Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


06.12.2022  11:39 

Dəm qazından zəhərlənmə halları niyə artır?





A+  A-

Yenə qış gəldi və dəm qazından zəhərlənmə halları artır. Son 1 gündə İsmayıllıda 1, Sumqayıtda 2 nəfər dəm qazından boğularaq ölüb. Bərdədə 4 nəfər zəhərlənməyə məruz qalıb.

Son illərdə aparılan maarifləndirmə və təhlükəsizlik qaydalarına riayət edilməsi nəticəsində illik statistikada azalma olsa da, belə hallar aradan qalxmır. Ona görə də, insanlar diqqətli olmalı, evdə qaz cihazları və borularının normal vəziyyətdə olmasına və hava çıxışlarının təmiz olmasına fikir verməlidirlər. Bəzi hallarda suqızdırıcı qaz cihazlarının qapalı hamamda qoyulması və hamam otağının hava çıxışları olmadığından karbon-monoksiddən boğulma baş verir. Bu qazın iy-qoxusu olmadığından hiss etmək mümkün olmur.

Evlərdə quraşdırılmış qaz avadanlıqlarından düzgün istifadə olunmadığı müddətcə bu vəziyyət davam edəcək. Üstəlik, bu avadanlıqların quraşdırılması mütəxəssislər tərəfindən deyil, həvəskar ustalar və ya ev sahibi tərəfindən həyata keçirilirsə, təhlükə ikiqat artır.

Qazsızmalar da böyük faciələrə yol aça bilir. Mütləq şəkildə mənzillərdə və obyektlərdə qaz detektoru olmalıdır. Hazırda bu cihazlar ucuz qiymətə hər yerdə satılır.

Qaz təchizatçısının üzərinə düşən öhdəlikləri də qeyd etməliyik. İndiyədək qaz işçilərinin mənzilə daxil olması qadağan idi, onlar yalnız sayğaca qədər baxa bilərdilər.

Bu ildən etibarən qaz istismar idarələri əməkdaşlarına mənzillərdə qaz təhlükəsizliyini yoxlamaq səlahiyyəti verilib. Azəriqaz-ın yerli idarələri öz ərazilərindəki bütün evlərdə, obyektlərdə mütəmadi baxış keçirməli, abonentlərin qaz təhlükəsizliyinə necə riayət etdiklərini yoxlamalıdırlar. Əlbəttə, bunu tez-tez etmək texniki cəhətdən və vaxt baxımından mümkün olmaz, amma uyğun bir müddət müəyyənləşdirilib ardıcıl olaraq həmin müddətdən bir bu yoxlamalar aparılmalıdır. Qaz təhlükəsizliyini kobud pozan, qaz sistemində özbaşına yolverilməz dəyişikliklər edənlər müvafiq qaydada cəzalandırılmalıdır. Bundan başqa maarifləndirmə tədbirləri artırılmalıdır.

Normal işləməyən, standartlara cavab verməyən qaz cihazları təhlükə mənbəyidir.

Karbon-monoksid qazın natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur.

Qarşıdan qış gəlir və qaz cihazlarına düşən yük artacaq və təbii olaraq təhlükə də artacaq. Ona görə də, abonentlər qaz sisteminin yoxlanmasını təmin etməli, qazdan istifadə zamanı müvafiq təhlükəsizlik qaydalarına riayət etməlidirlər ki, faciə baş verməsin.

Elçin Bayramlı
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri


Xəbər 431 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +