Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.11.2022  09:34 

Varisliyi necə qoruyaq? - Şəkillər





A+  A-

Dulusçuluq Ərkivan ərazisində (Masallı rayonunun Ərkivan qəsəbəsində) eramızdan əvvəlki minillikdə təşəkkül tapıb bu günəcən davam etdirilir. Gil qablarının hazırlanması və bişirilməsi ilə məşğul olan insanlar əsasən qəsəbənin Bağlakücə məhəlləsində məskunlaşan sakinlərdir.

Keçən əsrin “əli qızıl” ustaları - artıq dünyasını dəyişmiş Davud Abdulrza oğlu, Abdulla Cəbi oğlu, Həmzə Sahib oğlu, Xalıq İslam oğlu, İbad Əzizulla oğlu, Müslüm Nuru oğlu, Mirzəli Əkbər oğlu, Müslüm Qüdrət oğlu və onlarca başqaları xalqımızın məişət və mədəniyyət nümunəsini özündə əks etdirən bu sənətin unudulmaz daşıyıcısı olub.

Əl çarxı ayaq çarxı ilə əvəz olunduqdan sonra bu dəzgah ustaların işini xeyli asanlaşdırıb. Əvvəllər 20-dən çox çeşiddə - nehrə, küp, bardaq, kuzə, çıraq, kasa, çölmək və s. hazırlanırdısa, bu gün fərdi emalatxanalarda çalışan keramika ustaları məişətdə işlətdiyimiz müxtəlif formalı qablarla yanaşı müasir tələbata uyğun məmulat nümunələrinin hazırlanmasında maraqlıdırlar.

Təkmilləşmə nəticəsində texniki vasitələrlə istehsal prosesi sürətlənmiş, dulusçuluq kütləvi sənət sahəsinə çevrilmişdir.

Əllə hazırlanmasına rəğmən qabların simmetrik formaya salınması ustalardan bacarıq tələb edir. Bu gün ata-baba sənətini yaşadanlar sırasında Fərzulla Quliyev, Alim və İnşallah Abbasovlar, Bayram və Tahir Cəfərov qardaşları, İntiqam Bədəlov, Vilayət Əlihüseyn oğlu, Cəsarət Bədəl oğlu, Adil Qəzənfər oğlu və digərləri artıq bu sahədə ixtisaslaşmış, rifah halı üçün möhkəm zəmin yaratmışlar. Bakı şəhəri və əksər rayonlardan yetərincə sifariş qəbul edən sənət sahiblərinin satış bazarı əsasən toy mərasimləri və Novruz bayramı ərəfəsində daha gur olur.

Məmulat üçün əsas xammal hesab olunan torpaq ilkin mərhələdə əzilir, yumşaq hala salınır, daşlardan təmizlənir və yoğrularaq “kündə”yə çevrilir. Yaxşı gildən yoğrulmuş qablar sahəsi 15-18 kvadratmetr olan, kərpicdən hörülmüş kürələrdə bişirilir...

Qədim Şərq mədəni irsini yaşadanlarla yaxından tanış olmaq qərarına gəldim. Zöhrab Nuriyevlə şəxsi emalatxanasında görüşdüm. Rəflərə və yerə düzülmüş qulplu və küpə qablar – səhəng, bərni, güldan və suvenirlər bu yaradıcı gəncin peşəkarlıq səviyyəsindən xəbər verir. Hazırladığı gil qab nümunələrində yapma və oyma üsulunun uğurlu tətbiqinə nail olmuş Zöhrab tez-tez rayon və respublika tədbirlərində, sərgilərdə iştirak edir. Onun sənət nümunələri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərman və mükafatlara layiq görülmüşdür.

Tarixə söykənən, ululardan qaynaqlanan, nəsildən-nəslə ötürülən xeyir-dualı işin son ucu ruzi-bərəkətli olur. Zöhrab sadə tonla danışmağa başlayır:

- Bilik və bacarıq sayəsində mənimsədiyini işlədə bilirsən. “Bildiklərim mənə bəsdir”-deyən adam sənətkar deyil. İşləyə-işləyə, tətbiq edə-edə rəqabət üstünlüyünə nail olursan. Alıcılarda maraq yaratmaq üçün yaradıcı üsullardan istifadə etmək lazımdır. Elə gün olur ki, 6-7 saat fasiləsiz işləməli oluram. Quraşdırdığım xüsusi texniki avadanlıq vasitəsilə işin sürət və səmərəliyini artırmağa çalışıram.

Qardaşının sözünə əlavə edən Müşfiq Ramiz oğlu onu dinləmək istədiyimi duyub dedi:

- Təskinlik tapıb yüngülləşirik ki, babamızın, atamızın bizə miras qoyub getdiyi sənətin ağırlığını, yükünüçiynimizdə daşıyırıq. Qürurluyuq ki, hələ də bu varisliyi qoruyub saxlamaq iqtidarındayıq...

Bağlakücə məhəlləsində digər sənətkarların da qonağı oldum. Keramika ustası Bayram Abdulla oğlunun həyətində olarkən oğlu əzilmiş palçıqdan “kündə”lər yoğururdu.

Bayramdulus çarxı üzərindəki növbəti “kəşf”ini – ecazkar barmaqların qıvraq, dayanıqsız hərəkətiylə torpaq kütləsinin dekorasiyalı sənətə çevrilməsini heyrətlə izlədim...
Dulusçu Adil Rəhimovla görüşərkən də eyni mənzərənin şahidi oldum. Övladları ustaya kömək edirdi.

Adilin hazırladığı 2 metr yarım hündürlükdə küp Novruz şənliyində sərgilənərkən masallıları heyrətləndirmişdi. Hazırlanması bacarıq tələb edən dördkünc güldanlar, yastı dolça, balıq formalı çölmək, stəkan-nəlbəki dəsti və s. ustanın zövqündən xəbər verir. Adil deyir ki, nə qədər yeni, müasir formalı qablara üstünlük versək belə, qədim məişət nümunələrimizə laqeyd münasibət bəsləməməliyik. Əvvəllər pendir, yağ, doşab və s. ərzaqlar küplərdə, süd-ağaran saxsı qablarda saxlanardı. Yemək çölməkdə bişirilərdi. İndi nehrə yağını paltaryuyan maşında əmələ gətirirlər. Yeniliyə maraq ağzımızın dadını alıb...

Akif AĞAYEV
XəzərNews.az














Xəbər 562 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +