AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


30.11.2022  16:36 

Hanı bu mundialın pleymeykeri?





A+  A-

90-cı illərin əvvəlləri idi, gözəl şairimiz Akif Əhmədgil AzTV-də Bakı Zooparkından bir veriliş hazırlamışdı. Verilişin bir yerində qardaş qəfil sual verir: “Hanı bu zooparkın durnası?..” Bəlkə də zoopark durnasız keçinə bilər, amma pleymeykersiz futbol noxudsuz bozbaş kimidir…

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsi başa çatır, həftə sonu son 16-ya qalan komandalar arasında play-off matçları başlayacaq.

Mundialın iki həftəsinə müxtəlif aspektlərdən yanaşmaq olar. DÇ-nin əksər qarşılaşmalarını izlədikdən sonra köhnə azarkeş kimi üç qənaətim var:

1. Pleymeykerlər qeyb olublar. Futbolun o intellektuallarının, driblinq-fint sehrbazlarının, filiqran texnika ustalarının, yuvelir pas sahiblərinin, oyun quranlarının kökü dinozavlar kimi kəsilir. Kroyf, Platini, Maradona, Sokrates, Zidan, Ronaldinyo, Laudrup, Lampard, Gerrard, Xavi, İnyesta, Pirlo, Mesut Özil kimi “pleymeykerlər qəbiləsi”nə məxsus Messi daha çox bombardirliyə oynayır və ya fərsiz ətrafının çulunu sudan çıxarmağa çalışır. Kevin de Bruyne kimi klassik pleymeykeri kənarda oynatmaqla məşqçi Roberto Martines həm futbolçunu, həm də Belçika millisini çarəsiz günə qoydu.

2. Centre-forwardlar qəhətə çəkiliblər. Komandalarda forvardlar boldur, amma mərkəz hücumçusu sarıdan mundial korluq çəkir. Klassik centre-forvardlardan biri – Levandovski təsadüfən mudialda qol hesabını açdı, digəri – “Qızıl top”un son sahibi Benzema isə zədə üzündən evdə qalıb. Kamerun millisinin mərkəz hücumçusu Vensan Abubakar “Porto” və ya “Beşikdaş”dakı kimi deyil, amma yenə də iş görür.

3. Bəzi ulduzlar futbolu buraxmasalar da, futbol onları çoxdan buraxıb. Məsələn, Qaret Beyl və Aaron Remzi kimi. Yeri gəlmişkən, Uels millisində Beyl-Remzi erası uğursuz bitdi və valliyalıların bir daha mundial görə biləcəkləri qaranlıqlara qərq oldu.

Qəzənfər Həmidoğlu
XəzərNews.az


Xəbər 1133 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +