Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


28.11.2022  11:00 

Ani Lorakın türk əsilli keçmiş əri danışdı





A+  A-

Ukraynalı müğənni Ani Lorakın keçmiş əri, türk əsilli ukraynalı iş adamı Murat Nalçacıoğlu rus işğalçılarının Ukraynadakı infrastruktur obyektlərinə kütləvi raket zərbələri endirməsinə münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, o, bu postunu Instagramda paylaşıb. Stories-də yazıb:

"Qaranlıqda, soyuqda və işıqsız olmaq daha yaxşıdır, amma...".

Qeyd edək ki, iki gün əvvəl Rusiyada yaşayıb-işləyən, fevralın 24-dən sonra isə müharibə haqqında susmağa üstünlük verən ukraynalı Ani Lorak pərəstişkarlarına üz tutub.

O, istifadə olunmaq istəmədiyi üçün susduğunu bildirmişdi:

"Bir dəfə oxudum ki, nəyisə eşitmək üçün əvvəlcə susmalısan. Yoxluğumun səbəbi də yəqin ki, budur. Sadəcə kiminsə məndən istifadə etməsini istəmirəm. Özümü və ürəyimi dinləyəndə mənə aydın oldu ki, hansı istiqamətə getməliyəm”.

O, yaradıcılığının sevgi mövzusunda olduğunu və bu sevgini dinləyicilərə verməyi planlaşdırdığını bildirib.

Xatıraladaq ki, hələ 2018-ci ildə “Jara” festivalı üçün Bakıya gələn ukraynalı müğənni Ani Lorak əri türkiyəli iş adamı Murat Nalçacıoğlu tərəfindən aldadıldığını bildirmişdi.

Murat “Instagram” vasitəsilə satış edərək məşhurlaşan Yana Belyayeva ilə karaokedə əylənirmiş. Səmimi görüntülər sərgiləyən Muratın Yanadan gözünü çəkməməsi, sevgi və nəvazişlə qucaqlaması da kadrlarda yer alıb. İş adamı Yana ilə gecənin gec saatlarında məkandan ayrılıb.

Lalə
XəzərNews.az






Xəbər 428 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +