Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


10.11.2022  18:00 

Jurnalistlərin xeyrinə olan bu maddələr niyə işlək deyil?





A+  A-

İnzibati və cinayət qanunvericiliyimizdə jurnalistlərin, medianın faydasına olan bir neçə müddəa var. Məsələn, Cinayət Məcəlləsinin 163-cü maddəsi “Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma”ğa görə 500-1000 manat cərimə, 2 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Bu Məcəllə 1999-cu ildə qəbul olunub, o vaxtdan bəri jurnalistlərin peşə fəaliyyətinə bəlkə də 100 dəfələrlə zorakılıqla müşayiət olunan maneçilik halları baş verib, ancaq bu 163-cü maddə 1 dəfə də olsun, tətbiq edilməyib…

İnzibati Xətalar Məcəlləsinin (İXM) də jurnalistlərin faydasına olan müddəaları var. Həmin müddəalar jurnalist işinin başlıca xammalı olan informasiya, bilgiləri jurnalistlərə verməyənlərin cəzalandırılmasını nəzərdə tutur. 10 illərdir ki, həmin müddəalar da tətbiq edilmirdi. Bu müddəalar işə düşmək istəyir, deyəsən…

İXM-nin 374-cü maddəsi “İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması”na, 382-ci maddəsi isə “Jurnalistlərin hüquqlarının pozulması”na görə, məsuliyyət müəyyən edir. Həmin müddəalara əsasən, ictimai informasiyanı qapalı tutanlar 80 manatdan 2500 manata qədər cərimə edilə bilərlər. İllərdir ki, bu müddəaların işə salınması üçün çalışsaq da bütün cəhdlər faydasız olmuşdu. Nəhayət, ilk addımın atıldığını söyləmək olar.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı jurnalist sorğusuna natamam, qeyri-dəqiq cavab verən Hacıqabul rayon İcra Hakimiyyəti ilə bağlı inzibati icraat başladıb, inzibati xəta protokolu tərtib edib və baxılması üçün məhkəməyə göndərib.

Hüquq dəstəyi göstərdiyimiz bu işdə sorğu verən jurnalist abzas(at)org xəbər saytının əməkdaşı Şəmistan Həziyevdir. O, yayda başqa İH-lərlə birlikdə Hacıqabul rayon İcra Hakimiyyətinə informasiya sorğusu göndərib, “İnformasiya əldə edilməsi haqqında” qanunla açıq sayılan məlumatların ona təqdim edilməsini xahiş etmişdi. Rayon İH-in sorğuya natamam cavab verməsindən Ombudsmana ünvanladığımız şikayət araşdırılıb.

Ombudsman Aparatının cavabında bildirilir ki, “AR İXM-nin 99-cu maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsas olduğundan inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat çərçivəsində Hacıqabul Rayon İcra Hakimiyyəti ... barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və müvafiq qaydada baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir”...

İXM-nin 374-cü maddəsinin (İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) pozuntusu üzrə açılmış iş adı çəkilən məhkəmənin hakimi Vahid Hacıyevin icraatına verilib. Ümidvarıq ki, məhkəmənin qərarı jurnalistin informasiya əldə etmək hüququna önəm verən məzmunda olacaq.

Təəssüflər olsun ki, illərdir, Azərbaycan ifadə, media, informasiya azadlığı ilə bağlı indekslərdə gerilərdədir. Bunun başlıca səbəbi elə ifadə, media, informasiya azadlığını təminat altına alan qanunların işlək olmamasıdır. Qanunları işə salmaq üçün həm də jurnalistlərin bu case-dəki Şəmistan bəy kimi təşəbbüskar və öz hüquqlarının reallaşması yolunda inadcıl olması vacibdir.

Xalid Ağalı
Hüquqşünas, media eksperti


Xəbər 663 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +