Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


05.12.2022  15:48 

Bu uşaqlar üçün xüsusi tədbir keçirildi - Foto





A+  A-

3 Dekabr Beynəlxalq Əlillər günü münasibətilə eşitmə məhdudiyyətli uşaqlar üçün inkluziv kukla teatrı tamaşası təşkil olundu. Nağılçı və bloqqer Aytac Qəmbərovanın səhnələşdirdiyi tamaşa həm eşitmə və nitq məhdudiyyətli uşaqlar, həm də tədbirə qoşulan digər uşaqlar tərəfindən böyük maraqla izlənilib.

Jest dili pedaqoqunun iştirakı ilə baş tutan tədbirdə 50-dən çox uşaq yer alıb. Tədbirin əsas məqsədi əyləncə və sosiallaşma yolu ilə uşaqlara qarşılıqlı qayğı hissini aşılamaq olub. Tamaşa “Libraff” kitab mağazasının uşaq oxu zalında keçirilib.

Qeyd edək ki, eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətidir. “Bu Dünyanı Nağıl Edək” layihəsi çərçivəsində baş tutan tamaşanın video çarxı bütün uşaqların izləməsi üçün jestdili.az saytında yerləşdiriləcək.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.









Xəbər 2414 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +