Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


04.01.2023  14:36 

Yaxşı insan olmaq nə deməkdir?





A+  A-

Bəzən hansısa arzumuzun, istəyimizin həyata keçməsinə əmin olduğumuz halda məsələ alınmır, bəzən isə alınmasına cüzi ümid etdiyimiz arzumuz, istəyimiz gerçək olur. Bu nə deməkdir?

Öncə onu bilməliyik ki, hər şey insandan, yəni bizdən başlayır. İnsan teoremdirsə, onun isbatı var, amma kainatda hər şeyin insandan başlaması aksiomdur.

Dünyada gözə görünən və görünməyən hər bir varlıq, yoxluq, hamısı enerjidir. Arzu, xəyal, yuxu kimi mücərrəd isimlər də enerjidir.

Bütün dinlərdə dua da enerjidir.

Mücərrəd enerjilərin təməlində inam dayanır. Yəni sən rus dilində dua etsən, ingilis dilində, fransız dilində dua etsən, alman dilində küfr etsən, fərqi yoxdur, hamısı enerji ötürməkdir.

Nənəmin dilində desək, biz normal hayat yaşamaq istəyiriksə, sosial məsələlərdən tutmuş inanc hissinə, dini rahatlığa qədər yaxşı insan olmaqdan başqa çarəmiz yoxdur.

Nə tökərsən aşına, o da çıxar qaşığına - deyimi burda yerinə düşür.

Fiziki qanunlara əsasən deyə bilərik ki, təsir əks təsirə bərabərdir.

Dinlərin dilində desək, tanrı yaxşı insanları mükafatlandırıb pis insanları cəzalandıracaq.
Ədəbi yanaşsaq, sən yaxşılıq et, pislərə öz pislikləri kifayətdir.

Hüquqi dildə desək, məhkəmələr millətin vicdan hissi, dövlətin ədalət tərəzisidir.
Yəni, hər şey bizdən başladı və davam etdi.

Kimsə sual edə bilər ki, bu dünyada o qədər pis insan var, hansı ki, vicdanı da rahatdır, həyatı da. Gözəl sualdır. Kainatda hər şeyin enerjisi olduğunu dedik, mücərrəd isimlərin də. Hətta sözlərin də enerjisi var. Pis və yaxşı sözlərini götürək. Biri var deyək ki, filankəs yaxşı adamdır, biri də var deyək filankəs pis adam deyil. Birinci fikirdə filankəsin adının yanında yaxsi və adam sözlərini işlətdik, ikincidə isə, pis və adam.

Kainat və Tanrı şəkilçiləri tanımır, yəni bütün dillərdə şəkilçilərin enerjisi yoxdur, çünki məna kəsb etmir.

Hansısa pis adamın milyonlarla insana zülm etməsi də bu yazılmamış qanunlara əsaslanır. Yəni sən pis adam olub kainatı aldada bilərsən, filankəs yaxşı insandır, filankəs pis insan deyil - fikirləri kimi. İki cümlənin mənası eynidir, amma ötürdüyü enerji fərqlidir. Mənfi və müsbət enerjilər kimi. İki mənfi ədəd toplanır, qarşısında mənfi işarəsi qoyulur, amma biri mənfi, biri müsbət olanda böyükdən kiçiyi çıxıb böyüyün işarəsini qoyuruq. Bu da yaxşı insan olmağın riyazi ifadəsi.

Yəni bir millətin içindən Polad Həşimov da çıxır, Ramiz Mehdiyev də. Sən tanrını da aldada bilərsən, kainatı da, amma əbədiyyəti, sonsuzluğu və tarixi kimsə aldada bilməz.

Ona görə də nənəmin dilində desək, yaxşı insan, yaxşı vətəndaş, yaxşı Yer sakini olmaqdan başqa çarəmiz yoxdur.

Elşad Barat

Xəbər 1112 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +