Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.12.2022  21:37 

Rövnəq Abdullayev istefa ərizəsi yazır





A+  A-

Deyəsən, Azərbaycanda aparılan islahat dalğası artıq futbol təsərrüfatına da çatır. “Neftçi” ətrafında baş verən islahatların yaxın vaxtlarda bütün futbol təsərrüfatını əhatə edəcəyi gözlənilir.

XəzərNews.az xəbər verir ki, aut.az-a AFFA-dakı mənbədən verilən məlumata görə, yaxın vaxtlarda AFFA prezidenti Rövnəq Abdullayev istefa ərizəsi yazacaq. Bununla bağlı ona göstəriş verilib. Məlumata görə, Rövnəq Abdullayev AFFA-dakı postunu qorumaq üçün çox canfəşanlıq etsə də, bu istəyinə nail ola bilməyib.

Azərbaycanda aparılan kadr islahatları birbaşa Rövnəq Abdullayevin məxsus olduğu klanla bağlıdır. Yəni artıq halqa daralır və Abdullayevin manevr üçün imkanları tamamilə tükənib.

Bildirilir ki, Rövnəq Abdullayevin istefasından sonra AFFA-da köklü yoxlama aparılacaq. Futbol üçün ayrılan vəsaitin necə xərcləndiyi ciddi araşdırılacaq. Hazırda UEFA-da çalışan Elxan Məmmədovun da AFFA-dan əlinin qoparılması təmin ediləcək.

Mənbə bildirir ki, AFFA-da yeyinti o qədər nəhəngdir ki, bu yoxlamalardan sonra AFFA-da çalışan bir neçə nəfərin həbs edilməsi ehtimalı da var. Məhz o şəxslər Rövnəq Abdullayevlə Elxan Məmmədovun AFFA-dakı illər uzunu yeyintiləri barədə detallı məlumat verəcəklər. Bundan sonra isə Abdullayevlə Məmmədovun həbsi gündəmə gələcək.

Xəbər 3139 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +