Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


03.12.2022  13:11 

Əlisa Nicatı soyuqda qoyan Anarlar...





A+  A-

Yazıçı Əlisa Nicatın düşdüyü vəziyyət Azərbaycan ədəbiyyatının, həm də mədəni üzününün gerçəkliyini ortaya qoydu. Ona görə yox ki, dövlətin bu sahəyə dəstəyi, qayğısı, yaxud yazıçılarına diqqəti yoxdur, axı bu istiqamətdə hələ ulu öndər Heydər Əliyev tərəfindən ciddi təməl formalaşıb və Prezident İlham Əliyev daim mədəniyyət, incəsənət xadimlərini, yazıçıları, şairləri öz diqqətində saxlayır. Bu prosesdə Birinci vitse-prezidentin də əməyi danılmazdır.
Burada problem, həm də gerçəklik dövlətin ədəbiyyata, mədəniyyətə dəstəyinin bu sahələrin həvalə edildiyi məmurlar tərəfindən yerinə yetirilməməsi, onların yarıtmazlığıdır.

Təbii ki, belə olanda, ortaya Əlisa Nicat kimi acı mənzərə çıxır və bu mənzərə fonunda belə fikir formalaşır ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti yazıçısına, şairinə qayğı göstərmir. Halbuki, bunun belə olmadığını sübut edəcək qalaq-qalaq faktlar, görülən işlər var.

Əlisa Nicat yazıçıdır, dövlətin ona qayğısını çatdıracaq təşkilat da Azərbaycan Yazıçılar Birliyidir. Ancaq yazıçılarımızın birliyinin başı qurultay eləyib, yüz minlərlə pulu posterlər üzərindən həzmi-rabedən keçirməyə qarışdığı üçün “Qızılbaşlar” kimi tarixi roman da daxil olmaqla, onlarla əhəmiyyətli miras olacaq kitab yazan 87 yaşlı Əlisa Nicat evində soyuqdan donur. Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev isə heç nə olmamış kimi, hələ bir utanmadan deyir ki, Əlisa Nicat kimi minlərlə yazıçı, şair var, sədr Anar bu yaşında onların qapısını döyüb yoxlamalı deyil ki? Özləri müraciət etməlidir... Bu açıqlamanın absurdluğunu müzakirə etməyə ehtiyac belə yoxdur, müəllifi hər şeyi aydınlaşdırır.



Lakin söhbət Əlisa Nicatdan, 87 yaşlı yazıçıdan gedir və Azərbaycan Yazıçılar Birliyi dövlətin qayğısını ahıl yazıçımıza çatdırmalı idi. Etməyiblər. Əlisa Nicatın verdiyi müsahibədən belə anlaşılır ki, ortada şəxsi ədavət, yəni Anarın ona qarşı qərəzi var. Görünür, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar dövlətin ədəbiyyata verdiyi dəstəyi, qayğını şəxsi yanaşması ilə bölüşdürür və nəticədə belə bir acı mənzərə ortaya çıxır.

Azərbaycan Yazıçılar Birliyini də, Anarı da, onun katibini də bir kənara qoyaq. Son qurultay bu təşkilatdakı vəziyyəti çılpaqlığı ilə ortaya qoydu.

Bəs, mədəniyyət naziri Anar Kərimov hara baxır?! Axı ədəbiyyat təkcə Azərbaycan Yazıçılar Birliyinin işi yox, həm də Mədəniyyət Nazirliyinin səlahiyyət dairəsində olan sahədir. Azərbaycan Yazıçılar Birliyinin əsas işi əslində yazıçıları bir yerə toplamaq, yaradıcılıq mühiti yaratmaq, dövlətin dəstəyini bu sahəyə yönəltməkdirsə, Mədəniyyət Nazirliyi ədəbiyyat, incənəsət, bir sözlə mədəniyyətimizin adına töhfə verən hər kəsi birbaşa diqqətdə saxlamalıdır.

Görünür, nazir Anar Kərimov da adaşı Anardan geri qalmır. Yaşca kiçik olsa da, elə böyüyüb yazıçı Anar kimi olacaq. Nə məsul olduğu sahəni yarıdır, nə də iş adına hansısa fəaliyyəti var. İşindən çox şəxsi həyatı, qalmaqalları və dövlət vəsaitinin mənimsənilməsi ilə gündəmə gəlir.

DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi son əməliyyat isə Anar Kərimovun nazir kimi gerçək “tərcümeyi-halı”nı özündə əks etdirir.

Bu günlərdə məlum oldu ki, Əlisa Nicat illərdir soyuqdan donur, böyük Anar (Rzayev) ədəbiyyat, kiçik Anar (Kərimov) isə mədəniyyət üzərində karyera qurur, bu sahələri sözün gerçək mənasında qətlə yetirir.

Azərbaycan xalqı 80-dən çox yaşı olan Anardan əlini çoxdan üzüb, heç olmasa mədəniyyət naziri Anar Kərimov bu məsələdə səsini çıxarmalı, dövlətin, birbaşa cənab Prezidentin qayğısını gerçək ünvanına çatdırmalı idi. Ümumiyyətlə, "Əlisa Nicat mənzərəsi"nin yaranmasına imkan verməməli idi. Bunun üçün sadəcə düzgün işləmək lazımdır. Anarlar isə işləməkdən başqa hər şeylə məşğuldurlar...

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru


Xəbər 545 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +