Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


22.11.2022  15:29 

Hindistanda Azərbaycana nifrət, Ermənistana isə məhəbbət yaranıb... - Səbəb?





A+  A-

Hindistanın “theprint.in” saytı “Azerbaijan’s war in Armenia worse than Russia-Ukraine” (Azərbaycanın Ermənistanla apardığı müharibə Rusiya-Ukrayna müharibəsindən də betərdir) adlı məqalə ilə çıxış edib.

Kapil Komireddinin qələmə aldığı məqalədə deyilir ki, bu müharibə ilə bağlı Ermənistana kömək anlamında daha çox şey etmək Hindistanın marağındadır. Tarixi qərəz dünyanı Azərbaycanın Ermənistanda apardığı müharibəyə məhəl qoymamağa vadar edir...

Öz tərəfimdən onu deyim ki, Hindistan Azərbaycana düşmən olan ölkələr klubuna təzə qoşulub. Səbəb də bəllidir. Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyindən çıxış edir. 44 günlük müharibədən sonra Türkiyə-Azərbaycan-Pakistan birliyinin ortaya çıxması Hindistanda ciddi narahatlıq doğurdu. Bundan istifadə edən Ermənistan Hindistanla yaxınlaşmağa cəhd göstərdi. Əvvəl Hindistanda Ermənistana kimsə önəm vermədi. Ancaq getdikcə bu proses vüsət aldı. Hazırda Hindistanda Azərbaycana xüsusi nifrət, Ermənistana isə xüsusi məhəbbət yaranıb...

Yenidən məqaləyə qayıdıram.

Müəllif deyir ki, Dehli İrəvanın silahlı qüvvələrinə təlim keçməlidir. Ermənistanı silahlandırmalıdır.

Məqalədə vurğulanır ki, ermənilər əsrlər boyu kütləvi qırğınlara, zorla dinlərindən dönməyə, öz doğma torpaqlarından türklər və azərilər tərəfindən deportasiya olunmağa tab gətiriblər. Əslində genosid-soyqırım sözünü polşalı hüquqşünas Rafael Lemkin 1944-cü ildə ona görə icad etdi ki, Türkiyə tərəfindən 1915-1921-ci illər arasında 1,5 milyon erməninin məqsədli şəkildə məhv edilməsinin miqyasını bütün dünyaya çatdırsın. (Bu, həqiqətən də belədir. Genosid ifadəsini Qərb məhz ermənilərə görə uydurub. E.H)

Müəllif 1903-cü ildə Hindistanda doğulmuş böyük ingilis yazıçısı Corc Oruellin ermənilər haqqındakı məşhur fikrini xatırladır: “İlana inan, ancaq yəhudiyə inanma. Yəhudiyə inan, ancaq yunana inanma. Erməniyə isə heç vaxt inanma.”

Kapil Komireddi iddia edir ki, bu kimi fikirlər onu göstərir ki, Qərbdə də dünyanın ən qədim xristian xalqı olan ermənilərə münasibət o qədər də yaxşı deyil.

Müəllifin bu fikri də diqqətə layiqdir: “Dünyanın fərqli yerlərində yaşayan ermənilərin fərasəti və uyğunlaşma qabiliyyəti onlara qarşı yerli xalqlar tərəfindən nifrət doğururdu. Ermənilərə “şərq yəhudiləri” damğası vuruldu və onlara şübhə və istehza ilə yanaşıldı.”

Məqalənin sonunda erməni yalanlarının əsas komponenti olan bu məqam da vurğulanır: “4 iyul 1921-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Qafqaz Bürosu birləşmənin təsdiqi üçün (Dağlıq Qarabağın Ermənistana birləşməsi nəzərdə tutulur. E.H) səs verdi. Ertəsi gün isə İosif Stalin demoqrafiyaya və demokratiyaya məhəl qoymadan Dağlıq Qarabağı Azərbaycana hədiyyə etdi.”

Müəllif onu da buyurur ki, 44 günlük müharibədə Pakistan döyüşçüləri də Azərbaycanın tərəfindən ermənilərə qarşı vuruşub: “1991-ci ildəki Ermənistandan fərqli olaraq, Azərbaycan 2020-ci ildə təkbaşına döyüşmədi: NATO üzvü olan Türkiyə Azərbaycan qoşunlarına təlim keçmiş, ordunu silahla təchiz etmiş, eyni zamanda, min suriyalı mücahidi də top yemi kimi Azərbaycana göndərmişdi. “Bir millət, iki dövlət” onların rəsmi şüarı idi. Azərbaycan Ordusunun döyüş meydanında və döyüş meydanından kənarda gördüyü əməllər – işgəncələr, baş kəsmələri, erməni mülki əhalinin kəsilmiş başlarını donuz cəsədləri üzərinə asmaq – İŞİD belə onların əməllərindən utanardı. İlham Əliyev Azərbaycanın paytaxtı Bakıda muzey açıb. Muzeyin əsas eksponatları müharibədə həlak olan erməni əsgərlərinin dəbilqələri olub...”

Gördüyünüz kimi, "Hindistanda ermənilər 2 min ildir ki, yaşayır" deyən sayt “ermənidən daha çox erməni olmaqda fayda var” düşüncəsi ilə Azərbaycan və onun müttəfiqlərinə qarşı qarayaxma kampaniyası apaırı...

Bilməyənlər üçün deyim ki, Hindistanda hazırda 220 milyon müsəlman yaşayır. 2014-cü ildən Hindistan Xalq Partiyası (the Bharatiya Jana Sangh) və onun sədri Narendra Modi iqtidardadır. Bu partiya ifrat millətçi mövqeyi ilə seçilir. Baş nazir Narendra Modinin rəhbərliyi altından Hindistanda müsəlmanlara qarşı, özü də radikal formada təzyiq və təqib kampaniyası aparılır. Türklərin Hindistanda qurduğu Moğol İmperiyası dönəmində tikilmiş məscidlər yerlə yeksan edilir. Bu proses o qədər geniş miqyas alıb ki, artıq beynəlxalq ictimaiyyət də Hindistanı müsəlmanlara qarşı törətdiyi repressiyalara görə ittiham edir.

Məsələn, dünyaca məşhur "Forbes" nəşri 2022-ci ilin yanvarında "Muslims Have Become A Persecuted Minority In India, Experts Warn" (Müsəlmanlar Hindistanda təqib olunan azlığa çevrilib, Ekspertlər Xəbərdarlıq edir) adlı məqalədə bu məsələdən söhbət açılır...

Elbəyi Həsənli

Xəbər 435 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +