüklü problemlərin həlli istiqamətində atılan addımları sabotaj etməkdir. İrtica bütün gücü ilə dirəniş göstərir. Bunun uzantıları AAK-a qədər gedib çıxır. Dövlətə sədaqətlə xidmət edən və bu gün ölkədə təmizləmə əməliyyatının önündə gedən bəzi dövlət adamları ağlagəlməyən və alimə yaraşmayan davranışlarla gözdən salınmağa çalışılır, bu işdə onların qohum-əqrabasından xaincəsinə və namərdcəsinə sui-istifadə edilir. Bu, xain, vecsiz davranış olmaqla, həm də alim qılafında çox iyrənc və təhlükəli fəaliyyətdir.

Əgər AMEA-da ixtisardan söhbət gedirsə, elmi dərəcə və titulundan asılı olmayaraq, ilk növbədə, işbazlar, dövlət əmlakını mənimsəyənlər, rüşvət alıb-verənlər, dövləti gözdən salmaq hesabına varlananlar, elmi saxtalaşdırmaq yolu ilə mənəviyyatı korlayıb büdcəni dağıdanlar, özlərini və gül balalarını vəzifələrə yerləşdirənlər, xalqı var-yoxdan çıxaranlar, yaltaq xəyanətkarlar, gizli satqınlar və bu qəbildən olan “elmlər doktoru”, “professor”, “akademik” dərəcə və titulları ilə bəzədilmiş, maaşları 500-700, bəzən 1000 mant civarında olan, di gəl ki, dövləti, xalqı aldatmaq yolu ilə mülklərə sahiblənmiş “baş direktor”, “icraçı direktor”, “şöbə müdiri” və digər vəzifələrlə zinətləndirilmiş zərərli, son dərəcə təhlükəli yaltaq və məddahları təmizləmək, yəni ixtisar etmək zəruridir.

Yoxsa 350-400 manat aylıq çörəkpulu alan yetim-yesiri də öz adamları ilə əvəzləmək ixtisar deyil, istiqbahdır!...

İdris Abbasov
Professor


Xəbər 510 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +