Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


09.10.2022  10:00 

Rusiyanı da SSRİ-nin aqibəti gözləyirmi?





A+  A-

Son günlər Rusiya-Ukrayna cəbhəsində dramatik hadisələr baş verir. Ancaq məlum referendumdan sonra Krım körpüsünün partladılması, yük vaqonlarının vurulması və s. kimi xəbərlər məndə hansısa şou-biznes müğənnisinin bic uşaq doğması qədər maraq və təəccüb doğurmadı.

Koordinatların bir tərəfdən digərinə ötürülməsində heç xain axtarmaq da lazım deyil. Ən azı hər iki tərəfdə qarışıq nikahların olması son nəticədə öz sözünü deyir. Lakin bu hərbi əməliyyatlarda, başqa sözlə desək, qardaş qırğınında diqqəti çəkən əsas cəhət Boqdan Xmelnitski dövründən bu yana bu iki xalqın ilk dəfə bir-birinə düşmən kəsilməsidir.

Doğrudan da, hələ 17-ci əsrdə rus çarının himayəsi altına keçməyi üstün tutan Ukrayna xalqı niyə gərək indi qonşu beloruslar kimi Rusiya ilə vahid iqtisadi-siyasi blokda yaşamaq istəməsin? Regionda milli-etnik zəmində baş verən münaqişələr Rusiyadan üz döndərəcək qədərmi əhəmiyyətlidir? Yox. Səbəb tamamilə başqadır.

Hər kəsə gün kimi aydındır ki, bu müharibənin nəinki uzanmasında, hətta başlanmasında belə ABŞ, İngiltərə və Fransanın təhrikçilik siyasəti böyük rol oynayır.

Vaxtilə qərbin imperialist dairələri SSRİ-yə qarşı mübarizədə Əfqanıstan mücahidlərinə də belə dəstək vermişdilər. Əfqanların yarısı sosializmi dəstəkləyirdi və ölkəyə daxil olan Sovet qoşunlarını gül-çiçəklə qarşılamışdılar. Amma "şurəvi"nin ölkədə apardığı siyasətdən, xüsusilə onların "dinsizliyi"ndən (yəni, "din dövlətdən, məktəb dindən ayrıdır" prinsipinin tətbiqindən) narazı qalan bəzi icma üzvləri çox keçmədi ki, silaha sarıldı. Sovetlərin Əfqanıstanı SSRİ-nin tərkibində 16-cı Sovet Respublikasına çevirmək planından xəbər tutan ABŞ bu planın reallaşmasından hədsiz dərəcədə narahat idi. Məhz bu məqamda ayrı-ayrı əfqan tayfalarının Sovet işğalına qarşı müqaviməti onlar üçün göydəndüşmə fürsət oldu və onlar bundan dərhal yararlanaraq narazı əfqanları ən yaxşı silahlarla, xüsusilə "Stinger" tipli zenit raketləri ilə silahlandırmağa başladılar.

Sovet tərəfi də hər vurulan "Akula"ya, hər öldürülən Sovet əsgərinə görə əvəz çıxmaq üçün çox vaxt mülki obyektlərdə, yaşayış məntəqələrində gizlənən mücahidləri atəşə tuturdu ki, bu da mülki əhali arasında tələfata səbəb olurdu. Bundan hiddətlənən sakinlər mücahidlərin sıralarına qoşulur və müharibə get-gedə əfqanların milli-azadlıq mübarizəsi kimi görünməyə başlayırdı. Nəticədə, sovet qoşunları Əfqanıstanı tərk etməyə məcbur oldu. Bu, əslində əfqanların yox, ABŞ-ın qələbəsi idi. ABŞ Vyetnamdakı məğlubiyyətinə Əfqanıstan ssenarisi ilə cavab verdi.

Heç şübhəsiz, SSRİ-nin süqutundan sonra ABŞ Şərqi Avropanın neft-qaz və xammal ehtiyatları bazarında hakim mövqelərini qoruyub saxlayan Rusiyanı özünün dünya bazarındakı şəriksiz hegemonluğuna mane olan, hətta onun iqtisadi maraqlarını təhdid edən ən başlıca maneə kimi görüb və görməkdədir. Bu səbəbdən də Rusiyanı ən yaxşı halda zəiflətmək, ən pis halda isə parçalamaq niyyəti güdən ABŞ, demək olar ki, bütün mümkün vasitələrdən istifadə edərək indi də Rusiyaya qarşı münasibətdə eyni ssenarini təkrarlayır.

Alim HÜSEYNOV
AJB-nin üzvü


Xəbər 8201 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +