Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


17.10.2022  09:16 

Erməni mətbuatı Qarabağı necə işğal edib? - Tarix





A+  A-

Ermənilərin Qarabağda məskunlaşmasının tarixi elə də çox qədim deyil. Bizə tarixi oxuda-oxuda, özləri tarix yazmağa qismən də olsa nail olublar. Əlbəttə, tarix təkcə kitablarda yazılmır, həmçinin mətbuatda, filmlərdə və digər informaisiya istehsalçısı olan resurslarda da tarix yazılır. Təkcə 1870-ci ildən 1920-ci ilə qədər olan 50 illik bir dövürdə ermənilər Qarabağı təkcə əhalisi ilə deyil, həm də qəzetləri ilə işğal etmişdilər. Təkcə Qarabağımı? Təbii ki, yox, Gəncə, Bakı kimi böyük Azərbaycan şəhərləri də sabahlarını erməni qəzetlərinin xəbərləri ilə açırdı...

1905-ci ildə baş vermiş erməni-müsəlman qırğını, 1918-ci ilin mart soyqırımı, 1920-ci ildən sonra Azərbaycan torpaqlarının (Zəngəzur), 1988-ci ildən isə Dağlıq Qarabağın işğalı həm də 1870-ci illərdən başlayan “maarifçiliyin” nəticəsi idi. Cəmiyyətin yazıb-oxuyan təbəqəsinə hakim olan dövrün erməni dilli qəzetləri Azərbaycanı içdən yeyirdi. Silahlamı, əlbəttə ki, yox... Onlar millətlərin və xalqların inkişafı ilə bağlı ortaya çıxan mürəkkəb məsələləri, sosial-iqtisadi və mədəni siyasətin həyata keçirilməsində yol verilən səhvlər və çatışmazlıqları kütləvi informasiya vasitələrində vermirdilər.

“Əkinçi” ilə başlanan dirəniş...

1875-ci ilin iyulun 22-də “Əkinçi”nin nəşri ilə bu coğrafiyada vəziyyət qismən dəyişdi. “Əkinçi” təkcə Azərbaycan gerçəklikləri və problemlərini işıqlandırmırdı, həm də mübarizə aparırdı. Qəzetin bir sıra saylarında dövrün qatı millətçi erməni qəzeti "Mşak"ın redaktoru Qriqori Arsruni (Qriqor Arsruni qaraçı (çigənə) nəslindən olsa da Daşnak düşüncəsinin təməlini qoyanlardan biridir) ilə kəskin polemikaya da təsadüf olunur. H.Zərdabinin mənəvi birliyin vacibliyi haqqındakı fikirlərinə torpaq iddiaları ilə cavab verən Arsruni yazırdı: "Verin bizə elə yerləri ki, keçmişdə onları güc ilə zəbt etmisiniz və ondan sonra gedib ittihadu-islamı o səhralarda eləyin ki, orada islam bina olub".

Tanınmış tədqiqatçı jurnalist Akif Aşırlı “Azərbaycan mətbuat tarixi” (1875-1920) əsərində (Bakı-2009, səh. 18) yazır ki, Arsruninin bu açıqlamasına səbr göstərən Zərdabi yüksək mədəniyyətlə erməni iddialarına cavab verirdi: "Ey cənab Arsruni, əgər ki, cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm-təhsil etməyə raqibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırsınız?"

Qeyd edək ki, Həsən Bəy Zərdabi “Əkinçi” üçün pul toplaya bilməyəndə artıq maarifçilik üçün Bakıdan əyalətlərə üz tutur, yardım toplayırdı. Böyük mütəfəkir Azərbaycanda Azərbaycan dilli qəzeti çox çətinliklə çap etdirdiyi halda, ermənilər Şuşada, Gəncədə, Bakıda çox rahtlıqla onlarla qəzet nəşr edirdilər.

XX əsrin əvvəlləri... – Ermənilər daha da fəallaşır

XX əsrin əvvəllərində erməni dilində həm Bakıda, həm də əyalətlərdə - xüsusən Şuşada və Gəncədə bir sıra mətbu orqanlar fəaliyyət göstərirdi: “Aykakan aşxar” (Tiflis, Gəncə, Bakı, 1864-1879); “Azqaqrakan andes” (Şuşa, 1895-1900); “Banvori dzayn”, “Bari lur”, “Kuraknori tert”, “Motsak”, “Koç-devet” (Bakı, 1906); “Bakvi dzafi”, “Erand”, “Kiraki”, “Lusadenin”, “Tatron ev erajşutyun” (Bakı, 1913); “Arev”, “Çil”, “Şaviq” (Bakı, 1914); “Paykar” (Şuşa, 1914); “Faylak” (Şuşa, 1915); “Aşxasanki droşak” (Bakı, 1916); “Berasnund”, “Ozer” (Bakı, 1916); “Kayler” (Gəncə, 1916); “Netsuk” (Şuşa, 1916); “Aparaj” (Şuşa, 1918), “Aşxatvorn dzaym” (Bakı, 1918); “Banvori Xosk”, “Zeraçnund” (Bakı, 1918); “Merdzaym” (Gəncə, 1918); “Terekati”, “Sepor” (Bakı, 1918); “Karabaxi Suranc” (Şuşa, 1918); “Artsax” (Şuşa, 1919); “Nor Kyank” (Şuşa, 1919).

1905-1906-cı illərdə baş verən hadisələrdən sonra - 1906-cı ildə İsa bəy Aşurbəyovun rəhbərliyi altında "Dəvət-Qoç" qəzeti (3-4 sayı) nəşr olunmağa başladı. Qəzetin nəşrində məqsəd yenicə başa çatmış növbəti erməni-müsəlman ixtilafını süni yolla yaradılmış milli qırğının qarşısını almaqdan, dostluğu, mehriban qonşuluğu təbliğ etməkdən ibarət idi. “Dəvət-Qoç” Azərbaycan və erməni dillərində çıxırdı.

Bu dövürdə erməni dilində buraxılan “Banvori dzayn” və “Orer” qəzetləri də erməni fəhlələri içərisində böyük “tərbiyəvi iş” aparırdı. O dövürdə erməni fəhlələrinin daha çox neft sənayesində çalıdığını nəzərə alsaq, bu prosesin həm də Bakı və ətraf qəsəbələrdə necə sürətlə yayıldığını təsəvvür edə bilərik.

1917-ci il martın 30-dan etibarən, Azərbaycan, rus və erməni dillərində buraxılan “Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı” Azərbaycan mətbuatı tarixində özünəməxsus yer tuturdu. 1917-ci ilin noyabrına qədər menşeviklərin əlində olan bu qəzet Bakıda Sovet hakimiyyətinin elan edilməsindən az sonra bolşeviklərin orqanına çevrildi. Qəzet nəşrində N.Nərimanov, M.Əzizbəyov, A.Caparidze, S.Şaumyan və başqaları yaxından iştirak ediblər. Göründüyü kimi dövrün media maarifində erməniulər hər zaman bu və ya digər formada iştirak edirdilər.

Şuşada nəşr olunan qəzetlərə diqqət edək...

Tədqiqatçı aalim Nazim Axundov “Azərbaycan dövri mətbuatı” kitabında (118-132-ci səhifələr) erməni dilində 67 mətbuat orqanı haqqında ətraflı məlumat verir. Onların bir neçəsinə, hansı ki, Qarabağda, xüsusən də Şuşada nəşr olunanlara diqqət edək:

“Azqarakan andes” (“Etnoqrafik jurnal”) - illüstrativləşdirilmiş rüblük jurnal olub. 1896-1916-cı illərdə Şuşada, daha sonra isə Tiflisdə, 260 səhifədə çap olunub, redaktoru - Ervand Lalayan olub.

“Aykakan Aşxar” (“Erməni dünyası”) - ədəbi və pedaqoji, ayda 1 dəfə 48 səhifə həcmində buraxılan jurnal olub. 1864-1871-ci illərdə Şuşada, 1874-1875-ci illərdə Gəncədə, 1876-cı ildə isə Tiflisdə çap olunub, redaktoru - Arximandrit Xoren Stepane idi. Jurnal “Krunk ayots Aşxari”nin davamı olmuş və ilk sayı “Ayka kan aşxari krunk” adlandırılmışdır.

“Aparaj” (“Qaya”) - 1917-1919-cu iliərdə Şuşada iki həftədən bir buraxılan siyasi, ictimai və ədəbi qəzet olub idi, redaktoru Ayrapet Musayan olub.

“Arsax” (“Arsax”) – 4 səhifəlik ictimai - siyasi, və ədəbi gündəlik qəzet kimi 1919-cu ildə Şuşa şəhərində buraxılırdı.

“Asparez” (“Sahə”) - 1917-ci ildə Şuşa şəhərində 9 sayı nəşr edilmişdi, redaktoru Q.Musaelyan idi.

“Aşxatank” (“Əmək”) - 4 səhifəlik ictimai-siyasi qəzet 1917-ci ildə Şuşa şəhərində çap olunub.

“Qavar” (“Vilayət”) - 1907-ci ildə Şuşada nəşr edilib.

“Qorts” (“İş”) - ayda bir dəfə buraxılan ədəbi, siyasi və milli jurnal kimi 32 səhifədə, 1882-1884-cü illərdə Şuşada və Tiflisdə buraxılıb, naşir-redaktoru Simon Axumyan idi.

“Qarabağ” (“Qarabağ”) - ədəbi-ictimai qəzet olaraq 1911-1912-ci illərdə Şuşada çap olunub. Ümumilikdə, 74 sayı nəşr edilən bu qəzetin redaktoru N.Eranişyan olub.

“Karavaxi surundak” (“Qarabağ kuryeri”) qəzeti 1919-cu ildə Şuşada buraxılıb.

“Netsuk” (“Dayaq”) – 4 səhifəlik ictimai-siyasi qəzet, РСДРП Şuşa Komitəsinin nəşri, 1917-ci ildə Şuşada buraxılıb, 7 sayı çap edilib.

“Nor Kyank” (“Yeni Həyat”) – Sosial-demokratik dərnəyinin 4 səhifəlik ictimai-siyasi qəzeti, 1919-cu ildə Şuşada çap olunub. Ümumilikdə, 69 sayı işıq üzü görüb.

“Paykar” (“Mübarizə”) - həftəlik ədəbi, ictimai-siyasi və iqtisadi orqan kimi 1914-1917-ci illərdə Şuşada çap olunub.

“Faylak” (“Зарница”) - ictimai-siyasi və sosial-demokratik qəzet kimi həftədə bir dəfə, 1915-1917-ci illərdə Şuşada buraxılıb, naşiri L.Vardapetyan, redaktoru isə X.Samvelyan idi.

“Tsitsiyan” (“Göyqurşağı”) ayda bir dəfə buraxılan bədii-ədəbi və tənqidi jurnal kimi 32 səhifədə, 1916-cı ildə Şuşada nəşr edilib, redaktoru O.Petrosyan olub.

1918-1920-ci illərdə Azərbaycanda milli hökumətə qarşı erməni dilində çıxan qəzet və jurnallar içərisində “Artsax” (1919, Redaksiya heyəti), “Aparaj” (1917-1919, redaktoru Ayrapet Musaelyan) və s. kimi düşmən mövqeli qəzet və jurnallar xüsusilə fəallıq göstərirdi.



* * *

Göründüyü kimi, ermənilərin Şuşadan başladığı “maarifçilik” işləri Bakıya və Gəncəyə qədər gedib çıxmşıdı. Bu siyahı uzun olduğu üçün Bakı və Gəncədə məhz ermənilər tərəfindən nəşr olunan qəzetlərin siyahısını vermədik. Amma bu siyahı ilə tam maraqlanmaq istəyənlər bəndənizin müəllifliyi ilə 2017-ci ildə çapdan çıxan “Mətuatda multikulturalizm” kitabında ətraflı tanış ola bilərlər.

Dövrün qəzet və jurnallarında bəzi xalqların tarixi və mədəniyyəti, adət və ənənələri ideallaşdırılır, ayrı-ayrı tarixi hadisə və faktlara milliyyətçi yanaşmalar, milli maraqların digər xalqların maraqlarına qarşı qoyulması yer alırdı. Ermənilər təkcə ictimai-siyasi deyil, iqtisadi, mədəni, ədəbi və pedaqoji sahələrdə də mətbu nəşrlər təsis edərək nəyinki Qarabağı, Bakını belə “işğal” edirdilər. Onlara cavab verəcək Azərbaycan dilli nəşrlər isə çox az idi. Təbii ki, dövrün ideoloji qamçısından ehtiyat edən Azərbaycan dilli nəşrlər maarfçiliyin qardaşlıq prinsipinlərindən o tərəfə keçə bilmirdilər.

Artıq Azərbaycan Qarabağa addım-addım hakim olur. İndi bu coğrafiya (Azərbaycanın nəzarətində olan ərazilər) yenidən qurulur, məskunlşama olmasa da gələcəkdə bu da baş verəcək. İndi dünya Azərbyacanı bu yurdlarda ermənilərin də təkrar yaşamsına məcbur edir. Olsun, zatən Azərbaycan bundan narahat deyil. Ermənilər də yaşasın, gürcülər də... Amma biz ötən əsrlərdə yuxarıda qeyd etdiyimiz səhvləri təkrarlamamalıyıq.

Niyaz Niftiyev


Xəbər 1166 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +