“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


22.11.2022  11:56 

Prezident Formula 1 Qrupunun məsləhətçisini qəbul edib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikalini və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatoreni qəbul edib.

XəzərNews.az xəbər verir ki, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğulanıb, dünyada bu yarışlara marağın getdikcə artdığı bildirilib və yarışları seyr etmək üçün ölkəmizə xeyli sayda turistlərin gəldiyi məmnunluqla qeyd olunub.

Dövlət başçısı Azərbaycanın turizm potensialının hər il daha da genişləndiyini bildirib.

Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikali və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatore ölkəmizdə bu yarışların daha da inkişaf etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər, yarışlara beynəlxalq və Azərbaycan ictimaiyyətini daha çox cəlb etməyə çalışdıqlarını deyiblər. Onlar artıq dünyada çox tanınan Bakı şəhər halqasının Formula 1 üzrə Dünya çempionatının ən gözəl treklərindən biri olduğunu, bu yarışların keçirilməsi üçün Bakıda gözəl və müasir infrastrukturun yaradıldığını vurğulayıblar.

Görüşdə ölkəmizə xaricdə böyük marağın olduğu nəzərə alınaraq Formula 1 yarışlarını izləmək üçün çoxlu sayda tanınmış şəxslərin Azərbaycana dəvət olunması barədə fikir mübadiləsi aparılıb.

Stefano Domenikali və Flavio Briatore Bakı şəhərinin gözəlliyinin, təmizliyinin və işıqlandırma sisteminin onlarda xoş təəssürat yaratdığını qeyd etdilər və bununla bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıblar. Onlar paytaxtımızın gözəlliyi barədə məlumatın beynəlxalq səviyyədə daha geniş yayılması üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri ilə bağlı da dövlətimizin başçısını təbrik edən qonaqlar həmin ərazilərdə yol hərəkətinin təhlükəsizliyi istiqamətində görülən işlərin, xüsusilə minlərlə kilometr yeni avtomobil yollarının çəkilməsinin əhəmiyyətini bildirdilər.

Xəbər 506 dəfə oxunub.



29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +