Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


26.10.2022  10:47 

Bağça müdirinin cinayət işi məhkəməyə göndərildi





A+  A-

Tərtər rayon Bayandur kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Nərgiz Bağırovanın cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

XəzərNews.az Tərtər Rayon Prokurorluğuna istinadən xəbər verir ki, rayonun Bayandur kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Nərgiz Bağırovanın işlədiyi dövrdə qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Nərgiz Bağırova vəzifəli şəxs kimi 1 yanvar 2017-ci il tarixdən 1 yanvar 2022-ci il tarixə kimi olan dövrdə körpələr evi-uşaq bağçasına davamiyyəti olmayan ayrı-ayrı şəxslərin adlarının tərtib olunmuş menyularda qeyd olunaraq artıq ərzaq məhsullarının məxaricə silinməsi, təmir işlərinin aparılması məqsədilə ayrılan pul vəsaitinin təyinatından yayındırılması və digər qanunsuz yollarla ümumilikdə 12 min 59 manat məbləğində pul vəsaitini vahid qəsdlə mənimsəməklə talayıb.

Bundan başqa, Tərtər Rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sabiq baş məsləhətçi-baş mühasibi Aslan Zamanov nümayəndəlikdən maliyyələşən Tərtər rayon Bayandur və Yenikənd körpələr evi-uşaq bağçalarının işçilərinin 2017-2020-ci büdcə illəri ərzində əməkhaqqıları hesablanarkən onlara ödəniləcək əməkhaqqı məbləğlərinin süni şəkildə azaldılması yolu ilə özünün əməkhaqqı ödənişi üzrə bank filialında olan hesabına 2 min 641 manat pulun köçürülməsi və digər yollarla ona etibar edilən ümumilikdə 3 181 manat pulu talayıb.

Toplanmış sübutlar əsasında Nərgiz Bağırovaya Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Aslan Zamanova isə CM-nin 179.2.3, 308.1 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər rayon məhkəməsinə göndərilib.

Xəbər 448 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +