İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


02.12.2022  15:49 

Əlisa Nicata yardımların ardı-arası kəsilmir: Kim nə edib?





A+  A-

“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu Əlisa Nicata toplanan yardımla bağlı paylaşım edib.

XəzərNews.az həmin paylaşımı təqdim edir:

Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb oldu. Gecə boyu onun kartına pul köçürüldü. Yardım edənlərin bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı.

Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır.

Oğlu Üzeyirlə yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı. Üzeyir gözlərinə inanmadı "vay dədə, bu nədi ədə" dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir.

Mən bir anlıq qanadlandım.

Dünən və bu gün yardımlar davam etdi. Yardım edənlər adlarının açıqlanmasını istəməsələr də yazmağı özümə mənəvi borc bilirəm.

İrşad Elektronics şirkətindən zəng edib, istilik sisteminin çəkilişini öz üzərinə götürməyi təklif etdilər. İstilik sistemi üçün lazım olan bütün xərcləri ödədilər. Məbləğ 2339 manat etdi.

Ardından, Baku Electronicsdən zəng etdilər, istilik sistemini quraşdırmağı təklif etsələr də, dedim ki, artıq o işi bsşqa şirkət öz üzərinə götürüb, siz soyuducu, elektron soba və ya mebel işini həll edə bilərsiniz.

Dəyərli futboçumuz Qara Qarayev də istilik sistemi ilə bağlı yardım təklifi etdi.

"Görüş" restoranının sahibi Asif bəy dedi ki, bundan sonra onun bütün ərzaq, yemək təminatını özüm həll edəcəm.

Bir nəfər yazmışdı ki, mən "santexnikəm", bütün işləri pulsuz görərəm.

Tikinti firmalarından zəng edib evinin təmirini təklif etdilər.

Elçin Əlibəyli isə yazdı ki, “Rafi” Group Təmir və tikinti şirkəti evin təmirini öz üzərinə götürür, "Sobsan" Boyaları bütün rəngləmə materiallarını pulsuz verir.

Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş təklif edənlər də var.

Yardım təklifləri, yardımların ardı-arası kəsilmir.

Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi -hüdudu yoxdur.

İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmun qalıb. Həm yardım, həm də təşəkkür edirlər.

Az, ya çox, heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi.

Bir daha əmin oldum; bu xalq möhtəşəmdir!

Biz birlikdə güclüyük!"

Qeyd edək ki, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlunun nəşriyyata qonaq gələn 100-dən çox kitabın müəllifi, 87 yaşlı Əlisa Nicatla bağlı sosial şəbəkədə paylaşım etməsi, onun maddi durumunun ağır olduğunu bildirməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuşdu.



Xəbər 627 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +