Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


17.09.2022  20:23 

Şəhid Hüseyn Nəcəfzadə Abşeronda dəfn edilib





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant 1997-ci təvəllüdlü Hüseyn Abbasqulu oğlu Nəcəfzadə Abşeronda dəfn edilib.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, 25 yaşlı şəhidimizin nəşi yaşadığı Abşeron rayonu Saray qəsəbəsinə gətirilib.

Mərasim iştirakçıları şəhidi “Qarabağ Azərbaycandır”, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək, son mənzilə yola salıblar.

Şəhid baş leytenant Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Vida mərasimində rayon rəhbərliyi, H. Nəcəfzadənin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib.

Qeyd edək ki, şəhid baş leytenantın oktyabrın 11-də toyu olacaqdı.

Xəbər 2456 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +