Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


02.11.2022  19:56 

İlham Əliyevin Əlcazairdən Parisə verdiyi mesajlar...





A+  A-

Prezident İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri ilk baxışdan sırf Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında müşahidəçi statusunda iştirak etmək üçün hayata keçirildiyi təsuratı yaradsa da, səfər və səfər zamanı olan və deyilənləri incələyəndə anlamaq olur ki, Azərbaycan prezidentinin hər bir addımı göründüyündən daha dərin və daha böyük məna kəsb edir.

Ondan başlayaq ki, adətən beynəlxalq tədbirlərdə iştirak etmək üçün bir ölkə liderinin digər ölkəyə səfəri işgüzar səfər statusu daşıyır. “İşgüzar səfər” statusu isə protokola uyğun olaraq, səfər edən tərəfə, rəsmi və dövlət səfərlərində mütləq şəkildə səfər proqramına salınan ziyarətləri edib etməməyi qonağın seçiminə buraxır. Yəni, misal üçün, əgər kimsə Azərbaycana Dövlət və ya Rəsmi statuslu səfər edirsə, mütləq şəkildə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş Vətən oğullarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edib, əbədi məşəlin önünə əklil qoymalıdır. Bu mütləqdir. Lakin, əgər hansısa dövlət başçısı Azərbaycana işgüzar statuslu səfər edirsə, o halda Şəhidlər Xiyabanını ziyarət edib etməmək onun və onun protokol xidmətinin şəxsi seçimindən asılıdır.

İlham Əliyev də Əlcəzairə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak üçün gəldiyinə görə, onun səfəri işgüzar statusu daşıyıb. Odur ki, Azərbaycan prezidentinin Əlcəzairin paytaxtında Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etməsini onun şəxsi təşəbbüsü kimi qəbul etmək lazımdır.

Şəhidlər abidəsi və Milli Mücahidlər Muzeyi Fransanın 1830-1962-ci illəri əhatə edən, Əlcəzairi işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetirməsinin və Fransanın müstəmləkəçilik dövründə ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransızların qurbanı olmasının bir xatırlatmasıdır.

Elə Azərbaycan da Fransızların qardaşları, canlarından bir parça saydıqları ermənilərin təcavüzü ilə, torpaqlarının işğalı ilə, milli və dini zəmində törədilmiş soyqırımlarla ötən əsirdə bir neçə dəfə rastlaşdığından biz Əlcəzair xalqının dərdini və ağrısını yaxşı anlayırıq. Elə İlham Əliyevin bir çox dövlət rəsmilərindən fərqli olaraq, Milli Mücahidlər Muzeyinin xatirə kitabına iki cümlə ilə “Allah rəhmət eləsin” yazmaması, bir səhifəlik mətndə müsəlman əlcəzair xalqının dərdinə şərik olmasını ifadə etməsi də bunun bariz nümunəsidir. İlham Əliyevin xatirə dəftərinə yazdığı mətndən kicik bir çıxarış hər şeyi öz yerinə qoyur: “Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Bəli, özünü demokratiyanın, alicənəblığın, dəbin, ətrin və daha nələrin beşiyi sayan Fransanın, Əlcazairdə insanlıq əlehinə törətdiyi cinayyətləri unutmaq olmaz. Adətən soyqırım törədən dövlətlərin yaddaşı qısa olur, onlar etdiklərini tez bir zamanda unutmaq və özlərini təmizə çıxartmağa çalışırlar. Amma hər şey bu qədər asan deyil. Bu gün ətrin beşiyi olması ilə fəxr edən Fransa, müasir ətri niyə icad etdiklərini unudurlar.

Natəmizlik və əxlaqsızlığın insan bədənində yaratdığı pis qoxunu ört basdır etmək üçün üzərilərinə litrlərlə ətir tökən fransızlar, indi də düşünürlər ki, Əlcəzairdə və digər müstəmləkələrdə törətdikləri, zaman keçdikcə unudulacaq. Və onlar hec nə olmamış kimi, süddən çıxmış ağ qaşıq kimi beşinci respublikalarını yaşatmaqda davam edəcəklər. Lap günün bu günü ermənilərin özlərini apardıqları kimi.

Dİgər tərəfdən, bu günə kimi yaşanmış iki dünya müharibəsindən birinin səbəbkarı Fransa, indiyə kimi fəxrlə xatırladığı Napoleon deyildi mi? Şəxsi ambisiyalarına görə milyonlarla insanı öldürüb, dünyaya hegemonluq etməyi arzulayan bu şəxs sümüyünün iliyinə kimi fransız idi.

Bir qədər də əvvələ getsək, məqsədi dünyanı xristianlığa diz cökdürmək olan, Xaç yürüşlərində də Fransa və fransızlar ön sıralarda olub. Amma, buna baxmayaraq, ayrı-ayrı Fransa şahlarının Vatikana və Roma papalarına xəyanətlərini də tarixdən silmək mümkün deyil.

Və ya fransızların bü gün agız-agıza öpüşdüyü britanıyalılarla on illiklərlə davam edən müharibələri, xəyanətləri, insanlıqdan uzaq qəddarlıqları da hamımızın yaxşı bildiyi bir tarixin parçasıdır.

Onu da yaxşı bilirik ki, tarix daimi təkrarlanmaq xüsussiyətinə malikdir. Fransa kimi, özlərini dünyanın qaymağı sayanlar istər beynəlxalq hüquqdan, istər sə gücdən daim ikili standartlar prizmasından istifadə ediblər.

İkili standartalrın və qərəzli yanaşmanın nə olduğunu çox yaxşı bilən Azərbaycan prezidenti İlham Əliyev, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında həm də Qoşulmama hərəkatının sədri kimi də iştirak edirdi. Qoşulmama hərəkatını əslində dünya güclülərinin beynəlxalq hüquqdan öz maraqları çərcivəsində istifadədəsinə bir etiraz kimi də qəbul etmək lazımdır. Elə İlham Əliyev Zirvə toplantısında bu məsələyə də toxundu: “Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma bizə gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır.”

Sİtatın sonu. Bəli, fərq etmir işğal 20-ci əsr də olub, ya 19-cu əsrdə. Fakt faktlığında qalır. Və bu gün Fransa, Ermənistan kimi ölkələr özlərini dəvəquşu sayağı aparıb, başlarını torpağa salıb elə bilirlər ki, onların etdiklərini heç kəs xatırlamır. Xatırlayır, cənablar, xatırlayır. İstər Azərbaycanda, istər Əlcəzairdə, istərsədə qətliam törətdiyiniz digər ölkədə.

C.Əsgərov

Xəbər 571 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +