Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


10.12.2022  14:19 

Naxçıvanın Bakı nümayəndəliyində gənc xanımla bağlı nə baş verib? – Sensasiyalı məktub





A+  A-

Müəyyən etik səbəbləri əsas göstərən müraciət müəllifi adının konfidensial saxlanmasını bizdən xahiş edib. Xatırladaq ki, müraciətin müəllifi iki ali təhsili iki olan gənc bir xanımdır. Əslən Naxçıvanın Şərur rayonundan olan bu xanımın çox tanınmış və ziyalı bir ailənin övladıdır. Onun anası Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla bir sinifdə oxuyub.

Şikayətçi bildirir ki, anasının Vasif Talıbova etdiyi müraciətdən sonra, onun Naxçıvanın Bakı şəhərindəki Daimi Nümayəndəliyində işlə təmin ediblər. Xanım işlə təmin olunan vaxt nişanlı olub. Bir sıra obyektiv səbəblərə görə, nişanını geri qaytarıb. Bundan sonra onun işdə “qara günləri” başlayıb. Dediyinə görə, Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tərəfindən müəyyən qanunsuz təkliflər almağa başlayıb.

Onların hamısını rədd edəndən sonra, dövlət qulluqcusu olan xanım işdə sıxışdırılıb və şəxsi işi ləkələnib. Əvvəlcə ona töhmət verib, əmək haqqının 25 faizini azaldırlar, sonra isə başqa əsasları gətirərək, xüsusi maddə ilə işdən xaric edirlər. Şikayətçi xanım bildirir ki, onun cəzalandlrılması ilə bağlı çox gülməli bir arqument ortaya atıblar. Güya bu xanım Ümumilli Lider Heydər Əliyevin anım günündə Fəxri Xiyabanda gülüb və bir qədər qısa ətəkli paltarda olub.

Bütün bu təzyiqlərdən sonra, xanım Dami Nümayəndəlikdə işləyə-işləyə 2019-cu ildə başına gətirilənlərlə bağlı Vasif Talıbova geniş məzmunlu məktub ünvanlayır. Həmin məktuba heç bir reaksiya verilmir. Buna görə xanımın atası və anası Vasif Talıbovun qəbuluna düşmək üçün Naxçıvana yollanırlar. Uzun müddət çaba etsələr də, qəbula düşə bilmirlər. Xanımın atası bütün bu yaşananlara tab gətirə bilməyərək, qəflətən vəfat edir.

Daha sonra xanımın anası Naxçıvanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qəbulunda olur. Ona söz verilir ki, bütün olanlar MR rəhbərinə çatdırılacaq. Heç bir nəticənin olmadığını görən xanım sonda özü yollanır Naxçıvana. Onu Ali Məclisin birinci mərtəbəsində bir neçə nəfər qəbul edir, dinlədikdən sonra, şikayətinin rəhbərliyə çatdırılacağına söz verirlər. Yenə heç bir reaksiya olmur. Nəticədə xanım ləkələnən şəxsi işinə görə heç bir dövlət qulluğunda işlə təmin edilə bilmir.

Ona məsləhət görürlər ki, Naxçıvan rəhbərliyi ilə yaxın əlaqəsi olan bir nəfər vəkilə müraciət etsə, bu işi yoluna qoyula bilər. Onu əslən Naxçıvandan olan Kazimov Qurban Əli oğlu adlı bir vəkilə tuş edirlər. Vəkil söz verir ki, müəyyən ödənişin müqabilində bu işi yoluna qoya bilər və xanım təmiz şəxsi işlə yenidən işinə bərpa olunar.

Vəkil buna görə 20 min manat pul istəyir. Ailə həmin pulu vəkilə ödəyir. Üstündən xeyli vaxt keçir, amma ortada heç bir nəticə olmur. Vəkildən pul geri tələb ediləndə, o deyir ki, pulun hamısını Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalova verib və ondan ala bilmir. Pulunu geri ala bilməyən xanımın şikayəti əsasında vəkil həbs edilir və hal-hazırda həbsdədir.

Onunla bağlı cinayət işində Azər Zeynalovun adı da hallanır. Şikayətçi xanım ümid edir ki, bəlkə indiki vəziyyətdə onun şikayətini dinləyən tapılar və haqq-ədalət öz yerini tutar. Biz bütün bu hadisələrlə bağlı ətraflı izahın olduğu, xanımın 2019 -cu ildə Daimi Nümayəndəlikdə işləyə-işləyə Vasif Talıbova ünvanladığı məktubu (yalnız xanımın özünün və valideynlərinin adını çıxarmaqla-red) olduğu şəkildə təqdim edirik.
Məktubun tam məzmunu ilə şərh bölümündə paylaşılan link vasitəsilə tanış ola bilərsiniz./Azinforum.az

Xəbər 626 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +