Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.09.2022  14:41 

O pullarla Avropada Qarabağı müdafiə edəcək ordu qurmaq olardı...





A+  A-

Müharibə və konflikt şəraitində yaşayan ölkələr üçün bu, labüd bir məsələdir. Dövlətin rəsmi təmsilçisi olan səfirlər yerlərdə soydaşlarımızla və ictimaiyyətlə iş aparmalı və “O gün bu gündür!” dedikdə tam olaraq təşkilatlanmış, güvənli və inanılmış soydaşlarımız aksiya keçirən erməni lobbisinin önündə dayanmalıdır.

Onlar bu etirazların hara qədər inkişaf edə biləcəyini yerindəcə dəyərləndirməli və sabotajın qarşısını almalıdır. Ermənilərin kompakt şəkildə yaşadıqları, bizim isə az sayda olduğumuz yerlərdə diaspor təşkilatları səfirlikdən daha böyük miqyasda iş aparmalıdır.

Güclü maliyyə dəstəkləri olan diasporumız güneyli soydaşlarımız və Türkiyə türkləri başda olmaqla bütün türksoylu diaspor təşkilatları ilə iş qurmalı, kritik durumlarda türkiyəli və güneyli qardaşlarımıza müraciət edilməlidir.

Strateji baxımdan vacib şəhərlərdə yaşayan soydaşlarımızın içərisindən idmançılar, bu şəhərlərdə yaşayan güc strukturlarında çalışmış keçmiş təcrübəli insanlarımız siyahıya alınmalı, onlarla mütəmadi ideoloji iş aparılmalı və bu tipli etiraz aksiyalarında etirazçılara qarşı davranışları və onların təhlükəsizliyinin qorunması ilə bağlı təlimatlar verilməlidir.

Sözün açığı, biz son vaxtlar Şuşada və başqa işğaldan azad olunmuş bölgələrdə diaspor qurumunun dəvəti ilə gələnləri gördükdə səsimizi Qərbə çatdıracaq hazır silahsız bir ordunun ortaya çıxmasını gözləyirdik...

Əvəzində nə gördük?

Yaxşı, bu diaspor qurumlarını qoyduq bir kənara. Adi bir misal: Ən populyar idman növü olan futbolun əsas ideoloji tərəfi həm də azarkeş ordusu ilə bağlıdır. Türkiyənin istər milli yığması, istərsə də klubları Almaniyada, hətta almanlarla oynadıqları zaman tribuna üstünlüyünə malik olurlar. Bu, bir yandan millətin vətən təəssübkeşliyidirsə, o biri tərəfdən də təşkilatlanmaq bacarığıdır. "Qarabağ" futbol klubunun son zamanlardakı bu uğurlarından həmin istiqamətdə niyə istifadə olunmur?

Halbuki təşkilatlanmaq üçün həm zamanımız, həm də imkanımız vardı.

Uzun illərdir kifayət qədər varlı bir neft ölkəsinin təmsilçiləri pulu hara və necə xərclədilər ki, düzgün təşkilatlana bilmədilər? Bu pullarla, şişirtmək kimi olmasın, bəlkə də, Avropada Qarabağı müdafiə edəcək ordu qurmaq olardı.

Erməni lobbisi, xüsusi xidmət orqanları illərdir formalaşmış bir təşkilatdır. Qurduqları oyunlar çox zaman, təəssüf ki, uğurla nəticələnib.

Bəs Azərbaycan diasporu nə edir?

Londonda, Beyrutda səfirlik binasına hücumdan sonra digər ölkələrdə öz işini qura bilməyən diplomatik nümayəndəlik ölkəni, həm də müharibə şəraitində olan bir ölkəni necə təmsil edə bilər?!

Dövlətin öz dövlət maraqlarını və vətəndaşlarını qorumaq üçün hər yerdə gizli, qeyri-rəsmi görən gözü, eşidən qulağı, çevik qurumu olmalıdır. Olmalıdır! Ancaq yoxdur və bu, ciddi bir boşluqdur, həm də çox ciddi...

Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı


Xəbər 3611 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +