Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


15.11.2022  00:08 

Amerika Türkiyədən nə istəyir?





A+  A-

Türkiyə açıq mətnlə deyir ki, İstanbuldakı terror ABŞ-ın sifarişi ilə həyata keçirilib. Şəxsən mən buna zərrə qədər şübhə etmirəm. Amerika “dirijor çubuğu”nu qaldıran kimi PKK/ YPG Türkiyədə günahsız insanların qanını tökür. Lazım gələndə ABŞ İŞİD və FETO-nu da Türkiyəyə qarşı qaldıra bilir. Amerika başda olmaqla Qərb Türkiyədən nə istəyir? İtaət, təzim, vassalıq. Türkiyəni sözəbaxan ölkəyə çevirmək istəyirlər.

Əgər yadınızdadırsa, Co Baydenin prezident seçkisindən əvvəl Türkiyəni hədələmişdi, Ərdoğanı devirəcəyini bildirmişdi. Siz bir qudurğanlığa baxın, həyasızlığa baxın. Bu qoca tülkü özünü demokrat adlandırır. Demokratik düşüncəli insan belə murdar işlərlə məşğul ola bilməz. Co Baydenin düşüncəsi tipik faşist yanaşmasıdır...

Mən ona da əminəm ki, 2016-cı il 15 iyulunda Türkiyədə dövlət çevrilişi edə bilməyən ABŞ və Avropa Birliyi rəsmi Ankaraya qarşı qəsd planları hazırlayır və bu planları terrorçu təşkilatların əli ilə həyata keçirir.
Türkiyənin böyüməsi, güclənməsi, Türk Dövlətlərinin bir araya gəlməsi Qərbi ciddi şəkildə narahat edir. Məntiq də onu deyir ki, Türkiyəni ram edə bilməyən Qərb Türk Dövlətlər Birliyini qətiyyən ram edə bilməz. Mümkün olan iş deyil...

Sirr deyil ki, 2015-ci ildən bu yana ABŞ Yaxın Şərqdə YPG terrorçuları ilə birlikdə hərəkət edib, bu terror şəbəkəsinə minlərlə yük avtomobili silah yardımı göstərib. Vaşinqton-Ankara arasında bununla bağlı kəskin müzakirələr aparılıb. Deməli, ABŞ və Avropa Birliyi PKK-nı terrorçu təşkilat kimi tanıyır. Ancaq Qərbə gələn PKK-çılara həmən oturum verir, xüsusi qayğı göstərir. YPG-ni isə ümumiyyətlə, terrorçu təşkilat kimi tanımırlar. Halbuki 2011-ci ildə yaranan YPG PKK-nın bir parçasıdır. O da yaxşı məlumdur ki, PKK/ YPG silahlı birləşmələrində Qərb ölkələrindən gəlmiş xeyli könüllü xidmət göstərir. Onlardan neçəsi hazırda Türkiyədə həbsdə yatır...

YPG ilə bağlı bir faktı deyim. Cənab Ərdoğan bəyanatlarının birində YPG-nin Suriyada etnik təmizləmə siyasəti apardığını bəyan etdi. “Amnesty International ” 2015-ci ilin oktyabrında bu faktı təsdiqlədi. Rəsmən bəyan etdi ki, YPG 100 ailəni (əsasən ərəbləri) yaşadığı ərazidən sürgün edib. Sonra nə oldu? BMT-də müzakirələr zamanı “Amnesty International” iddiası rədd edildi. Təbii ki, Qərbin fırıldağı nəticəsində YPG-yə bəraət verildi. Sonra nə oldu? YPG etiraf etdi ki, həqiqətən də bəzi ailələri nəzarət etdikləri ərazilərdən sürgün ediblər...

40 ildə 50 mindən çox insanı qətlə yetirmiş PKK Türkiyənin ayağına vurulmuş buxovdur.

2021-ci ilin fevralında Türkiyə PKK-ya qarşı “Pəncə-Qaplan-2″ əməliyyatı keçirdi. O vaxt da PKK Türkiyədə terror aktı törətmişdi. 13 nəfər, o cümlədən 3 Türkiyə hərbçisi şəhid olmuşdu. O vaxt da ABŞ öz müttəfiqinin yanında olduğunu və şəhid hərbçilərin ailələrinə başsağlığı verdiyini bəyan etdi. İndi də Amerika NATO-da mütəfiqi olan Türkiyənin yanında olduğunu deyir. Amerika bir əli ilə terror törədir, o biri əli iləsə başsağlığı verir. Və elə zənn edir ki, Türkiyə, bütövlükdə türklər bunun fərqində deyil.

Onu da xatırladım ki, onda Tayyib Ərdoğan ABŞ-ın sərt tənqid etdi və hətta onu “terror dövləti” adlandırdı.
Bizim bəzi dostlarımız daş atıb başını tutur ki, yox e, Amerika demokratik ölkədir. Şübhəsiz ki, Amerika demokratik ölkədir. Ancaq Amerika eyni zamanda imperialist ölkədir. Və bütün dünyanı istismar etməklə məşğuldur. Kim bunu görmürsə və ya özünü korluğa qoyursa, özü bilər. Ancaq mən belələrini namuslu adam hesab etmirəm...

Elə Azərbaycana münasibətdə də biz ABŞ-ın qərəzli münasibətini görürük. Erməni lobbisinin parası ilə qidalanan bir sürü konqresmen, senator, it-qurd həyasız şəkildə erməniləri müdafiə edir. Hətta elələri var ki, qondarma Artsax haqqında müstəqil dövlət kimi danışır. Açıq şəkildə separatizmi müdafiə edir...

Mənim düşüncəmə görə, hər bir soydaşımız dünyada nə baş verdiyini dəqiq bilməlidir. Bəzəksiz, düzəksiz real həqiqəti bilməsək düşmənlərimiz bizi əzəcək. Bizi öz maraqlarına tabe edəcək. Bizim isə kiməsə nökərçilik etməyə haqqımız yoxdur. Biz türklər dünyanın ən şərəfli və ən məğrur xalqlarından biriyik. Kiməsə təzim etmək bizlik deyil...

Elbəyi Həsənli

Xəbər 722 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +