Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


20.10.2022  16:13 

SÖYÜŞ VƏ TƏHQİR TRİBUNALARI





A+  A-

Son vaxtlar sosial şəbəkələrdən - feysbukdan, instaqramdan söyüş və təhqir tribunası kimi istifadə edənlərin, mənəvi dəyərlərini itirənlərin sayı sürətlə artmaqdadır. Bu “bədbaxt adamlar” (mərhum Rəsul Quliyevin ifadəsidir – Q.A) kar və kor mislindədirlər, hər şeyi ancaq qara rəngdə görürlər və könüllərindən keçəni reallıq kimi qələmə verirlər. Aydındır: nəyin bahasına olursa-olsun ucalmaq, gündəmdə qalmaq istəyirlər.

Məşhur filosof Fridrix Nitşe də deyir ki, həyatda iki yolla ucalmaq olar - öz üzərində işləməklə və başqalarını alçaltmaqla. Birinci yol intelektualların, istedadların yoludur, odur ki, “bizim “qəhrəmanlar” ikinci yolu tuturlar. Ən pisi isə odur ki, artıq onlar auditoriyalarını genişləndirməkdə, “youtub” kimi böyük video-şəbəkələri zəbt edərək sosial bəlaya çevrilməkdədirlər.

Sosial şəbəkə siçovulları

İlk növbədə qeyd etmək lazımdır ki, bu adamların hamısını eyniləşdirmək olmaz. Onların əksəriyyətinin “iş” metodları eyni olsa da, mahiyyətləri və məqsədləri tamam fərqlidir. Hesab edirəm ki, onları şərti olaraq iki qrupa bölmək olar. Birincilər siyasi ambisiyaları olmayan, intelektdən uzaq, özəl məqsədlərə xidmət edən cılız adamlardır. Bu qrupu şərti olaraq, “ sosial şəbəkə siçovulları” adlandırmaq olar. Çünki siçovullar zibilin içində eşələndikləri kimi, bunlar da söyüşün, təhqirin içində eşələnirlər. Prinsipcə fərqi yoxdur, zira zibil insanın maddi tullantısı olduğu kimi, söyüş, təhqir də mənəvi tullantısıdır. İndi isə keçək “siçovulları”n bilavasitə özlərinə, görək bunlar kimdirlər və nə istəyirlər. Bunların içində əsas adı çəkilənlər Vidadi İskəndərli və Məhəmməd Mirzəlidir. Amma adları qoşa çəkilsə də, bunlar da xeyli fərqli adamlardır. Bunları birləşdirən yeganə əlamət söyüşün, zibilin içində eşələnməkləridir.

Vidadi İskəndərlinin danışığına, hərəkətlərinə diqqət etsək dərhal hiss olunur ki, bu adamın psixi problemləri var. Necə deyərlər, Allah adamı vuranda, əvvəl ağlını başından alır. Belələri sosial şəbəkələrdə, elə “youtub”da yetərincədir. Özlərini “cinayətkar aləmin” nümayəndəsi kimi qələmə verən, söyüş-nifrinləri yel dəyirmanı kimi üyüdüb-tökənlər nə qədərdir. Sadəcə olaraq, burda adlarını çəkmək, yazını zibilləmək istəmirəm. Bu adamların sözlərini, söyüşlərini eşidəndə, kişilərin tükləri biz-biz olur, indi görün qadınlar nə çəkir. Sanki bunların ana-bacıları, arvad-uşaqları yoxdur. Bunlar bir qayda olaraq, yaxın keçmişdə həbsxana həyatı yaşayan, orda bu və ya başqa səbəbdən aşağılanmaya məruz qalan, psixikası pozulan adamlardır. Türmədən çıxandan sonra bütün dünyaya düşmən kəsilirlər, hamıdan qisas almaq, hamını aşağılamaq istəyi ilə alışıb yanırlar. Bunlar əsl manyakdırlar və özlərinə diqqəti cəlb etmək üçün söyüşlərinə, təhqirlərinə ünvan seçdikləri şəxslər də, bir qayda olaraq, cəmiyyətdə yüksək nüfuz sahibi olanlar, yaxşı tanınanlardır.

Düşünürəm ki, fikrimi daha yaxşı çatdırmaq üçün burda bir haşiyə çsxmağa ehtiyac var. Nə qədər uğurlu müqayisə olduğunu deyə bilmərəm, amma yadıma piqmeylər düşür. Piqmeylər Cənubi Afrikada ibtidai icma səviyyəsində yaşayan qara dərili xalqdır. Boydan balaca, eybəcər və qorxaq olsalar da, meymuna oxşasalar da, çox hiyləgər və xaindirlər. Bu da onlara qonşu tayfalarla mübarizədə sağ qalmağa və indiyə kimi yaşamağa imkan vermişdir. Onların bir adəti var: adam əti yeməsələr də, öldürdükləri qəbilə başçısı, ya igid döyüşçünün ətindən bir-iki tikə yeyirlər. Şir, ya qaplan ovlayanda da belə edirlər. Bundan sonra bir qədər igidləşir, kişiləşirlər. Əmindirlər ki, ətlə birlikdə igidin, şirin gücü, cəsarəti də onlara keçir. Elə bilirlər ki, boyları da artır. Düşünürəm ki, Vidadi İskəndərli də belələrindəndir...

Məhəmməd Mirzəli isə dediyim kimi, fərqlidir, bunun başı, psixikası yerindədir. O, sadəcə olarq video-blogerdir, ya da bu statusa iddia edir. Hər halda, onun əsas maraqları biznes maraqlarıdır. İş ondadır ki, “youtub”da kanal açdıqda və müəyyən baxış sayına malik olduqda, yaxşı pul qazanmaq olur. Məsələn, baxış sayı on mini keçərsə, siz reklamdan, alqı-satqıdan pul qazana bilirsiz, sosial şəbəkələri öz biznesinizə cəlb edirsiz və “youtub” özü də sizə pul ödəməyə başlayır. Amma bunun üçün savad, istedad olmalıdır, video-bloger ən azı bir il konkret istiqamətdə işləməli və hər gün izləyiciləri maraqlandıracaq canlı video-süjetlər yükləməlidir. Bu keyfiyyətlərdən məhrum olanlar ya bankrot olur, ya da tamam başqa, şərəfsiz, həm də zəhmətsiz qazanc yolu tuturlar. Axırıncılar özlərini tanıtmaq, baxış saylarını artırmaq üçün qəbul olunan və olunmayan bütün yollara əl atırlar. Məsələn, hər gün Azərbaycanın tanınan, hakimiyyətdə təmsil olunan şəxslərini, onların ailə üzvlərini (diqqət edin: ölüyə-diriyə, cavana-qocaya baxmadan) söyən, təhqir edən yeni-yeni video-süjetlər yükləyirlər. Doğrudur, bunun üçün xüsusi qabiliyyət lazım deyil, amma bütün mənəvi dəyərlərdən, abır-həyadan məhrum olmalısan. Unutmaq olmaz ki, “hamıya və hər şeyə söymək, tüpürmək” yolunu tutanlar hər şeylərini və hər yerlərini bazara çıxarmağa hazır olanlardır. Amma bunları yalnız nəticə maraqlandırır, nəyin bahasına olursa-olsun, yalnız cib pulla dolsun. Nəticə də göz qabağsndadır, savadlı, istedadla video-blogerlərin bir ilə nail olduqlarına bunlar söyüş, təhqir hesabına bir neçə aya nail olurlar, baxışların sayını ən azı on minə qaldırırlar. Sonrası isə asandır, necə deyərlər, adi texnikadır.

Sual oluna bilər ki, niyə mən bunları belə detallı yazıram? Tamamilə haqlı sualdır və mənim də bu suala tutarlı bir cavabım var. Son vaxtlar “sosial şəbəkə siçovulları”na “youtub”da da, sosial şəbəkələrdə layiqli cavablar verilir. Amma ziyanlı olacaq məqamlar da var, fikrimcə, “siçovulları”n müxalifət adlandırılması bunlarlan birincisidir.

Müxalifət siyasi ambisiyaları olan, bizim radikal müxalifətdən fərqli olaraq, ictimai rəyə təsir edə bilən, təşkilatlanmış sivil bir institutdur, demokratik cəmiyyətin atributlarından biridir. “Sosial şəbəkə siçovulları” isə, yuxarıda dediyim kimi, cəmiyyətin mənəvi tullantıları arasında eşələnən məxluqlardır. Onların müxalifət (radikal, ya liberal – fərqi yoxdur) adlandırılması, az qala onlara siyasi status verilməsi, legitimləşdirilməsi anlamına gəlir. Odur ki, burda Dədə Qorquda ehtiyac yoxdur, hər kəsi və hər şeyi öz adı ilə çağırmaq lazımdır.

Siyasi dəllallar

“Sosial şəbəkə siçovulları”ndan fərqli olaraq, “bədbaxt adamlar”ın ikinci qrupu siyasi ambisiyalıdır, yəni konkret siyasi məqsədlər güdən, faktiki olaraq, radikal maxalifəti təmsil edən adamlardır. Onları birincilərdən fərqləndirən əsas cəhət müəyyən siyasi savadlı və xeyli hazırlıqlı olmalarıdır. Oxşar cəhətləri isə məqsədə çatmaq üçün qəbul olunan və olunmayan bütün vasitələrdən istifadə etmələri, söyüşün, qarğışın içində eşələnmələridir. Elə bil ki, aqillər bu cür adamlara baxıb “siyasət çirkin şeydir” kəlamını dilə gətiriblər. Bu qrupun ən “parlaq” nümayəndələri isə, məlum olduğu kimi, Qurban Məmmədov və Qənimət Zahidovdur. İş elə gətirib ki, mən bu adamların hər ikisi ilə şəxsən tanışam. Birincisini hərəkat dövründən “Sabirabad görüşləri”ndən, ikincisini isə müstəqillik dövründən “Yerevan səfərləri”ndən tanıyıram. Elə bu tanışlığa görə də, onlar haqqında şəxsən mənə məlum olanları yox, rəsmi təsdiq olunanları, cəmiyyətə məlum olanları paylaşmaq istəyirəm. Mətbuata sızan məlumatlara görə, hər ikisi xarici kəşfiyyat orqanlarınının (hətta ikili!) agentidir və iki mininci illərdə məhz bu “fəaliyyəti”nə görə, birinci Azərbaycanda, ikinci isə İranda həbs olunub. Hazırda isə hər iki şəxs Avropada oturub, xarici qüvvələrin (bəlkə həmin xarici kəşfiyyat orqanlarının?!) dəstəyi ilə hərəsi bir internet-televiziya açıb və Azərbaycanı qaralamaqla (oxu: söyüş-qarğış tirajlamaqla) məşğuldur.

Düşünürəm ki, Qurban Məmmədovla Qənimət Zahidovun mahiyyətləri bir olsa da, məqsədləri xeyli fərqlidir. Bu bədbəxt adamların hər ikisi siyasi dəllallıqla (yeri gəlmişkən, bu qrupu “siyasi dəllallar” da adlandırmaq olar) məşguldur, sözdə bir şeyi deyirlər, işdə isə başqa əməli törədirlər. Birinci Londonda oturub, “Azerfreedom” adlı bir televiziya qurub, xilaskar obrazı yaratmaq və siyasi ambisiyalarını bu yolla reallaşdirmaq istəyir. Odur ki, “məmə deyəndən pəpə yeyənə” kimi, Azərbaycanın içində və çölündə iqtidardan narazı olan kimsə varsa, öz televiziyasına dəvət edir və tribuna verir. Özündən olsa, bu narazıları internet-televiziya vasitəsilə öz ətrafında birləşdirmək, Bakıda ümumxalq mitinqləri keçirmək, bu mitinqlərin dalğasında Azərbaycana qayıtmaq və hakimiyyəti ələ keçirmək istəyir. Bir sözlə, yeni bir “İmam Xomeyni” obrazı yaratmaq niyyətindədir. Ancaq burda o, həmin dəvəquşu mislindədir - başını torpağa gizlədib, quyruğundan xəbərsizdir. Əvvəla, Qurban Məmmədov səviyyəli adamın Londonda oturub Azərbaycanda inqilab etmək istəyi “stəkanda fırtına qoparmağa” bənzəyir, odur ki, onun verilişlərini maksimum iki-üç min adam izləyir. Sonra, onun məqsədini siyasi ambisiyası olanların hamısı hiss edir və dərhal “Azerfreedom”u tərk edir. Sonda Qurban Məmmədovun meydanı da Pənah Hüseynov, Rəhim Qazıyev kimi “qoca qurdlar”ın ümidinə qalır...

Qənimət Zahidovun məsələsi isə bir az fərqlidir. Məsələ ondadır ki, o, 90-cı illərdən, hələ tələbəlikdən “Yurdçu”dur, yəni Əli Kərimovçudur. Bilənlər bilir, Qənimətin redaktor olduğu bütün dövrlərdə “Azadlıq” qəzeti bütün cəbhəçilərin yox, yalnız “Yurdçular”ın qəzeti olub. İndi bu adam oturub Fransada, “Turan” adlı bir televiziya açıb, Əli Kərimlinin reklamı, Azərbaycan iqtidarının antireklamı ilə məşğuldur. Bu televiziya da hazırda bütün müxalifətin yox, yalnız “Yurdçular”ın televiziyasıdır - Əli Kərimovun liderliyini qəbul etməyən hər kəs, hansı “siyasi məzhəb”ə qulluq edir-etsin, “Turan”a dəvət edilmir. İnternet televiziyanın auditoriyasını cəmiyyətdə mövqeyini dəyişməklə populyarlaşan qoca professor, siyasi düşərgəsinə xəyanət etmiş diplomat və əski deputat təşkil edir. Odur ki, Qənimət meydanda tək qalır, faktiki olaraq özü danışır, özü eşidir. Bir sözlə, Qurban Məmmədovun müstəqil siyasətçi kimi özü üçün etmək istədiklərini Qənimət Zahidov sadiq bir “Yurdçu” olaraq, Əli Kərimov üçün reallaşdırmaq niyyətindədir.

Maraqlı məqamlar

Yeri gəlmişkən, burda iki maraqlı məqam var, oxucuların diqqətinə çatdırmaq istərdim. Deməli, bizim “siyasi dəllallar” nə qədər əlləşsələr də, xalqı ayağa qaldıra bilmirlər və Bakıda beş-on min nəfərlik icazəli etiraz mininqi keçirə bilmirlər. Bunların hətta bütün müxalifıtin adından elan etdikləri mitinqlərə 2-3 mindən artıq adam gəlmir. Təbii ki, səbəblərini axtarırlar, araşdırırlar, başlarını sındırırlar.

Televiziyalarına “ekspertlər”i dəvət edirlər, iqtidarın sərtliyindən tutmuş, xalqın passivliyinə qədər bütün variantlara yer verirlər. Hətta xalqı təşkilatlandırmaq məsələsini strateji istiqamət kimi irəli sürürlər. Amma birinin də ağlına (ağıl var ki?!) gəlmir ki, bəlkə bu xalq bu iqtidarın siyasətindən razıdır, bu iqtidarı dəstəkləyir, ona görə mitinqlərə çıxmaq istəmir?! Məgər 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində xalqı təşkilatlandırmaq lazım idi?! Bəlkə onda iqtidar müxalifətin mitinqlərinə “yaşıl işıq” yandırırdı?! Xalq onda sadəcə olaraq, mövcud hakimiyyətdən narazı idi və milyonlar küçələrə axışırdı.

İkinci maraqlı məqam isə sözügedən internet-televiziyaların maliyyələşməsi ilə bağlıdır. Bu televiziyalar şübhəsiz ki, çox bahalı layihədir. Bizim “dəllallar” da məlum olduğu kimi, imkanlı adamlar deyillər, hər ikisi çoxuşaqlı kasıb ailənin çətinliklə ali təhsil almış övladlarıdır. Bizneslə də heç zaman məşğul olmayıblar, biri ömrü boyu vəkil işləyib, o biri də jurnalist. Onda bəs pul hardandır? Özləri israrla iddia edirlər ki, paranı Avropada, əsasən də Rusiyada yaşayan azərbaycanlılar ödəyir. Onların səviyyəsinə düşmək, yalançını söymək istəmirəm, amma birmənalı olaraq deyirəm ki, bu iddialar həqiqətə uyğun deyil. Məsələ ondadır ki, bizim iddiaçılardan fərqli olaraq mən uzun müddət Rusiyada yaşamışam – oxumuşam və işləmişəm, Rusiyada yaşayan azərbaycanlılar haqqında onlarla məqalənin müəllifiyəm. Bir sözlə, xaricdə yaşayan soydaşlarımıza yaxından bələdəm, yaxşı bilirəm ki, bizimkilər bizimkilərə pul xərcləyən deyillər. Kimə xərcləyirlər, hara xərcləyirlər - özləri bilir, təkrar edib qan qaraltmaq istəmirəm. Konkret misal çəkim, son dövrlərdə Rusiyanın on ən imkanlı adamından azı üçü həmişə azərbaycanlı olub. Kim deyə bilər ki, onlar Azərbaycan, ya azərbaycanlılar üçün nə ediblər? Bəlkə Qarabağ probleminin həllinə kömək ediblər, büyük qələbəmizə dəstək veriblər, ya Azərbaycandan beş-on istedadlı gənci Moskvaya oxumağa göndəriblər?! Odur ki, onların Azərbaycanda Biləcəridən o yanda tanınmayan (həm də iqtidara qarşı radikal müxalifətdə duran!) internet-televiziyalara maddi dəstək verdiklərinə kim inanar?!

Nə etməli?

Yaxşı, nə etməli, bütün müqəddəs dəyərləri tapdayan bu bədbəxt adamlarla necə mübarizə etməli? Karl Marksın orijinal bir kəlamı var, deyir ki, təklif vermədən tənqid etmək simasızlıqdır. Böyük filosofla razılaşıram və öz təklifimi verməyə hazırlaşıram. Düşünürəm ki, “sosial şəbəkə siçovulları”na yanaşma “siyasi dəllallar”dan fərqli olmalıdır. Əslində birincilərə qarşı mübarizə də əhəmiyyətsizdir - bu, onların reklamına xidmət edir. Sadəcə olaraq, “axmaq itlər ulduza hürər” deyib boş vermək lazımdır. “Dəllallar”a gəlincə, onlar dövlət, cəmiyyət üçün təhlükəlidirlər, çünki xarici qüvvələrə xidmət edirlər, ölkədə sabitliyi pozmaq, “bulanıq suda balıq tutmaq” niyyətindədirlər. Odur ki, onların cavabı verilməli, cəmiyyət kimin kim olduğunu bilməlidir. Doğrudur, bu istiqamətdə müəyyən iş gedir, amma düşünürəm ki, yetərincə deyil. Yuxarıda qeyd etdim ki, onları birincilərdən fərqləndirən əsas cəhət müəyyən siyasi savadlı və xeyli hazırlıqlı olmalarıdır. Odur ki, onlara qarşı sistemli mübarizə aparılmalıdır, qabaqlarına yaxşı hazırlıqlı, siyasi savadlı adamlar çıxarılmalı, “siyasət dəllalları”nın mahiyyəti, məqsədləri faş olunmalıdır. Düşünürəm ki, bu, hamımızın xeyrinə olar...

Qalib ARİF

Xəbər 860 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +