“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


07.11.2022  10:19 

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq





A+  A-

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

XəzərNews.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi də bu gün bəlli olacaq.

UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən Ağdam klubu UEFA Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.

Səpələnməmişlər səbətində olan Azərbaycan çempionu bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın bütün səpələnməmişlər kimi ilk oyunu evdə gerçəkləşəcək.

Xəbər 675 dəfə oxunub.



29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +