Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


14.11.2022  10:05 

Bəs nədən yazaq?!





A+  A-

Rəşad Dağlı ilə bağlı informasiya bolluğu cəmiyyətdə birmənalı qarşılanmadı. Sosial şəbəkə istifadəçiləri və bəzi ekspertlər qətl hadisəsinin bu qədər təbliğinin zəruri olmadığı qənaətindədirlər. Ədalət naminə qeyd edim ki, haqsız da deyillər.

Amma mətbuat, xüsusən də internet media hadisənin bütün təfərrüatlarını işıqlandımaqda israrlı idi, işıqlandırdı da... Bu proses Rəşad Dağlının Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına aparılmasına qədər davam etdi...

İndi bir az sakitlikdir, daha doğrusu bir müddət məcburi süküt elan olunub. Çünki qətlin bütün təfərrüatları fərziyələr və mümkün ehtimallarla eninə-uzununa yazılıb.

Ölkədə hər gün yüzlələ də olmasa ən azı 2-3 qətl hadisəsi olur, amma heç biri mətbuatın diqqətini bu qədər cəlb etmir. Yalnız kriminal hadisə kimi kiçik bir informasiya ilə kifayətlənirik.

“Dağlı cinayəti” isə sıradan bir kriminal hadisə deyildi. Burda həm də cinayətin deyil, Rəşadın ictimai çəkisi informasiya yüklülüyü yaradırdı.

Jurnalistlər daha yaxşı bilir ki, mətbuat heç zaman oxunmayan mövzunu trendə çevirmir, daha doğrusu çevirə bilmir. Cəhd edəndə isə həmin mövzu trendə deyil, kampaniyaya çevrilir. Gündəmi və mövzunu trendə yalnız tələb çevirir - yəni oxucu tələbi... Oxucu Rəşad Dağlı ilə bağlı xəbərlərə daha çox maraq göstərirsə (sayta giriş, yazıya baxış sayı), deməli, media resursları da bu tələbi yerinə yetirməyə məcburdur.

“Dağlı cinayəti”nin bu qədər ictimailəşdirilməsinin başqa bir səbəbi də ölkə gündəminin xəbərlə zəngin olmamasıdr.

Mətbuat nə yazmalıdır sualı hər zaman beynləri məşğul edib, problemə çevrilib. Bu həm medianın “dayaz” vaxtında da belə olub, indi “dərinləşməkdə” olan dövründə də belədir.

Heç kimə sirr deyil ki, ölkədə siyasi proseslər ölü nöqtədədir: müxalifətdən yazmaq olar, amma müxalifətçi damğası yeyəcəksən, qapılar üzünə bağlanacaq. Belə şəraitdə hünərin var yaz.

Çingiz Abdullayevə elə sual vermək olmaz, AYB-dən ayıbdır. Çingiz Abdullayev Xalq yazıçısı, Biləcəridən o tərəfə keçən az saylı müəlliflərimizdəndir, dedektivləri dünyada əl-əl gəzir. Heç siz utanıb ölmürsünüz, bilmirsiniz ki, “müharibə dövründə Çingiz müəllim ölkəmizi rus kanallarında rus dilində necə müdafiə edirdi” kimi qapazlar başımızı deşəcək. Daha demirlər ki, hörmətli Çingiz müəllimin ən yaxşı danışdığı dil elə rus dilidir.

Və yaxud da oxucunun zövqünü Şəbnəm Tovuzlu ilə korlamaq olmaz. Ay başınıza dönüm, hansı oxucunu? Şəbnəm Tovuzlunu balasının toyuna 5-10 min manata aparan oxucunumu deyirsiniz?

İş o yerə gəlib çatıb ki, ölkədə hər gün dəyişən qiymət artımını belə “qiymət dəyişdi” kimi yazmaq məcburiyyətindəyik.

Belə olan halda nə gözləyirsiniz?

Bir gün jurnalist dostumla dəniz sahilində (Milli parkda) yürüş edirdik. İndi xatırlamadığım hansısa mövzuda qızğın müzakirəmizi kənardan müşahidə edən Prezident Administrasiyasının hər ikimizi tanıyan məsul əməkdaşı bizə yaxınlaşdı və gülə-gülə nəyi bölə bilmədiyimizi soruşdu. Jurnalist dostum da məndən cəsarətli tərpənərək cavab verdi ki, yaza bilmədiklərimizi müzakirə edirik...

Yəqin ki, jurnalist həmkarların yadında olar. Ramiz Mehdiyev PA rəhbəri olanda mətbuat nümayəndələrini Dövlət İdarəçilik Akademiyasına toplamışdılar. Məqsəd də kriminal xəbərlərin mediada daha çox üstünlük təşkil etməsinin qarşısını almaq idi. R.Mehdiyev jurnalistlərə tövsiyyə etdi ki, buyurun, AMEA-nın institutları var, nə isə yazmaq istəyirsinizsə, gedin onların elmi fəaliyyətindən yazın. O zaman içi mən qarışıq heç kim ürək edib demədi ki, a yoldaş Mehdiyev olmayan elmin nəyindən yazaq...

Yəni bu nümunələri uzatmaq da olar.

İndi təxminən eyni vəziyyət yaranıb, amma Mehdiyev rolunda inzibati resurslar yox, ictimaiyyətin bəzi nümayəndələri çıxış edir.

Mətbuata nəyi yazıb-yazmamağı diktə etmək heç zaman effekt verməyib. Əgər bu gün gündəm Rəşad Dağlının törətdiyi qətl hadisəsidirsə, ondan da yazılacaq.

Allah qapısını açsın.

Niyaz Niftiyev
XəzərNews.az



Xəbər 1141 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +