Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


26.12.2022  10:29 

30 gün komada qalan 28 yaşlı qadın ayıldı





A+  A-

Avtoqəza nəticəsində olduqca ağır yaralanan, 30 gün koma vəziyyətində qalan 28 yaşlı qadının həyatı xilas edilib.

XəzərNews.az xəbər verir ki, məlumatı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu verib.

Kliniki Tibbi Mərkəzə gətirilərkən ağır və dərin koma vəziyyətində olan xəstədə hemodinamika pozğunluğu, ağır kəllə-beyin travması aldığı müəyyən edilib.

Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, xəstə 30 gün süni tənəffüs aparatında qalıb və müvafiq müalicələr alıb.

Xəstə 8 noyabrda yol-nəqiliyyat hadisəsi nəticəsində ağır travma alıb və özəl tibb müəssisələrindən birinə çatdırılıb. Noyabr ayının 11-də həddən artıq ağır vəziyyətdə, təcili yardım vasitəsi ilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Tibbi müayinələrdən sonra xəstəyə müştərək qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sol təpə gicgahın zədələnməsi, sol tərəfli qabırğaların çoxsaylı sınığı, sol dirsək və sol körpücük sümüklərinin sınığı diaqnozu qoyulub. Bir aydan sonra dekabr ayının 12-si xəstə süni tənəffüs aparatından ayrılıb. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Huşu aydındır, komandaları yerinə yetirir, süni tənəffüs aparatına ehtiyac yoxdur. Yaxın günlərdə palataya köçürülməsi planlaşdırılır.

Xəstənin atası Rahib Hacıyevin sözlərinə görə, hadisə istirahət məqsədi ilə İsmayıllı rayonunda olan zaman baş verib.

Hadisə noyabr ayının 7-si, axşam saatlarında baş verib. Bu barədə noyabr ayının 8-i bizə məlumat verildi və biz İsmayıllı rayonuna getdik. Təcili yardım maşını vasitəsi ilə qızımı özəl xəstəxanalardan birinə apardıq. İki gün özəl xəstəxanada müalicəsi davam etdi. Lakin müalicənin davam etməsi üçün pul çox lazım idi. Mən TƏBİB-ə müraciət etdim, qızımın müalicəsinin dövlət tibb müəssisələrində davam etdirilməsi üçün kömək istədim. Təcili yardım maşını ilə qızımı Kliniki Tibbi Mərkəzə köçürdülər. O qədər ağır vəziyyətdən onu həyata qaytarmağı bacardıqları üçün həkimlərə öz təşəkkürümü bildirirəm. Qızımın daha da yaxşı olub, ayağa qalxacağına inanıram.

Məlumat üçün bildirək ki, gənc xanımın bütün müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb.

Xəbər 505 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +