Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


14.12.2022  17:25 

Aksiyaya ilk gündən qatılan jurnalistlər: Ruslar vəziyyəti gərginləşdirdi - FOTO





A+  A-

3 gündür Şuşa-Laçın yolunda ictimai fəallar və QHT nümayəndələrinin keçirtdiyi etiraz aksiyasına ilk gündən bir sıra media nümayəndələri də qoşulub. Bu gün Bakıya qayıdan həmin jurnalistlər aksiyanın gedişatı və ordakı ab-hava ilə bağlı təəssüratlarını Bakupost.az -la bölüşüblər.

Jurnalist Niyaz Niftiyev Şuşa-Laçın yolunda aksiyanın sivil qaydalara uyğun olaraq həyata keçirildiyini bildirib:

“Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasının məqsədi bəllidir. Biz ilk etirazçi qrup olaraq dekabrın 12-si səhər saatlarından ərazidə olmuşuq. İlk mərhələdə aksiyada 100-dən çox ictimai fəal iştirak edib. Artıq sonrakı mərhələdə istirakçikarin sayı çoxalmağa başladı.

Məqsədimiz Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı etirazdır. Bildiyiniz kimi, işğal altındakı torplaqlarda mövcud olan 3 qızıl yatağı uzun illər Qarabağ separatçılarının və Ermənistan hakimiyyətinin varlanma mənbəyinə çevrilib. Kəlbəcər rayonu ərazisində yerləşən Zod, keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq və Zəngilan rayonundakı Vejnəli qızıl yataqları hər il ermənilərə on milyonlarla dollar qanunsuz qazanc gətirir. Vejnəli və Zod yataqları ilə yanaşı, sülhməramlı kontingentin nəzarəti altında qalan Qızılbulaq yatağının istismarı barədə lisenziya Azərbaycan hökuməti tərəfindən bir neçə il əvvəl ABŞ şirkətinə verilib.
Prinsip etibarilə müharibədən sonra ABŞ şirkəti orda müvafiq işlərə başlamalıdır. Amma sülhməramlılar onlara şərait yaratmır. Əksinə ermənilərin həmin yataqları istismar etmələrinə göz yumurlar".

Niyaz Niftiyev bildirib ki, bu vəziyyət uzun müddət belə davam edə bilməzdi:

"Biz ermənilərin iddia etdiyi kimi yolu bağlamamışıq, sadəcə həmin yolda etiraz aksiyası keçiririk. Yəni çadırlarımızı da o şəkildə yerləsdirmışik ki, heç kimə mane olmayaq. Hətta elan etdik ki, təcili yardım maşınları ilə bağlı heç bir problem yoxdur. Lakin sülhməramlılarılar vəziyyəti gərginləşdirmək üçün özləri yolu tam bağladılar. Bunu sübut edən fotolar və videolar da var. Biz yolun cəmi 100-150 metrlik hissəsində aksiya keçiririk. Aksiya dinc şəraitdə, sülhməramlı kontingentin fəaliyyətinə mane olmamaq şərtilə davam edir. Əlbəttə, soyuqdur, çətindir, amma proses davamlı olmalidir. İlk qrupumuzla artıq dünən axşam Bakıya qayıtdıq. Çunki belə bir ictimai təşəbbüsdə iştirak etmək istəyənlər kifayət qədərdir, ehtiyac yaransa, yenə gedəcəyik”.

N.Niftiyev erməni mətbuatı və blogerlərinin yenə dezinformasiya yaymasına da diqqət çəkib:

“Onlar şəxsən məni və digər jurnalist həmkarımızı öz cəmiyyətlərinə və dünyaya terrorçu, xüsusi təyinatlı kimi təqdim edir, fotolarımızı paylaşırlar. Amma biz dinc, silahsız bir aksiya iştirakçısı olmuşuq. Ermənilər və rusların qeyri-qanuni hərəkətləri uzun müddət davam edə bilməz. Düşünürəm ki, bu aksiya onların ekoloji terroruna son qoymalıdır. Tələbimiz də budur.”



"Şuşa-Laçın yolunda toplaşan insanların əsas tələblərindən birinin Rusiya sülhməramlılarının rəhbəri Andrey Volkovun onlarla görüşüb suallarını cavablandırmasıdır".

Bunu isə “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib.
Onun sözlərinə görə, 3 gündür Volkovdan heç bir xəbər yoxdur:

“Aksiya bu gün də davam edir. İnsanlar artıq müəyyən qrupla əvəz olunur. Hava şəraitinə görə aksiyaya yeni qruplar qoşulur. Aksiyanın ilkin tələbi odur ki, rus sülhməramlılarının nəzarəti altında olan ərazidə mədənlərin qanunsuz istismarına son qoyulsun, həmin mədənlərdə Azərbaycanın müvafiq dövlət qurumlarının monitorinq aparılmasına rus sülhməramlıları tərəfindən şərait yaradılsın. Ancaq Adrey Volkov 3 gündür ki, aksiyaçılarla görüşə gəlmir. Bu da aksiyanın fasiləsizliyinə dəlalət edir. Volkovun bu davranışı aksiyaçılara, ictimai fəallara, ekoloqlara, jurnalistlərə, ümumilikdə Azərbaycan xalqında qarşı hörmətsizlikdir. O, sülhməramlı missiyanın komandanıdır və hər iki tərəfə münasibətdə neytral mövqe tutmalıdır. Xüsusən Azərbaycan tərəfini dinləməyə ona görə borcludur ki, hazırda bizim ərazimizdə fəaliyyət göstərir. Rusların ərazidə çadır qurması, ağır texnikalar gətirməsi onu deməyə əsas verir ki, aksiyaçıların iradəsini sınağa çəkmək istəyirlər. Düşünürlər ki, aksiyaçılar nə vaxtsa yorulacaqlar və onların tələbləri yerinə yetirilməyəcək”.

Aksiyada iştirak etmək istəyənlərin sayının gün-gündən çoxaldığını vurğulayan A.Camal ermənilərin bu dinc aksiyanı humanitar terror adlandırmasına da münasibət bildirib:

“Bizə ölkənin hər yerindən, tanıyıb-tanımadığımız hər kəs müraciət edir ki, aksiyaya necə qoşulaq? Get-gedə aksiyaçıların, əvəzedici qrupların sayı artır. Əgər bu gün həmin yol ermənilər üçün yeganə nəqliyyat yoludursa, bu nə zamansa açılacaq. Azərbaycan burada hansısa humanitar fəlakət yaratmaq və yaxud kimisə çətin durumda qoymaq istəmir. Aksiyanın məqsədi də ondan ibarət deyil ki, ermənilər blokada vəziyyətində qalsın. Burada əsas tələb qanunsuz mədən işləri ilə bağlıdır. Bu bölgədə ermənilərə aidiyyəti olmayan, üçüncü ölkələrdən gələn iş adamları Azərbaycanın təbii sərvətləri ilə istədikləri kimi davranırlar. Rusiyanın bölgədə cavabdehlik daşıyan hərbi kontingenti və onun rəhbərliyi isə lazım olan addımları atmır.

Biz orada olduğumuz müddətdə Şuşada işləyən yoldaşlarımız dedi ki, 2 gündür , Xankəndidəki ermənilər işıqları söndürmürlər. Halbuki gecə həyatı var. Sanki çamadan əhval-ruhiyyəsində dayanıblar. Bu nə zamana qədər belə olacaq? Təhlükə ilə yaşayacaqlar? Ona görə də nəhayət ki, ermənilər onları illərlə süründürən Araiklərin, Vardanyanların arxasınca getməməli, iradələrini ortaya qoymalı və Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi yaşamalıdırlar. Bu da aksiyanın elan olunmamış mesajlarından biridir”.



“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli aksiyanın, əslində, Azərbaycanın humanistliyinin növbəti ifadəsi olduğunu deyib:

“Xalqımız 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsində nə qədər möhtəşəm xalq olduğunu sübut etmişdi. Hazırda o möhtəşəmliyi növbəti dəfə Xankəndi-Şuşa-Laçın-Gorus yolunda - sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidə artıq 3 sutkaya yaxındır yaşayırıq. Nə baş verdiyini artıq nəinki Azərbaycan, bütün dünya bilir. Rusiya sülhməramlıları bölgəyə yerləşdiriləndə onlar üzərinə çox ciddi öhdəliklər götürüblər. Əslində, yeganə öhdəlikləri yerləşdikləri ərazidə təhlükəsizliyi təmin etməkdir. Amma onlar ötən müddətdə mandatlarına aid olan işi görmədilər. Separatçı, qanunsuz erməni silahlı birləşmələri bu gün də sülhməramlıların nəzarətindəki Azərbaycan ərazilərindədır və təxribatları, ekoterroru davam etdirirlər. Onların özbaşınalığı o həddə çatdı ki, monitorinq üçün Qarabağa gedən azərbaycanlı mütəxəssisləri silahla təhdid etdilər. Beləliklə, ermənilər xarici şirkətlərlə birlikdə Azərbaycanın sərvətlərinin - qızıl, molibden yataqlarının qanunsuz istismarını, talanının sülhməramlılara arxayın olaraq davam etdirmək istədiklərini ortaya qoydular. Azərbaycanın fəal vətəndaşları bu dözülməz vəziyyətə etiraz etmək üçün Laçın yolunda, – hansı ki, orada nəzarəti müvəqqəti olaraq sülhməramlılar həyata keçirir, – dinc aksiyaya başladılar. Üçüncü gündür aksiya davam edir, sülhməramlılar Xankəndi və Laçın istiqamətdə yolu qapadıb. İndi ermənilər həyasızcasına iddia edir ki, guya azərbaycanlılar Laçın yolunu bağlayıb. Azərbaycanlılar sadəcə, sərvətlərimizin talanına etiraz edir, bu məsələ həll olunmayana qədər də nümayişi dayandırmamaqda israrlıdır. Hadisə yerində olduğum müddətdə Azərbaycan xalqının hər an yumruq kimi birləşib, istənilən milli məsələni həll etməyə qadir olduğunu bir daha gördüm. Əslində, erməni talanına, sülhməramlıların nəzarətindəki ərazimizdəki varvarlığa qarşı bu cür etiraz forması Azərbaycanın humanist prinsiplərə sadiqliyinin göstəricisidir. Azərbaycan həmin ərazidə hər an antiterror əməliyyatlarına başlamaq hüququna malikdir. Ancaq vətəndaşlarımız dinc aksiya keçirərək həm sülhməramlılardan, həm də beynəlxalq təşkilatlardan qanunsuzluqların aradan qaldırılmasını tələb edir. Ona görə də bəzi qərəzli təşkilatların, ölkələrin azərbaycanlıların erməniləri blokadada saxlaması haqda dedikləri heyrət doğurur. Onlar fərqinə varmalıdır ki, bu dinc aksiya ən humanist variantdır. Ona görə də buna adekvat reaksiya verilməli, tələblər yerinə yetirilməlidir".
Elşad Məmmədli bildirib ki, aksiyanın birinci günü 150-dən artıq QHT-nin nümayiş etdirdiyi əzm və iradə böyük bir hərəkatın başlanmasına səbəb oldu:

"Azərbaycan mediasının aksiyaya verdiyi vacib dəstək insanların Şuşaya axınına səbəb oldu. Soyuq hava şəraiti olmasına baxmayaq, maddi təminat yüksək səviyyədə təşkil olunur. Dünən əlavə olaraq, 200-dən artıq könüllü aksiyaya qoşuldu. Məndə olan məlumata görə, artıq aksiya iştirakçıların sayı 500-ü ötüb. Aksiyanın davamlılığın təmin etmək üçün növbəli sistemin tətbiqinə başlanılıb”.



İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə də aksiyanın davam edəcəyini bildirib:

“Mübarizəmiz davam edir. Ölkənin ərazi bütövlüyünün müdafiəsi və Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması ilə bağlı ədalətli tələblərə dəstək olaraq ölkənin müxtəlif bölgələrindən getdikcə daha çox insan aksiyanın keçirildiyi yerə gəlir.Media nümayəndələrinin kəsin soyuq hava şəraitində yüksək peşəkarlıq nümayiş etdirməsinin aksiyanın genişlənməsində mühüm dəstəyi oldu.

Vətənpərvər gənclər etiraz aksiyasına xüsusi rəng qatdı. Eyni zamanda dünən axşam tərəfi xeyli saytda QHT nümayəndəsi yenidən aksiyaya qoşulub. Həddən artıq insan aksiyaya qoşulmaq istəyir. Hazırda aksiya QHT-lər, ekoloqlar, jurnalistlər, ictimai aktivistlər təmsil olunurlar. Azərbaycanın müvafiq qurumları da aksiyaçıların təhlükəsizliyini və sağlamlığı ilə bağlı məsələlərini diqqətdə saxlayır.

Aksiyaçıalrın tələbi ondan ibarədir ki, Rusiya Sülhməramlıları Azərbaycanın müvafiq qurumlarının və müstəqil ekspertlərinin, ekoloqlarının Qızılbulaq və Dəmirli yataqlarında monitorinq aparmasına şərait yaratsın. Sülməramlıların erməniləri müdafiə etmək məqsədi ilə regiona gəlməyib. Onlar təhlükəsizlik və eyni zamanda qanunsuz erməni hərbi birləşmələrinin zərərsizləşdirməsini həyata keçirməlidir. Hazırda sülhməramlılar 3 tərəfli bəyanat ilə onların üzərinə qoyulan funksiyaları tam və tərəfsiz yerinə yetirmirlər”.



Xəbər 1518 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +