Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


02.12.2022  09:50 

Fərman kimin fərmanıdır?





A+  A-

O, odda yanmaz-suda batmaz, yəni “ələkeçməz” olduğunu hələ ki, isbatlamaqdadır. Dəfələrlə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa onun silsilə cinayət əməllərilə bağlı müraciət olunsa da, nəticə yoxdur. Adam “ata-ata” gedir…

Baş verənlərin xronologiyasına diqqət edək: Lənkəran r. Zövlə kənd sakini Tələt Novruz oğlu Cabbarov Masallı r. Boradigah qəsəbə sakini (fərdi fermer təsərrüfatı ilə məşğul olan) Elgün Ağasadıq oğlu Hüseynovun etibarından sui-istifadə edərək, 12.04.2018-ci tarixdə 23 100 (iyirmi üç min yüz) AZN dəyərində 12 baş ətlik üçün nəzərdə tutulmuş iribuynuzlu mal-qarasını aparmış, lakin bugünki günədək həmin məbləği ödəməmişdir.

Elgün Hüseynovun atası (Ağasadıq Hüseynov) bununla bağlı olaraq Boradigah Polis Bölməsinə müraciət edir. İşin araşdırılması Masallı RPŞ Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Zaur Talıbovun icraatına verilir. O, araşdırma apararaq 16.12.2018-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edir. Amma qəbul edimiş Qərarın surətini zərərçəkmiş tərəfə göndərməyi “unudur”. Düz, 11 aydan sonra - 12.12.2019-cu ildə (həm də rəsmi müraciət edildikdən sonra) qərarın surətini almaq mümkün olur. Bu, təbii ki, kobud qanun pozuntusudur...

Zəruri qeyd: Araşdırılma aparılarkən adı ərizə və izahatlarda göstərilən Boradigah qəsəbə sakini Fərhad Allahşükür oğlu Qəniyevin izahatının alınmaması da birbaşa qanun pozuntusu kimi dəyərləndirilməlidir. (Boradigah qəsəbəsində fermer təsərrüfatı ilə məşğul olan F.Qəniyev həm də Tələt Cabbarovun qohumudur).



T.N.Cabbarov öz izahatında qeyd edir ki, Elgün Hüseynova pul borcu yoxdur, eyni zamanda aldığı iri və xırda buynuzlu mal-qaranın dəyərini tam olaraq ödəmişdir. O, həqiqətən də sonuncu böyük məbləğli “əməliyyata” qədər aldığı bütün mal-qaranın pulunu kiçik müddətli gecikdirmələrlə də olsa, ödəmişdir və borclu qalmamışdır. Bununla da qarşı tərəfin etibarını qazana bilmişdir. Əsil niyyətini – etibardan sui-istifadə etməni isə sonuncu “alqı-satqıda” həyata keçirməyə müvəffəq olmuşdur. Təkcə, F.Qəniyevin və həmçinin nə polis təhqiqatında, nə də izahatlarda adı hallanmayan (!) digər şəxslərin izahatı alınsaydı və onlar gerçəyi etiraf etmiş olsaydılar, o zaman bu işin qaranlıq tərəfi tamamilə aydınlaşa bilərdi. Görünür, təhqiqatçı – polis kapitanı Z.Talıbov buna “ehtiyac” duymamışdır. Eyni zamanda, T.Cabbarovdan ətraf rayonların – Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad – hüquq-mühafizə orqanlarında eyni məzmunlu şikayət ərizələrin olub-olmaması da təhqiqat zamanı araşdırılmamışdır. Təkcə, bu xüsusatlar onu deməyə əsas verir ki, Masallı RPŞ TB-nin təhqiqatçısı, polis kapitanı Z.Talıbovun imzası ilə təsdiqlənən “Qərar” qanunsuz, əsassız və ədalətsiz olmuşdur. Bir daha aydın olur ki, Z.Talıbov 16 dekabr 2018-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarında AR Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarına əsaslanmamış və təəssüf ki, özünün subyektiv mövqeyinə və düşüncəsinə əsaslanmaqla qərar çıxarmışdır.

Göründüyü kimi, bu işdə açıq qalan suallar kifayət qədərdir. Qəbul edilən Qərarın şikayət edən tərəfə 11 aydan sonra verilməsi, əsas şahidlərin dindirilməməsi, mal sahibinin iştirakı olmadan ona məxsus olan mal-qaranın aparılması və s. təəccüb doğurur, şübhəli məqamların ortalıqda olduğunu bariz şəkildə isbatlayır. Lakin təhqiqatçının – polis kapitanı Z.Talıbovun imzaladığı “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarda əks olunan “Ağasadıq və Elgün Hüseynovların izahatlarında göstərilən bütün xüsusatlar, irəli sürdükləri tələblər mülki xarakterlidir” ifadəsi həqiqəti əks etdirmir. Burada cinayətin izləri açıq-aydın görünür. Çıxarılan Qərarın ümumi məzmunundan da hiss olunur ki, bu işə sadəcə, ötəri “nəzər” salınıb və... qapadılıb. Bunu sonradan Masallı r. prokurorluğu da təsdiqləyir...

Elgün Hüseynovun atası Ağasadıq Hüseynov 2019-cu ilin dekabrında baş verənlərlə bağlı Masallı rayon prokurorluğuna “Ərizə” ilə müraciət edir. O, düzgün araşdırılma aparılmadığını, bununla da kobud qanun pozuntusuna yol verildiyini iddia edərək, polis kapitanı Z.Talıbovun imzası ilə təsdiqlənən “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarı qanunsuz, əsassız və ədalətsiz adlandırır, bu Qərarın ləğv olunması, həmin materialın başqa təhqiqatçı tərəfindən araşdırılması haqqında Qərar çıxarılmasını xahiş edir.



Masallı r. prokuroru 20.05.2020-ci il tarixdə Masallı RPŞ-də toplanmış HK-1/383 nömrəli material üzrə Masallı RPŞ TB-nin təhqiqatçısı, polis kapitanı Z.Talıbovun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 18 dekabr 2018-ci il tarixli Qərarı ləğv edərək, material əlavə araşdırılma aparılması üçün rayon polis şöbəsinə göndərilir. Amma təəssüflər olsun ki, bugünədək bu işə təkrar olaraq baxılmayır.

Zərər çəkən tərəfin olayı mətbuatda işıqlandırması, bununla bağlı Paş prokurorluğa, Daxili İşlər Nazirliyinə (paralel olaraq Masallı və Lənkəran polis şöbələrinə) edilən müraciətlər də nəticəsiz qalmaqdadır. Hər dəfə eyni cavab alınır: “... araşdırılması üçün Masallı r. Prokurorluğuna göndərilir. Və orada “qara çələngə” bürünür... Görünür, hüquq-mühafizə orqanından heç biri dələduzluq əməli aşkar görünən Tələt Cabbarovun “xətrinə” dəymək istəmir. Biz, bunu iddia etməsək də, hər halda işin görünən tərəfi bu sayaqdır, sanki biriləri Tələt Cabbarov kimilərinin himayəsi üçün fərman verib...

Biz, jurnalist təhqiqatı apararkən T.Cabbarovla bağlı kifayət qədər ilginc məlumatlar əldə edə bildik. Onun öz “qurbanlarını” özünəməxsus qaydada susdurmağa müvəffəq olması bizə təəccüblü görünmədi. 17.01.2022-ci ildə Masallı r. Məmmədoba kənd sakini Ağayev Bəxtiyar Allahyar oğlu DİN-in “102” Xidməti – Zəng Mərkəzinə telefonla bu səpkidə məlumat ünvanlayır: Lənkəran r. Zövlə kənd sakini Tələt Novruz oğlu Cabbarov 16 oktyabr 2021-ci il tarixdə onun inam və etibarından sui-istifadə edərək dörd baş iribuynuzlu mal-qarasını aparmış, alqı-satqı razılaşmasına əsasən, 5 000 (beş min) AZN-i bugunədək verməmişdir. Boradigah PB-də Bəxtiyar Ağayevin sadəcə izahatını almaqla kifayətləniblər... Lənkəran RPŞ-də də B.Ağayevdən izahat alınıb. Guya, T.Cabbarovu təhqir edib, döymək istəyib və s.

Digər bir fakt: Boradigah qəs. sakini Füzuli Əzizulla oğlu Nağıyev 2017-ci ilin mart ayında T.Cabbarovun “ovuna” çevrilir. F.Nağıyev bugünədək 600 (altı yüz) AZN-i ondan ala bilməyib.

Bu kimi faktlar kifayət qədərdir, biz sadəcə bir neçəsini xatırlatdıq. Burada dələduzluq əməli şübhə doğurmayan bir şəxsin əməlində cinayət tərkibinin diqqətdən “qaçırılması” və bu günədək bunun mülki iş kimi dəyərləndirilməsi təəccüb və təəssüf hissi yaratmaya bilməz. Bunu Dövlətin bütün qanunlarına hörmətsizlik kimi də dəyərləndirmək olar.

Vasif HÜSEYNOV
XəzərNews.az


Xəbər 1389 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +