Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


01.11.2022  12:13 

Azərbaycanda tibb: O ya yerli-dibli yoxdur, ya da çox bahalıdır





A+  A-

QOY MƏNİ DƏRDİMLƏ, DƏRMAN EYLƏMƏ, VAR, EY HƏKİM... (Burada "var" sözü "get işinlə məşğul ol" mənasındadır)

Azərbaycanda əgərlikdən qabaq həkimə gedəndə: heç nəyin yoxdur, sıpa kimisən...

Əsgərlikdən sonra gedəndə: niyə gec gəlmisən? Xəstəliyin üstünə vaxtında düşmək lazımdır. Həkimə vəziyyətiniz ağırlaşanda, öləndə gəlirsiniz. Tez gedin analiz verin. 6-7 bahalı analizə və aparata göndərir. Sonra azı min manatlıq resept yazır. Ondan sonra "əməliyyat olunmalısan" deyir.

Və səni qabaqlarına yıxıb mal kimi dərini, lox kimi cibini soyurlar. Əməliyyatdan 5-6 ay sonra da ölürsən.

Xərçəngə tutulan adam müalicəsiz 3 il yaşayırsa, kemoterapiya ilə onu rahat 1 ilə o dünyaya göndərirlər. Bir il ərziində evində-eşiyində nəyin varsa satdırırlar.

Son iki ayda Bakının əksər xəstəxanalarını gəzmişəm. Hamısı doludur. O sallaqxanalarda şəfa axtaran adamlara yazığım gəlir. İnsanlar ölümlərini tezləşdirmək üçün pul xərcləyirlər. Özlərini aldadırlar.

Müasir tibb haqqında gəldiyim yekun nəticə: o ya yerli-dibli yoxdur, ya da çox bahalıdır.

Yəni kasıb-kusub üçün deyil. Həm də bizim buralarda ondan əsər əlamət yoxdur. Bəlkə də, İsraildə, Almaniyada, Yaponiyada, Amerikada-zadda nəsə var. Ancaq oraları görmədiyim üçün dəqiq bir şey deyə bilmərəm. Şübhələrim isə böyükdür.

Kennedinin ömrü boyu beli ağrıyıb və ABŞ tibbi ona çarə qıla bilməyib. Fransa preszidenti Sarkozi də bel ağrısından əziyyət çəkirdi və yerişində ciddi qüsur olduğu aşkar görünürdü. Onu da sağalda bilmədilər. Amma biz burada gedib "qrıjadan apres" olunuruq. İordaniya kralı Hüseyn o qədər var-dövlətlə cəmi 60 yaşında ABŞ-da öldü.

Demək istəyirəm ki, müasir mediçina çox az şeyə nail olub. Hətta ziyanı xeyrindən daha çoxdur. Heç bir ciddi xəstəliyi sağaltmır.

İnsanları zaman, təbiət, öz daxili enerjiləri, inamları sağaldır, ancaq elə bilirlər ki, qəbul etdikləri dərman, yaxud həkim müalicə etdi.

Son dəfə müayinə olunanda mənə düz min manatlıq resept yazıldı. Resepti enokrinoloq xanım qan analizimin cavabı çıxmamışdan qabaq yazdı. Çünki iş vaxtı qurtardığı üçün getməliydi. Analizin cavabına başqa bir həkim baxdı. Sonra da reseptə nəzər salıb dedi ki, endokrinoloq düz yazıb. İstədim deyəm ki, xanım, düz yazmışdısa, mənim qolumu niyə deşib, qanımı axıtdınız? Ancaq demədim, çünki tanışlıqla getmişdim. Yaxşı düşməzdi. Mənə kömək etmək istəyən insanlara hörmətsizllik olardı.

Mən əlbəttə, reseptə min manat verəcək durumda deyiləm. O dərmanları, sağ olsunlar, dostlar təşkil etdi. Ancaq inanın ki, ayaqlarımda heç bir yaxşılaşma hiss etmədim. Necəydisə, elə də qalıblar. Yayın ortasında corabla yatırdım, indi ümumiyyətlə qalın corablara keçmişəm. Yun yorğanın altında da üşüyür.

Düşünürəm ki, o min manatı qoz-fındığa, çərəzə, balığa, kənd toyuğuna, yumurtasına, motal pendirinə, nehrə yağına, ov quşlarına, tut arağına verib, bircə ay sağlam qidalansaydım, indi qat-qat yaxşı vəziyyətdə olardım...

Eşitdim ki, bir uzaq qohum xəstələnib. Yaşı da var. Xətrini istəyən yaxın bir həkim məsləhət görüb ki, məbadə ximiyaya-zada salasınız. Çoxlu ət, xaş, kalafır yesin, bədənini möhkəmləndirsin. Arada maraqlanıram, deyirlər ki, artıq yaxşılaşma var.

Allah hər kəsə şəfa versin. Şəfa da, mərhəmət də, ədalət də yalnız ondadır.

Nadir Qocabəyli

Xəbər 659 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +