Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


22.09.2022  15:20 

“Kimə istəyirsən şikayət et, azərbaycanlıları hotelə almırıq”





A+  A-

Çex Respublikasında yaşayan Azərbaycan vətəndaşı Bakıdakı hoteldə ona qarşı ayrı-seçkilik olduğunu deyir.

XəzərNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən şikayətçi N.Əliyev bildirib ki, bir neçə gün öncə onlayn şəkildə “Marine Inn Hotel”də otaq rezerv edib, lakin azərbaycanlı olduğu üçün onu hotelə buraxmayıblar: “Mən Azərbaycan vətəndaşı olsam da, xaricdə yaşayıram. Sentyabrın 18-də “Booking.com” beynəlxalq hotel rezervasiya sistemi vasitəsilə sabahkı gün üçün otaq bron elədim. Səhəri gün hotelə gələndə resepşndakı əməkdaş dedi ki, Azərbaycan vətəndaşlarının hoteldə qalmasına icazə verilmir. Daha sonra mən hotel rəhbərliyi ilə əlaqə saxlanılmasını istədim. Bildirdim ki, belə bir qadağa varsa, bunu mənə əvvəlcədən bildirməli idiz və ya rezervasiyamı ləğv etməli idiz. Cavab olaraq bildirildi ki, “kimə istəyirsən get şikayət et, azərbaycanlıları hotelə almırıq. Bu açıq-aşkar diskriminasiyadır. Sırf millətinə görə kiməsə xidmət göstərməmək qanunaziddir”.

Qeyd edək ki, "Marine Inn Hotel" Bakının mərkəzi küçələrindən biri olan Neftçilər prospektində, Bakı Dəniz Limanının yanında yerləşir.

Xəbər 2822 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +