Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


09.09.2022  17:31 

Bu HESABATda Ermənistanla Gürcüstan Azərbaycandan niyə irəlidədir?





A+  A-

Azərbaycan uzunömürlük, təhsil və iqtisadi rifah sahəsində 195 ölkə arasında 91-ci yerdədir. Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı yeni hesabatda belə deyilir.

Qeyd edilir ki, ümumiyyətlə, dünyada 10 illərlə davam edən irəliləyişlər pandemiya səbəbindən xeyli geriləyib.

Qonşu ölkələrə gəlincə, Ermənistan, Gürcüstan və Türkiyədə durumlar Azərbaycana baxanda yaxşıdır.

Ermənistan siyahıda 85, Gürcüstan 63, Türkiyə isə 48-ci yerdə qərarlaşıb.

Hesabatda bildirilir ki, qlobal İnsan İnkişafı İndeksi 2 il ard-arda azalıb.

Ölkələrin 90 faizindən çoxunda ya 2020, ya da 2021-ci ildə azalma müşahidə olunub və bu, əvvəlki beş ilin qazanclarını örtüb.

Təşkilat hesab edir ki, bunun səbəbi həm dünyada yayılmış COVID-19 pandemiyası, həm bu ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsidir, həm də qlobal iqlim dəyişikliyinin zərərli təsirləridir.

“Dünya bir-birinin ardınca baş verən böhranlara cavab verməyə çalışır. Yaşayış xərcləri və enerji böhranları ilə gördük ki, fosil yanacaqların subsidiyalaşdırılması kimi sürətli həllərə diqqət yetirmək cazibədar olsa da, təcili yardım etməli olduğumuz uzunmüddətli sistem dəyişikliklərini gecikdirir”, – BMT İnkişaf Proqramının administratoru Achim Steiner belə deyib.

84 illik ömür uzunluğu ilə İsveçrə siyahının başındadır. Bu ölkədəki təhsil müddəti 16,5 il, orta gəlir isə 66 min frankdır.

Siyahının sonundakı ölkə Cənubi Sudandır. Bu ölkədə orta ömür 55 il, təhsil müddəti 5,5 il, orta illik gəlir isə 768 dollardır.

Təşkilat hesabatı 2021-ci ilin göstəriciləri əsasında tərtib etdiyini bildirib.

Azərbaycanla bağlı vəziyyətə gəlincə, ölkənin İnsan İnkişaf İndeksi ötən il bir qədər artıb – 0,745 olub. 2020-ci ildə bu rəqəm 0,741 idi.

Gender Bərabərsizliyi İndeksi üzrə Azərbaycan 177 ölkə arasında 70-ci yerdə qərarlaşıb.

Ölkə parlamentində təmsil olunan qadınlar isə bütün sayın 18,2 faizini təşkil edib.

Azərbaycanda uzun ömür 69.4 yaşdır. Qadınlar üzrə 73,3, kişilər üzrə isə 65,6-dır.

Doğuş zamanı ana ölümlərinin sayı hər yüz minə 26 nəfər düşür.

Gözlənən təhsil ili – 13,5, orta təhsil müddəti isə 10,5 ildir.

Gəlirə gəlincə, adambaşına düşən orta illik qazanc 14,257 manatdır.

BMT bildirib ki, indeksə daxil edilən 191 ölkənin əksəriyyətində gözlənilən ömür uzunluğunda geriləmələr olub.

Göstəricilər 2016-cı ildə müşahidə olunan səviyyəyə qayıdıb. Bu da 30 ildir artan ömür uzunluğunun ilk dəfə geriləməsi deməkdir.

Achim Steiner əlavə edir ki, 2021-ci ilin göstəriciləri bədbindir, çünki 80-dən çox ölkənin öz borcunu ödəməkdə çətinlik çəkdiyi görünür:

“Ciddi pozuntular müşahidə edirik və onların yaxşılaşdırılması üçün illər lazım olacaq”./Meydan TV

Xəbər 1499 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +