Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


28.11.2022  16:03 

Qızlarımız ehtirasın qurbanına çevrilir, oğlanlar da əsəbin badına gedir





A+  A-

Saçları oğlumun saçları kimi qıvrım, məşğul olduğu idman növü də oğlumun məşğul olduğu idman növü ilə eyni. Hələ gülümsəməsi...

16 yaşlı Turan Rüstəmovun idman arenasında bıçaqlanaraq qətlə yetirilməsi xəbərini görəndə ağlıma oğlum Vaqif gəldi.

Min bir çətinliklə övlad böyüt, əziyyət çək, nəticədə hansısa “qolu zorlu bomba oğlan” bir heçin üstündə övladının həyatına son qoysun.

Nə edək?

Ağlının yox, qolunun gücünə güvənən insanların əlindən bu dünyaya övlad gətirməyək?

Qız gəlir, kiminsə ehtirasının qurbanına çevrilir, oğlan da kiminsə əsəbinin badına gedir. Yaşamaqdan, xəyal qurmaqdan, gələcək arzulamaqdan soyudursunuz insanı.

Bir anlıq əsəb, hirs ilə həm başqasının həyatına son qoy, həm də öz həyatını puç et.

Dəydimi?

Bəziləriniz oğul övladlarınız dünyaya gələndə çılpaq ortalıqda gəzdirirsiniz, cinsiyyəti ilə fəxr edirsiniz, “söy filankəs əmini”, “qələt edir, şilləni qoy qulağının dibinə”, “sən kişisən, üzr istəmə”, “kişisən də, əlbəttə, “çestivə” dəyən olsa, vur öldür” deyib böyütdüyünüz oğullarınızın sayəsində yaşayırıq bütün bəlaları.

Bilmirəm, qətli törədən Ruslan Səfixanovu belə böyüdüblər ya yox.

Böyütməmişdilərsə, 20 yaşlı gənc niyə cibində soyuq silahla gəzsin ki?

Nədir bu kriminal aləmə olan maraq?



Ruslanın bıçaqla o arenaya girişinə icazə verilməsi də ayrı bir boşluqdur. Niyə mühafizə xidməti mübahisə yarananda yox, ölüm hadisəsi baş verəndən sonra orada idi?

Mübahisənin qarşısı niyə vaxtında alınmırdı? Orada o qədər adam var idi, biri araya girə bilmirdi? Amma doğurdan a, onların da başı telefonla çəkiliş etməyə qarışmışdı.

İki gün danışacağıq, yenə unudulacaq, sonra da başqa bənzər qətllər törədiləcək.

“Əsəbi olub edib, Allah şeytana lənət etsin” deməklə keçib getmir, vallah. Heç bir peşmanlıq öləni geri qaytarmır.

Allah sizə lənət etsin ki, vaxtında əsəb və stresi cilovlamağı, “yola verməyin” əskiklik olmadığını, ən əsası danışmaqla hər şeyi həll edə biləcəyini övladınıza öyrətməmisiniz!

Jalə Həsənli
XəzərNews.az

Xəbər 680 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +