Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


21.12.2022  21:43 

Masallı taekvondoçusu respublika çempionu oldu





A+  A-

Masallı idmançısı yeniyetmələr arasında taekvondo üzrə Azərbaycan birinciliyinin qalibi olub.

XəzərNews.az xəbər verir ki, 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Mətləb Əliyev bütün rəqiblərinə qalib gələrək respublika çempionu adına sahiblənib. O, Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Sadiq Ağayevin yetirməsidir.

Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışlar iki gün (20-21 dekabr) davam edib.

Azərbaycan Taekvondo Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilik ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin, həmçinin ustalığının artırılması məqsədi daşıyır.

Əlavə edək ki, gənc taekvondoçularımız dayanq üzərinə dekabrın 22-23-də çıxacaqlar. Dekabrın 24-də isə böyüklər arasında Azərbaycan çempionatının mükafatçıları müəyyənləşəcək.

Akif AĞAYEV

Xəbər 2896 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +