Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


01.12.2022  11:05 

Qazla qazan doldururuq, amma istisinə qızınmırıq…





A+  A-

Dünəndən tanınmış yazıçı Əlisa Nicat müzakirə olunmaqdadır. Əslində normal cəmiyyətlərdə Əlisa Nicat kimi, daha doğrusu onun potensialında olan adamların hansısa sosial problemini deyil, əsərlərini, yazdıqlarını müzakirə edirlər. Bizdə də o səviyyəli əsərlər az-çox var, elə yazanlar da var… Amma biz onların soyuqdan üşüdüyünü, üşüməmək üçün də evində olan qaz sobasını gündə 2-3 saat yandırmalarını, xəstə olduqları üçün iynə-dərmana pul tapa bilməmələrini müzakirə edirik. Təzadlıdır, elə deyilmi?

Pandemiya hələ bitməyib, dünyada böhran, xüsusən də ərzaq məhsullarının qiymətinin hər gün bahalaşdığını hiss edirik. İnsanlar sözün həqiqi mənasında əziyyət çəkir. Bazarı tənzimləmək mümkün deyil, hökumət istəsə də bacara bilmir, qiymətlər bəlkə də gün ərzində iki-üç dəfə “dəyişir”. Belə olan halda dövlət və onun qərarverici institutları heç olmasa əllərində olan sahələrdə - qaz, işıq, su kimi kommunal xidmətlərin qiymətlərində yumşalmaya getməlidir.

Havalar artıq soyuduğundan bəzilərimiz noyabrın 15-ni (qış rejiminə keçidi) gözləmədən fərdi istilik sistemlərini işə salmışıq. Mənzillərimizdə kombi sistemindən yararlanmağa çalışırıq. Amma ürəyimiz istədiyi, canımızı qızdıracaq səviyyədə rejimi artıra bilmirik. Səbəbi də çox bəsiddir: qış hələ indi girir, limitin sıfırlanmasına ay yarım vaxt var, amma biz artıq üçpilləli tarif sisteminin artıq sonuncu pilləsindəyik, yəni bir kubmetrə görə 25 qəpik ödəyirik.

Bu günlərdə maraq üçün bir neçə dost-tanışla əlaqə saxladım, onlardan üçü bina evində, ikisi isə həyət evində yaşayır. Bina evində yaşayan dostlardan biri tarif sisteminin birinci, ikisi ikinci, həyət evində yaşayanların isə hər ikisi artıq üçüncü pilləsindədirlər.

Oxucular üçün faydalı olacağını düşünüb əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışının hər üç pillə üzrə tarifini xatırladıram:

- 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik;

- 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik;

- 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir.

Bu proses Tarif Şurasının səhv etmirəmsə 2021-ci ilin oktyabrında verdiyi qərarla tənzimlənir. Bu zaman üçpilləli limitin ilkin pilləsi 1200 kubmetr təyin olunub. Bu artımdan əvvəl isə - yəni bir kubmetri 10 qəpikdən ödənilən illik limit 2200 idi. Bu günə baxanda keçmişə şükr edə-edə qızına da bilmirik. Hələ o zaman yazıldı ki, heç olmazsa illik limiti 2200 saxlamaqla qiyməti hər kubmetrə görə 12 qəpiyə qaldırın, amma Taarif Şurasında qərar verənlər ictimai rəyi öyrənib qiyməti qaldırmır, qaldırıb sonra qulaqlarını tıxayırlar. Təəssüf ki, bu da bizim ölkənin acı reallığıdır.

Deməli, 2021-ci ilin iyun ayında “Azəriqaz” bildirmişdir ki, 1 milyon 300 min əhali-abonentin 30 faizi il ərzində 1200 kubmetrədək qazdan istifadə edir. 2022-ci ilin noyabrın əvvəllərində isə "Azəriqaz"ın şöbə rəisi Rövşən Məhiyyədinov bəyan etdi ki, 10 ay ərzində 60 faiz abonentimiz limit daxilində istifadə edib…

Rəqəmlərə diqqət etdinizsə anlaşılmazlıq var: ya “Azəriqaz”ın 1 il əvvəl dediyi rəqəm azdır, ya da 1 il sonra şöbə rəisinin açıqladığı rəqəm çoxdur. Aradakı faizin yarsını da qarşıdakı ay yarıma çıxsaq yenə də kəsrimiz qalır.

Bunu da keçək…

“Nef-qaz ölkəsiyik” deyib taftalogiyaya varmaq istəmirəm. Əlbəttə, burda məqsədim başqadır.

Bu günlərdə oxuduq ki, Almaniyada qaz istehlakçılarının dekabr ayı üzrə ödənişlərini hökumətin üzərinə götürməsini nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Hətta bu haqda "Twitter" paylaşımında Almaniyanın kansleri Olaf Scholz Nazirlər Şurasının iclasından sonra açıqlayıb.

Hörmətli Tarif Şurası, bu o deməkdir ki, neft-qaz ölkəsi olmayan Almaniyada təxminən 20 milyon qaz istehlakçısı dövlətin bu addımından faydalanacaq.

Biz abonentlərin isə ümumi sayı heç 1.5 milyon da deyil…

Niyaz Niftiyev





Xəbər 640 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +