Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.12.2022  13:44 

“Qırmızı fənərlər” məhəlləsindəki yunan gözəlçə





A+  A-

“Azadlıq” radiosu və BBC-nin Belçika mediasına istinadən hazırladıqları reportajlarda xəbər verilir ki, Belçika federal polisinin 16 fərqli nöqtədə keçirdiyi reyddə Avropa Parlamentinin(AP) rəhbərliyinə yaxın olan aralarında keçmiş parlament, həmkarlar ittifaqı üzvü və müşavir müavinləri olmaqla 4 nəfər saxlanılıb. Onlar dünya çempionatının keçirilməsi ilə bağlı korrupsiyada və Qətərin maraqları üçün lobbiçilikdə şübhəli bilinirlər. Axtarışlar nəticəsində polis təxminən 600 min avro nağd pul aşkarlanıb. Bu pulun keçmiş deputat Antonio Panzerinin ünvanında tapıldığı öyrənilib.

Şübhəlilərdən biri AP-nin vitse-prezidenti, Yunanıstanın PASOK sosialist partiyasının üzvü Eva Kaili olduğunu qeyd ediblər. Bildirilir ki, Qətərin əmək naziri ilə görüşdə E. Kaili Dohada Olimpiya obyektlərinin tikintisi zamanı işçilərin hüquqlarının pozulması ilə bağlı beynəlxalq qurumların çoxsaylı bəyanatlarına baxmayaraq, Qətəri “işçilərin hüquqları baxımından lider ölkə” adlandırıb.

Saxlanılanlar arasında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini və İtaliyadan keçmiş Avropa Parlamentinin deputatı Pier Antonio Panzeri də var. A. Panzeri Avropa Parlamentini tərk etdikdən sonra “ciddi insan hüquqları pozuntularına və insanlıq əleyhinə cinayətlərə görə cəzasızlığa qarşı mübarizə aparan” “Cəzasızlıqla Mübarizə” qeyri-hökumət təşkilatının rəhbəri olub.Visentini noyabr ayında dünya üzrə 200 milyon üzvü olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi seçilib.

Bununla yanaşı qeyd edilir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra başlayan "qaz müharibəsi" fonunda Avropa rəsmiləri də dünyanın əsas qaz istehsalçılarından biri olan Qətərlə yaxşı münasibətlərdə maraqlıdırlar.



Adları keçən şəxslərin ən azı ikisi Avropa strukturlarındakı güclü erməni lobbisinin, erməni konyak diplomatiyasının fəal üzvləri idilər. Yunan deputat Eva Kaili II Qarabağ müharibəsi başlayandan dərhal sonra Avropa Parlamentini baş verənləri araşdırmaq, Dağlıq Qarabağı xilas etməyə çağıran tvit atmışdı -“Erməni xalqı kifayət qədər əziyyət çəkdi! Biz səssiz qala bilmərik” :(https://twitter.com/EvaKaili/status/1310331147520479233).

Müharibənin getdiyi vaxt isə Avropa Şurasına müraciət edərək diiplomatik pasportu olan azərbaycanlılar üçün Şengen vizasını ləğv etməyə çağırmışdı. O bunun “Türkiyənin dəstəklədiyi İlham Əliyev rejiminin Artsaxın erməni vətəndaşlarının hüquqlarını kobud şəkildə pozmasına cavab” olacağını iddia edirdi. “Cənab Əliyev 1994-cü il atəşkəs anlaşmasını pozaraq, beynəlxalq ictimaiyyətin dialoq çağırışlarına məhəl qoymadan Dağlıq Qarabağda ermənilərə qarşı müharibə aparır. Aİ qəti surətdə nümayiş etdirməlidir ki, bizim ərazimizə bu cür dəhşətli hərbi hücumlar praktiki nəticələr olmadan qəbuledilməzdir ". Kaili həmçinin Türkiyədən “hərbi təcavüz gözləyən Ermənistan” vətəndaşları üçün viza rejimin ləğv olunub sərbəst gediş gəliş imkaları verilməsi tələbi ilə çıxış etmişdi( https://greekcitytimes.com/2020/10/20/greek-mep-kaili-azerbaijan/_).

Kaili bununla da kifayətlənməmiş, 2020 ci il oktyabrında AP-nin 48 deputatı ilə birgə Avropa Komissiyasının Ali Komissarı Cozep Borrellə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yerli mülki əhalisinə qarşı hərbi təcavüzündən narahatlığını ifadə edən məktub göndərmişdi. AP üzvü Lukas Furlasın (EPP, Kipr) təşəbbüsü ilə yazılmış məktubda qeyd edilirdi ki, 27.09.2020-ci ildən etibarən Dağlıq Qarabağın yerli mülki əhalisi Azərbaycan silahlı qüvvələri tərəfindən hücuma məruz qalıb, “bu, beynəlxalq humanitar hüququn və sülh məntiqinin kobud şəkildə pozulmasıdır”. . Onlar Borreli “Türkiyənin Cənubi Qafqazda sabitliyi pozan istənilən müdaxiləsini dayandırmaq üçün güclü təzyiq göstərməyə” çağırırdılar. Avropa deputatlarının təşəbbüsünü şərh edən Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyasının (AAFJD )prezidenti Kaspar Karampetyan bildirib: “Türkiyə və Azərbaycan qırmızı xətti keçiblər. Avropadalı siyasətçilər Əliyev rejiminin nəyə qadir olduğunu anlamağa başlayıblar. Azərbaycan indi islam terrorizmi ilə əlaqəli bir ölkədir”( АРМЕНПРЕСС).

Qeyri-qanuni almaz biznesi, o cümlədən Afrikanın münaqişə bölgələrindən Avropaya almaz qaçaqmalçılığı ilə məşğul olan Belçikadakı erməni mafiyasının “xaç atası” K. Karampetyan Yunanıstanda anadan olub.Lüksemburq və Ermənistan vətəndaşlığı var(Haqqin.az). Yuxarıda xatırlatdığımız, 2020-ci il oktaybarında edilmiş müraciətin təşəbbüsçüsü olan L. Farlas da Avropa Parlamentində “Ermənistanla dostluq qrupu”na rəhbərlik edir və Karapetyanın yaxın dostudur.

Ötən il noyabrın 19-da da AP-nin bir qrup deputatı Azərbaycanı “Ermənistana təcavüz etməkdə” ittiham edən bəyanat imzalamışdı. Bəyanatda iddia olunurdu ki, Azərbaycan silahlı qüvvələri 2021-ci il noyabrın 16-da Ermənistanın şərq sərhədi boyunca hücuma keçərkən bu ölkənin ərazi bütövlüyünü pozub. Bəyanat müəllifləri beynəlxalq təşkilatları, o cümlədən Cozef Borreli “Azərbaycanın Ermənistana təcavüzünün qarşısını almaq üçün” bütün təsir vasitələrindən istifadə etməyə çağırırdı. Bəyanatı imzalayan E. Kaili də daxil olmaqla 33 deputatın hamısı AAFJD ilə sıx bağlı olan “Ermənistan Dostluq Qrupu”nun üzvləri idi.

Axtarışlarda adı keçən Antonio Panzeriyə gəlincə, AP-nin 2015 ci il martında qəbul etdiyi “2013-cü ildə Dünyada İnsan Hüquqları və Demokratiya üzrə İllik Hesabat” onun tərəfindən hazırlanmışdı. Bu sənədin bir neçə bəndi Ermənistanla bağlı idi, orda “erməni soyqırımının 100-cü ildönümü ərəfəsində bütün üzv dövlətlərin bunu tanımasına çağrılırdı. Ermənistanın Avropa Dostları (EuFoA, www.EuFoA.org) qrupunun direktoru Eduardo Lorenzo Oçoa bu hesabatı alqışlamışdı: “Uzun fasilədən sonra AP erməni soyqırımı ilə bağlı mövqeyini bir daha təkrarlayır, soyqırımların və onların inkarının insan hüquqları məsələsi olduğunu bir daha təsdiq edir. Bu xüsusi ildə biz Avropanın erməni xalqı ilə həmrəyliyinin belə güclü mesajına görə minnətdarıq”(https://europeanmovement.eu/news/european-parliament-includes-the-armenian-genocide-and-genocide-denials-in-the-eus-human-rights-policy/).

Qətərin məhz Kailini xidmətinə üz tutmasında da qeyri-adi nəsə yoxdur. Bu, təxminən cibi dolu şərqli kişinin Brüsselin Qırmızı fənərlər məhəlləsindəki bahalı ümumxananaya, ya Stasbuqdakı qədim arxitektura əsəri olan bordelə baş çəkməsinə bənzəyir. Yazılanlara görə, adətən, bu yerlərdə pul müqabilində şərqi və cənubi avropalı gözəlçələrin xidəmətini almaq daha rahatdır, yəni Kaili kimilərin. Tutduğu postu siyasi ümumxanaya çevirənlər üçün də bu yanaşma keçərlidir. Demək ki, Kailinin ifrat ermənipərəstliyi də sırf türkofob olmasından, yunan -erməni həmrəyliyinə sədaqətindən irəli gəlməyib, ortada “konyak diplomatiyası”nda fırlanan milyonların da xüsusi rolu var. Madam ki, indi onun öz “bədənini” (siyasi mövqeyini) pul qarşılığında satdığı üzə çıxıb, bundan sonra bizim diplomat və lobbiçilərimizin bir işi də Kaili və kompaniyasının antiazərbaycan qərarlarını birər-birər ifşa etmək olmalıdır.

Cəmaləddin Quliyev

Xəbər 904 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +