Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


15.11.2022  13:09 

Misir Mərdanov “millətçi” olub?





A+  A-

Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov mətbuata Ramiz Mehdiyevin ailəsindən danışıb və deyib ki, eləsindən nə gözləyəsən: “Ramiz Mehdiyevin ailəsi belə azərbaycanlı deyil. Ondan nə gözləyəsən?”

Bərəkallah, möhtərəm və təhsilimizi zay etməklə göz yaşlarımızın qurumasına imkan verməyən 15 illik təhsil nazirimiz!

Ay acı göz yaşlarımızın səbəbkarı! Birinin ailəsi azərbaycanlı olmayanda nə olur ki? Guya özünüzü qatı millətçi kimi göstərmək istəyirsiniz, ya noolub?

Heç hənanın yeri deyil axı!

Cənab Mərdanov, başqasının ailəsini milli mənsubiyyətinə görə qınamağınız millətsevərliliyinizdən irəli gəlmir, təbii ki! Millətsevərlik dövlətin və xalqın maraqlarını göz bəbəyi kimi qorumaqdır.

Onu da diləyim ki, dövlət büdcəsini talayaıb xalqın cibini soyaraq lüks həyat sürənlərin saxta millətçilikləri başlarında çatlasın! Xalqa milli-irqi ayrıçeçkilik provokasiyaları deyil, ədalətli cəmiyyət, mənəviyyat, dürüstlük, onun ailə-uşağına çörək, keyfiyyətli təhsil və s. lazımdır.

Sizin milliyyətcə azərbaycanlı olan ailəniz və özünüz gəlin, 1 ay mənim ailəmin və mənim həyatımı yaşayın görək, yaşaya bilərsinizmi? Milli şüarlardan, düzlükdən, ədalətdən, dövlətçilikdən danışıb təhslili, elmi öldürmək hesabına cibini doldurmaq, xalqı soymaq, dövlətə kələk gəlmək əclaflıqdır, alçaqlıqdır! Belə faktlardan yüzlərlə göztərə bilərəm.

Nazir, akademik, direktor, rektor olmaq o demək deyil ki, özün xalqın balalarına düşən haqqı qamarlayıb cibini doldurasan! Bax, bu məsələlərin araşdırılmasında millətsevərlik, dövlətsevərlik və ya xəyanət və satqınlıq ortaya çıxar.

Yoxsa qanlı pulların içində buğlana-buğlana xalqın başında oturub mənasız fikirlər səsləndirmək nə alimə, nə də ağlı başında olan vətəndaşa başucalığı gətirməz.

Bir başını qaldır dünyaya bax. Elə qonşu Türkiyəyə boylan! Ölkənin iqtisadiyyatını inkişaf etdirən, siyasətini yürüdən şəxsləri görəcəksən: Turqut Ozal, Hikmət Çətin, Ərdoğan və s. Böyük Britaniyada Hindistan əsilli şəxs Baş nazir olur, amma ölkə iqtisadiyyatı irəli gedir. Biz isə azərbaycanlı “imtiyazlı” Misir Mərdanovu nazir qoyuruq, təhsil başlayır acı göz yaşları tökməyə və ölməyə, Səlim Müslümovu digər nazir postuna qoyuruq sosial həyat boz-bulanıq selə dönüb axır...

Siz azərbaycanlı olub hansı xariqüladələr yartmısınız, ay Misir müəllim? Elmi hələ demirəm, rüşvətin amansızlıqla qətlə yetirdiyi təhsil böyrü üstə yıxılıb qan ağlayır, qan! Ürəyiniz soyuyurmu?

Siz də yığdığınız imkanların üstündə şad-xürrəm oturub filankəslərin ailələrinin hansı millətə mənsub olduğunu vaveylalayırsınız. Gəncliyinizdə bir cür, qocalığınızda da bir başqa cür edirsiniz. Yəqin çox darıxırsınız?

Düzünü deyin, görək, 15 il nazirliyiniz dövründə təhsildə hansı o “inkişaf və irəliləyiş" baş verdi və nəticəsi niyə belə acınacaqlıdır?

Yoxsa xalqın səafalət çəkdiyi bir vaxtda sizin və əhli-əyalınızın maddi vəziyyətinin Everestə doğru istiqamələnməsini ölkənin inkişaf və irəliləyişi hesab edirsiniz?

Halal yol tutan həmkarlarınızın kasıb həyatına baxıb ləzzət almağı tərəqqimi sayırsınız?

İndi də tutubsuznuz ki, filankəsin ailəsi gürcüdür, almandır, çeçendir, nə bilim, ləzgidir...

Allah xatirinə, heç olmasa, yaşınızın bu çağında xalqa rəhminiz gəlsin. Danışırsınızsa, özünüzdən, ən pis halda, dost və həmkarlarınızdan başlayın, vəzifədə olarkən şəxsi iqtisadi nailiyyətləriniz barəsində açıqlama verin, bacarırsınızsa, yığdıqlarınızdan onlarda haqqı olan kasıblara əl tutun və ilk olaraq xalqın yaşam vasitəsi olan maliyyə həqiqətlərini etiraf edin!

İdris Abbasov
Professor


Xəbər 757 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +