Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


31.12.2022  15:27 

Bəlkə monqolları dəvət edək tıxac probleminin həli üçün?





A+  A-

Nə edək bəlkə monqolları dəvət edək tıxac probleminin həli üçün? Belə bir istehzaya rast gəldim. Xeyirxah niyyətlə deyilmiş fikir kontekstdən qoparılaraq yeni lağ-lağı trendinə çevrilib. İstehza Bakı nəqliyyatına məsul şəxslərə yönəlsə də, müqayisə üçün aşağılanan tərəf monqollardır. Əslində buna layiq deyillər.

Monqolustanı öz ərazisi sayan (Птица не курица, а Монголия не заграница), iki vəhşi, nəhəng imperiya ilə sərhəddən başqa xaricə çıxışı olmayan bir ölkəni tapdaq altında qalmaqdan xilas etmək, dünyanın mədəni, sivil xalqlar ailəsinə üzv etmək üçün apardıqları mübarizədən, müasir seçkili demokratiyasından ibrət almaq lazımdır, ağız büzmək yox.

Yalnız əraziləri deyil, tarixləri, tarixi şəxsiyyətləri də hər iki imperiya tərəfindən oğurlanır, mənimsənilir, Çingiz Xanı gah slavyan, gah çinli elan edirlər, bizim qıpçaq və karluk qardaşlarımız da fürsət tapdıqca o tarixi öz qazanlarına çömçələyirlər. Ancaq izlədiyim qədər heç bir monqol siyasətçisi çıxıb demir ki, gəlin, Çingizilərdən imtina edək, onların qurduğu dövlətdə türk -uyğur dili hakim idi, bizə nə dəxli?

Heç bir monqol ziyalısı demir ki, Çingizi dövlətinin paytaxtları monqol irsi yaratmayıb-Qaraqorum türklərə; Xanbalıq isə türk, mancur və çinlilərə fayda verib, bizə yox. Demir ki, paytaxtı Xanbalıq(Pekin) olan imperiya tarixini öyrənmək monqol ruhuna xəyanətdir. Amma bizdə çox rahat şəkildə bu fikirləri Səfəvilər haqda deyib, o tarixi qonşu xalqlara peşkəş edə bilənlər saya-hesaba gəlməz.

Tıxac məsələsinə gəlincə... Çingizi imperiyasının ən ucqar nöqtələri arasında sistemli rabitənin təşkili üçün yamçı(sonrakı adı çapar) xidməti yaradılmışdı. Bir atın çapa bildiyi məsafədə mənzilbaşı edilir, bu məqsədlə xüsusi yamxanalar salınırdı. Xanbalıqdan indiki Lvova baratın çatma müddəti cəmi bir həftə çəkirdi. İndi ən müasir təchizatı, fil boyda büdcəsi olan Azərbaycan rabitəsi də mənim Bakıdan göndərdiyim baratımı Naxçıvana elə bu müddətə, bəzən də iki dəfə artıq vaxta çatdırır.

Yamxanalar imperiyanın həyatı üçün o qədər əhəmiyyətli idi ki, onlar ətrafında bəzən böyük yaşayış məntəqələri, inkişaf etmiş mahallar yaranırdı. Yeri gəlmişkən, Cənubi Azərbaycandakı dialektlərdən biri Yamxana dialekti adlanır, o dialektə xas feilin indiki zaman şəkilçisinin "r" ilə deyil, "y" ilə deyilməsini də bəzi tədqiqatçılar klassik uyğur dilinin təsiri hesab edirlər.

Bir problem çıxan kimi həmən varyaq, legioner çağırmaq da çıxış yolu deyil. Koreyalılar gəlmiş, Bakıda guya tıxac probleminə son qoyacaq intellektual nəqliyyat sistemi də qurmuşdular. İndi hər gün ömrümüzü tıxaclarda xərcləyəndə hamımız anlayırıq ki, bu layihə üçün illərlə ayrılan pullar əslində havaya sovrulub. Büdcəni növbəti dəfə belə yelə vermək , havaya sovurmaq kimə lazımdır axı? Bir səhvi dönə-dönə təkrarlamaq, öz ömrünü eksperimentlərə qurban vermək heç bir xalxa-monqolun ağlına gəlməz.

Çingizilərinsə nəinki ağlına gəlməz, belə səhvə görə "Yasa"nın ən sərt cəzasını kəsməyə tərəddüd etməzdilər. Çıxış nə varyaq çağırmaqda, nə də köntöy görməmişi qlamur görməmişlə əvəz etməkdə deyil. Əgər doğrudan da, Bakıda nəqliyyat probleminə son qoymaq istəsəydik, indiyədək səslənən yüzlərlə ağıllı təklifi öyrənər, sistemləşdirər və tətbiq edərdik. Daha büdcəni heç bir faydası olmayacaq növbəti meqalayihələrlə yükləmək davasına qalxmazdıq.

Cəmaləddin Quliyev

Xəbər 749 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +