Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


13.09.2022  15:43 

Azərbaycan auditoriyasını yanlış yönləndirmə cəhdləri artıb...





A+  A-

Bu gecə Daşkəsən, Kəlbəcər və Laçın rayonları ilə sərhəddə erməni ordusunun təxribatları nəticəsində baş vermiş toqquşmalar ərəfəsi və sonra informasiya cəbhəsində də fəallıq və təxribatlar artıb.

Sanki 2020-ci ilin Tovuz təxribatı zamanı müşahidə etdiklərimiz indi də təkrarlanır. Ermənistanın bütün diplomatik, siyasi institutları, erməni diasporu və lobbisi, mediası səfərbər olunmuş vəziyyətdədir.
Qərbin ermənipərəst siyasətçilərindən ilk reaksiyalar da var. Görünür, təxribatlarla yanaşı onun informativ, siyasi-diplomatik ayağı da əvvəlcədən planlaşdırlıb və hazırda plan üzrə də davranılır.

İnformasiya cəbhəsində edilmiş bir –iki təxribata diqqət yönlətmək istərdik.

Erməni tərəfi Azərbaycan ordusunun Ermənistan tərəfindən mülki əhali, obyektv və infrastruktun hədəfə alması, Azərbaycan ordusu Ermənistan ərazisindəki Gorus, Basarkeçər (Sotk) və İstisu (Cermuk) istiqamətində hücuma keçməsi haqda məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi mülıki obyektlərin hədəfə alınması haqda məlumatı təkzib edib.

Sentyabrın 12-si-son eskalasiyadan 8-10 saat əvvəl İranın Fars Xəbər Agentliyi Təl Əvivdən -“işğal olunmuş Fələstin ərazisindən” Bakıya təyyarələrlə silah daşınması haqda xəbər yaydı. Xəbərin ciddiliyini
sübut etmək üçün uçuş trayektoriyasını əks etdirən xətitələr, Azərbaycan və İsrail rəsmilərinin əməkdaşlıq haqda müxtəlif zamanlarda səsləndirdiyi fikirlər də əlavə olunub. Xəritəyə əsasən, uçuşlar Ermənistan hava məkanından keçməklə həyata keçirilib. Bu,
informasiyanın ciddiliyini avtomatik olaraq şübhə alıtna almağa əsas verir. Yeni “hadisə”nin bir neçə gün, bir neçə ay, hətta bir neçə il əvvəl səslənmiş və kontekstdən çıxarılmış fikirlərlə əsaslandırlması
isə yayılan xəbərin feyk olmasını göstərir.

Bu gecə erməni teleqram kanalları Rusiyanın 102 saylı hərbi bazasının həyacan siqnalı ilə ayağa qaldırılıb bir nömrəli hazırlıq vəziyyətinə gətirilməsi haqda məlumat yaydı. Amma bu məlumat təqsdiqlənmədi, dezinformasiyanın da, KTM-ə müraciətin də Azərbaycan-Rusiya qarşıdurması yaratmağa xidmət etməsi şübhə doğurmur. Rusiyanın və KTM-in ilkin reaksiyası kifayət qədər balanslıdır, bu təşəbbüslərin
səmərə vermədiyini göstərir.

Azərbaycan daxil auditoriyasını yanlış yönləndirmə cəhdləri də artıb.

Tovuz döyüşləri, II Qarabağ savaşı və sonradan uzun müddət münaqişənin həlli istiqamətində ölkənin siyasi rəhbərliyi tərəfindən atılan bütün addımlar ( o cümlədn müharibə qərarı) cəmiyyətin ən fərqli kəsimləri tərəfindən birmənalı dəstəklənib və Ali Baş Komandanın da qeyd etdiyi kimi, münaqişənin həliinə baxışda mövcud milli birlik qələbəmizin ən mühüm rəhni olub. Təəssüf ki, bu gün məhz milli birliyi hədəf alan təşəbbüslərə öz daxilimizdə ya bilərkdən ya bilməyərəkdən dəstək verənlər tapılır.Qazi aksiyaları bu etirazları işqılalandıranların təqdimatında sosial problemlərin aradan qaldırlması, müəyyən
qurumların səhlənkarlığına etirazdan çox, qaziləri “sosial inqilabın” əsas hərəkatverici qüvvəsinə çevirmək təşəbbüslərinə, orduya inamsızlıq aşılama aktına çevrilir, bu yöndə şüarlar, çağırışlar da səslənir.

Bu gecə erməni ordusunun təxribatlarına verilən cavab isə müəyyən siyasi qüvvələr tərəfindən Qərbi başqa istiqamətdə məşğul etmək və daxili auditoriyanın diqqətini yayındırmaq üçün Rusiyaya edilən kömək kimi qiymətləndirilir. II Qarabağ müharibəsi günlərində yalnız bir- iki siyasi fəal belə mövqe tuturdusa, indi təəssüf ki, Qiyasolların sıraları xeyli genişlənib.

Cəmaləddin Quliyev

Xəbər 1552 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +