200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


25.11.2022  08:47 

Sakinlər kompensasiyadan narazıdır - VİDEO





A+  A-

Bakının Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsində yerləşən qəzalı binanın sökülməsinə başlanıb.

XəzərNews.az xəbər verir ki, sökülən binanın yerinə tikiləcək bina istifadəyə verilənədək sakinlərə kirayə qalmaları üçün təklif edilən məbləğ isə narazılıq yaradıb.

Bəzi sakinlər isə hər kvadratmetr üçün təklif olunan 1000 manatın da az olduğunu deyirlər.

Sabunçu rayon 148 saylı mənzil istismar idarəsinin rəisi İlqar Qasımov "Xəzər Xəbər"ə bildirib ki, rayon ərazisində istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək yerlərində yeni çoxmənzilli binaların tikilməsi istiqamətində işlər aparılır.

Rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə deyilib ki, sakinlər çoxmənzilli yaşayış binalarında tam təmirli mənzillərlə təmin ediləcək. Mənzildən imtina edən sakinlərə isə müvafiq kompensasiyalar veriləcək. Hər kvadratmetrə görə müəyyənləşdirilən min manat və kirayə kimi verilən 300 manat məbləğin artırılması isə nəzərdə tutulmayıb.

Ətraflı videomaterialda:



Xəbər 856 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +