Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.01.2023  09:26 

“İlk fürsətdə Qazaxın 7 kəndi və Kərki azad olunacaq“





A+  A-

"Kərki kəndi Zəngəzur dəhlizi faktoruna görə, strateji əhəmiyyətə malikdir".

XəzərNews.az xəbər verir ki, bu barədə AY Partiya Başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi çıxış edib.

Onun sözlərinə görə, indi belə xəbərlər gəzib-dolaşır ki, 2023-cü ildə Azərbaycanla Ermənistan arasında daha bir qanlı müharibənin olması ehtimalı var:

"Artıq çox nüfuzlu beynəlxalq hərbi nəşrlər, informasiya orqanları da etibarlı mənbələrə istinad etdiklərini iddia edərək xəbər verirlər ki, guya hərbi toqquşma qaçılmazdır. Həm də belə yazırlar ki, baş verə biləcək müharibə uzun çəkməyəcək, lakin nəticələri Ermənistan üçün dramatik olacaq. Qərb analitikləri dramatik deyəndə nələri nəzərdə tutduqlarını açıqlamayıblar, ancaq hər bir halda bu söz müəyyən ehtimallar irəli sürməyə ip ucu verir. Əslində, elə biz də hər zaman vurğulayırıq ki, əgər iki ölkə arasıda sülh yoxdursa, barış ümidləri hər dəfə suya düşürsə, deməli, mübaribə proqnozları hər zaman aktual olaraq qalacaq. Hər kəsin bir versiyası var, mənim də öz versiyam var".

Rəşad Bakuvinin ehtimalına görə, rəsmi Bakı bu dəfə də israrla əl uzatdığı, təkid elədiyi sülh danışıqlarından bir nəticə əldə etməsə və hərbi əməliyyata əl atsa, o zaman böyük ehtimal var ki, yaranan ilk fürsətdəcə məhz Qazaxın 7 kəndi və Naxçıvandakı Kərki kəndini geri almaq əsas mühüm hədəf olacaq:

"Qərbin tirajladığı "müharibə olarsa, bunun Ermənistan üçün dramatik nəticəsi olacaq" cümləsinin arxasında, bax, bu dayana bilər. Azərbaycan 2020-ci ildən bu yana sırf bu məsələdə də kifayət qədər səbr nümayiş etdirib və ortada nəticə yoxdur, bu yaşayış məntəqələri hələ də Azərbaycanın yurisdiksiyası altında deyil. Hazırda bununla əlaqədar ən yüksək səviyyədə ciddi hərbi-siyasi məsləhətləşmələrin, müttəfiqlərlə qarşılıqlı fikir alış-verişinin getdiyinə zərrə şübhə eləmirəm. Səhv etmirəmsə, dövlət başçısı Əliyev ən son Fransa prezidenti Makronla telefon danışığında məhz bu kəndləri xatırladaraq demişdi ki, Ermənistan əldə olunmuş razılaşmalara (10 noyabr üçtərəfli atəşkəs bəyannaməsi) dair üzərinə götürdüyü bir sıra öhdəliklərini icra etmir, eləcə də məlum kəndləri Azərbaycana təhvil vermir. Bəlli olur ki, Qazaxın 7 kəndi və Kərki kəndi məsələsi prioritetdir. Bu, həm də, hərbi eskalasiya olacağı halda, Ermənistanın havadarlarının arta biləcək siyasi təzyiqlərinə "...Azərbaycan müstəsna hüququ olan suveren ərazilərini geri qaytarır, ədaləti və hüququ, beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bərpa edir" cavabını yaradacaq və beynəlxalq müstəvidə də haqlı tərəf kimi önə çıxaracaq rəsmi Bakını. Çünki hərbi planda başqa hədəflərin qoyulması, düşünürəm ki, indiki kritik məqamda, nə rəsmi Bakıya sərf edir, nə də buna gərək var".

AY Partiya rəsmisinin fikrincə masada məhz Qazaxın kəndləri və Kərkinin hərbi yolla geri qaytarılması planı var:

"Təsadüfi deyil ki, Rusiya da ötən illərdən məhz o istiqamətdə hərbi baza inşa etməyə başlamışdı. Bu da rəsmi Bakının və hərbi komandanlığın diqqətindən qaçmayıb. Həmçinin ötən ilin sonlarından etibarən Naxçıvanda baş verənlərin həm də bununla əlaqədar olma ehtimalı güclüdür. Mən, qısamüddətli də olsa, hərbi toqquşma olacaqsa, məhz bu istiqamətlərdə uğurlu əməliyyatların olacağını gözləyırəm. Kərki kəndi Zəngəzur dəhlizi faktoruna görə kifayət qədər strateji əhəmiyyətə malikdir".

XəzərNews.az

Xəbər 817 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +