Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


06.01.2023  10:26 

Kasıbın manatı, Çovdarovun 30 milyonu, Talıbovun milyardları...





A+  A-

Hər gün insanlarımızdan onlarla məktub alırıq. Yaşadıqları ağır sosial-iqtisadi durumla bağlı şikayətlənir və bu problemləri işıqlandırmağımızı, həllinə yardım etməyimizi istəyirlər. Hətta irad tuturlar ki, biz acından ölürük, siz İrandan-Turandan danışırsınız.

Əlbəttə ki, anlayıram.

İnsanlarımızı indi ən çox narahat edən məsələ gündəlik dolanışığın hər gün daha da çətinləşməsidir. Qabaqlar ən aşağı gəlirli insanlar şikayət edirdilərsə, indi normal maaş alan adamlar da sosial-iqtisadi planda həyatlarından, güzəranlarından şikayətçidirlər.

Əhalinin pul gəlirləri bahalaşma və inflyasiya fonunda sürətlə azalmaqdadır.

180 manat sosial müavinət, 246 manat minumum istehlak səbəti və ya ehtiyac meyarı. Rəqəmlər hər şeyi deyir, əlavə sözə gərək yoxdur.

Bu rəqəmlərin yanında başqa rəqəmlər də var: Akif Çovdarovun 30 milyonu, Səlim Müslümovun 20 milyonu, Vasif Talıbovun milyardları, oğlanlarının müğənnilərə bağışladığı milyonlar və s.

Siyahını çox uzatmağa ehtiyac qalmır. Vəziyyət zatən dözülməzdir və uzun yazı ilə xalqımızın səbrini tükətməyək. Xalq problemlərinin həllini istəyir və bunun üçün də siyasilərdən tək istədiyi onların dərdini danışmaq, içtimailəşdirməkdir. Bəlkə hakimiyyət bizim tənqidimizdən nəticə çıxarar, bu problemləri çözər. Xalq düz düşünür. Bəli, belə də olmalıdır əslində. Amma əziz xalqım, doğrusunu bilmək də haqqındır. Azərbaycan müxalifətinin elə bir gücü, resursu yoxdur ki, hakimiyyətə təzyiq edə bilsin. Hakimiyyət illərdir, əlindən gələni edib ki, ölkədə normal tənqid üzərində rəqabət yaradıb, fəaliyyət göstərən, bəlli maddi qaynaqlara malik müxalif partiya olmasın.

Başa düşmədilər ki, müxalifət demokratik cəmiyyət üçün nəfəs borusudur, inkişafın dinamikasını təşkil edən alətdir.

Siyasi partiya bir institutdur. Əzələsi, beyni olan institut. Bu institutlar dövlət marağına uyğun fəaliyyət göstərməlidir. Dövlətə qarşı cəmiyyətdə dolaşıqlıq yaradacaq hər bir qüvvəyə qarşı durmağa gücü olmalıdır.



Dövlət isə siyasi hakimiyyət deyil. Dövlət: xalqdır, siyasi-ictimai institutlardır və siyasi hakimiyyətdir. Bu üç kompanent bir yerdə Dövlət adlanır.

Siyasi müxalifəti olmayan və ya sıxılmış, əzilmiş müxalifətə sahib cəmiyyət inkişaf edə bilməz. Siyasi hakimiyyət isə xarici təhdid qarşısında məğlub olar. Nəticədə millət və dövlət uduzar.

Cəmiyyətdə hörməti, arxasında gücü olmayan iş bacarmazlardan müxalifət obrazı yaratmağın sonu siyasi və ideoloji fiaskodur.

Azərbaycan müxalifətini “satılmışlara”, “xainlərə” və müxalifətin bu duruma düşməsi səbəbindən hakimiyyətə nifrət qusan tərəflərə böldülər.

Məhz dövlət anlayışına yanlış yanaşmanın nəticəsində ölkədə ya iqtidara işləyən partiyalar yaradıldı, ya da siyasi partiyalara düşmən gözü ilə baxıldı.

Elə bir toplum formalaşdırdılar ki, “ancaq söy, aqressiv ol, səni bəyənim”, - deyir. “Amma nə olursa olsun, düşündürəcək bir şey demə!”

Siyasi hakimiyyəti söyməyi demokratiya uğrunda savaş kimi qəbul etdirdilər.

Elə hakimiyyətin də əsas məqsədi bu idi: Xalq düşünməsin, aktiv siyasətlə məşğul olmasın. Siyasətlə məşğul olanlar isə cəmiyyətdə danışıq və hərəkətləri ilə gülüş doğursun. Davranışları ilə hakimiyyətə alternativ kimi görünə bilməsinlər. Hakimiyyət tənqid olunacaqsa, bunu xalqın içində nüfuzu olan kəslər deyil, əksinə, heç bir nüfuzu olmayan şəxslər etməlidir.

Bu oyuna gəlməyən digər kəsimi isə passiv siyasətə cəlb etməyin yolunu xalqın başını sosial-iqtisadi problemlərindən qaldıra bilməməsini təmin etməkdə gördülər.

Hakimiyyətin siyasəti budur ki, Azərbaycan insanı maliyyə azadlığı əldə edə bilməsin, düşünə bilməsin, daim hökumətin qəpik-quruşuna möhtac qalsın...

Yəni, bir tikə çörək verirlər ki, hər gün onu da itirmək təhlükəsini xatırlayan xalq başını qaldırıb haqqını tələb edə bilməsin.

Yaxşı, bu durumda sizin bizdən gözləntiniz ənənəvi olaraq klassik siyasi düşərgənin etdiyini təkrarlamaqdırmı?



Xeyir əzizlərim, biz bu fəaliyyətdən uzağıq.

Klassik siyasi düşərgənin təmsilçiləri kimi bir tikə çörəyə möhtac olan xalqı söyüş taktikası ilə qorxudub, dəyişim prosesindən çəkindirməyi elə xalqa ən böyük zərbə kimi görürük. Axı, biz siyasət adamları yaxşı bilirik ki, xalqda nifrətə və şiddətə yönəlik istənilən dəyişiklik qorxu ilə assosiasiya olunur. Buna görə də xalq uzun illərdir, siyasi taleyinə etinasızlıq göstərir. Bəs, ölkənin siyasi partiyaları bu etinasızlığı ortadan qaldırmağa çalışan hansı fəaliyyəti göstərir?

Əksinə, təhqir və nifrət qusmaqla bu sistemin işinə yarayırıq. Çünki Azərbaycan xalqı mayası nifrətlə yoğrulmuş dəyişikliyi rədd edir.

Həm də bu səbəbdən Azərbaycan müxalifəti son 20 ildə güclənmək əvəzinə zəiflədi.

Düşdüyümüz bu nifrətin içindən çıxmalıyıq, çıxmağa məcburuq. Biz bu çəmbərdən çıxmağın yolunu cəmiyyətin baxışlarının yenilənməsində görürük. Hakimiyyətin hansı rejimi ifadə etməsindən asılı olmayaraq, strateji ağıl və siyasi zəka söyüşsüz, şiddətsiz, nifrətsiz münasibətlər sistemi tələb edir. Başqa cür 30 ildə Azərbaycan hakimiyyəti ilə müxalifətinin böyük bir hissəsinin əl-ələ verib, beşiyində boğduqları siyasi institutları bərqərar etməyimiz, yeni siyasi ab-hava yaratmağımız mümkün deyil.

Unutmayaq ki, siyasi partiyanın funksiyası sadəcə tənqid deyil, həm də təftiş etməkdir.

Xanımlar və bəylər!

Lütfən İrandan-Turandan, demokratik dəyərlərdən, azad və ədalətli seçkilərdən, hüquq təminatından danışmağımızı doğru anlayın.

Sizin bütün sosial-iqtisadi problemlərinizi həll etməyin, bu problemləri qabardaraq, çıxış yolları tapmağın, normal fəaliyyət göstərə bilməyimizin yolu öncə sadaladığım problemləri çözməkdən keçir.

Bizə demokratiya nəfəs kimi, hava və su kimi lazımdır.

Bunun yüzlərlə səbəbi olsa da, bir tək səbəb yetər: Demokratiya qəddar və əxlaqsız tiranların hökmranlığına yol vermir. Demokratiya vətəndaşlara qeyri-demokratik quruluşların vermədiyi və heç vaxt verə bilməyəcəyi əsas hüquq və azadlıqları verir.

Amma milli kimlik və milli şüur olmayan yerdə demokratiya və azadlıq fikrinin irreal göründüyünü də qeyd etməliyik.

Seçkilərdə öz insanına uduzmaq, estafeti təhvil vermək dövləti məğlub etməz. Bunu görməzdən gələn siyasi hakimiyyət və ya siyasi partiyalar isə bir medalın iki üzüdür.

Azərbaycan insanı hər dəfə bu medalı gördükdə onda yaranan ikrah hissindən dolayı siyasətdən qaçır, taleyinə biganə yanaşır. Bu biganəlik də ən azından ağır sosial-iqtisadi problemlər yaradır. Bu üzdən əziz xalqım, sizə tək sözümüz budur: Ətin, yağın, unun bahalaşmasının qarşısını almaqla bağlı tədbir görməyə imkanımız olmasa da, bir məsləyə gücümüz çatacaq: AY Partiya xalqın aktiv siyasətə gəlişini əngəlləyən bir medalın iki üzünün bu oyunu pozacaq. Siz sadəcə bu oyunda passiv seyrçi olmayın.

Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyası Başqanı


Xəbər 700 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +