AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.10.2022  11:16 

Qurban Qurbanovun “əsarət”ində qalanlar





A+  A-

Azərbaycan məşqçilik məktəbi, əsasən sovet ənənələrinə əsaslanır. Müasir futbolun Azərbaycandakı məşqçilik ənənəsi isə yenicə formalaşır. Onun təməlini, şübhəsiz ki, Qurban Qurbanov qoyub.

Deməli, biz köhnə ənənədən xilas olmalı, yenisini isə inkişaf etdirməliyik. Necə? Azərbaycan futbolunda 2-3 məşqçi var ki, hansı komandada vakant yer yaranırsa, mütləq onların adları hallanır.

Amma müasir məşqçilik məktəbinin – yəni Qurban Qurbanov məktəbinin yetirmələri yada düşmür. Xoşagələn tendensiya deyil, bizi inkişafdan saxlayır. Uzun illərdir ki, Qurbanovla eyni yolun yolçusu olan mütəxəssislər yetişib “Qarabağ”da. Onlar “köhlən atlar”ın uğurunda pay sahibidirlər. Bu uğuru necə qazanmağın yolunu mənimsəyiblər. Həm idarəetmə planında, həm də futbol fəlsəfəsi anlayışında. Əgər belə idarəetmə və futbol anlayışı uğur gətirirsə, onda onu niyə şaxələndirməyək?

Məsələn, hansısa komanda Elçin Rəhmanovu baş məşqçi gətirməkdə niyə maraqlı olmasın? Artıq vaxtdır – Qurban Qurbanov məktəbini şaxələndirməyin vaxtı. Onun “əsarət”ində olan mütəxəssislər ayrı-ayrı komandalarda baş məşqçi kimi işləməyə yararlıdırlar, püxtələşiblər. Bu mütəxəssislər müstəqil fəaliyyət göstərməli, “Qarabağ”da qazandıqları təcrübəni yaymalı, gənc məşqçilərin yetişməsinə töhfə verməlidirlər. Qurban Qurbanov da özünə yeni komanda formalaşdırmalıdır. Bəlli, düzgün sistemdə bu, elə də çətinlik yaratmayacaq. Yetər ki, hansısa klub Elçin Rəhmanovun, Müşfiq Hüseynovun, Zaur Tağızadənin xidmətində maraqlı olsun, onlar da müstəqil fəaliyyət göstərməyə can atsınlar.

Məncə, bu mütəxəssislər gələn təkliflərdən imtina etməzlər, elə Qurban Qurbanov da onlara xeyir-dua verər. Əsas məsələ idarəçilərdir. Hansı klubda “Qarabağ”dakı idarəçilər var? Mövzunu müzakirə müstəvisinə çıxartdıq, amma elə burada da saxlayaq. Azərbaycan futbolunun idarəetmə sistemində islahatlar olandan sonra davam etdirərik. İslahat olacaqmı?

Natiq Muxtarlı
Aut.az

Xəbər 7772 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +