Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


10.12.2022  18:20 

14 yaşlı masallılı şahmatçının növbəti uğuru - Foto





A+  A-

Masallı rayonundan olan Nərmin Abdinova Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan uşaqlar arasında şahmat turnirində birinci yeri tutub.

XəzərNews.az xəbər verir ki, dairəvi sistem üzrə keçirilən və doqquz turdan ibarət olan yarışda Azərbaycan komandası turnirin qalibi adını qazanıb.

Fərdi nəticələrə görə Nərmin Abdinova dördüncü lövhədə) birinci yerə sahib olub.

Turnirdə ölkəmizi Azərbaycan çempionu, yeniyetmələrin olimpiadasında öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Azərbaycan çempionu Şəmsi Qaraxanov və Atilla Orman təmsil ediblər.

Yekun nəticələrə görə, Azərbaycan komandası ən yüksək nəticəyə imza ataraq birinci, “Dağıstan 1” yığması ikinci, Stavropol şahmatçıları isə üçüncü yerə layiq görülüb.

Şəxsi hesabda isə Nərmin Abdinova, Atilla Orman öz taxtalarında birinci, Xaqan Əhməd, Şəmsi Qaraxanov isə ikinci yerə sahib olublar.

Məlumat üçün bildirək ki, 1-11 oktyabr 2022-ci il tarixdə Nərmin “Azərbaycan - 1” yığması tərkibində FİDE-16 Ümumdünya Şahmat Olimpiadasının (komanda üçüncü yer, dördüncü stolda qızıl medal) qızıl medalını qazanmışdı.

Nərmin Yusif qızı Abdinova Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. O, bu vaxtacan bir sıra idman uğurlarına nail olub. Müxtəlif vaxtlarda Bakı şəhər (2018, 2019) və Azərbaycan (2018, 2019, 2021, 2022) birinciliklərinin qalibi, 14 yaşadək qızlar arasında Avropa çempionatının (2021) birincisi, dünya çempionatının (2022) beşincisi, bu il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnik kuboku uğrunda keçirilən şahmat yarışında Azərbaycan yığması tərkibində gümüş medal mükafatçısı olub.

Akif AĞAYEV
XəzərNews.az




Xəbər 3256 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +