Bakının mərkəzində təhlükə...-VİDEO
Qobustanda yollar buz bağladı: Zəncirvari qəza
Şəhid Mehti Şıxəliyevin atası vəfat etdi
Tahir İmanov başçını parodiya etdi - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - Video
Fabrikdə güclü yanğın...
Sürücülərə xəbərdarlıq: Bu yollar...
İran XİN-i bu ölkələrə səfər edəcək
Moskvada hava limanlarında müvəqqəti fasilə yaranıb
Kamran Əsədov məhkəmdə günahkar olduğunu etiraf edib


07.09.2022  14:32 

Rusiyadan köçən İT mütəxəssislər Ermənistanda... - Bizə nə vəd edir?





A+  A-

Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər? Bir anda on minlərlə İT mütəxəssisin və şirkətlərin Ermənistanda möhkəmlənməsi bizə nə vəd edir?

Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən İKT sektorunu böhran bürüdü.

Xarici İT şirkətlərin böyük əksəriyyəti Rusiyanı tərk etdi. Rusiyanın işsiz qalan yüz minlərlə İT mütəxəssislərinin kütləvi relokasiya prosesləri başladı.

Bəs Rusiyadan baş götürüb gedən İT mütəxəssis və şirkətlər hansı ölkələrə üz tutub ?
Əvvəllər də bu haqda yazmışdım, rusların güclü relokasiya ölkələri fərqliydi.

İndi məlum olur ki , 50 000 İT mütəxəssis, xüsusən də proqramçılar Ermənistana relokasiya edibmiş. Bunu Ermənistanın İqtisadiyyat naziri Kerobyan bildirib.

O, Rusiyadan son zamanlarda yalnız İT mütəxəssislərin deyil, 20 -dən çox İT şirkətin də Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb.

Ümumiyyətlə isə, hazırda Ermənistanda vergi ödəyicisi olaraq 850 Rusiya şirkətinin və 350 fərdi sahibkarın fəlaiyyət göstərdiyini, 40 minədək hüquqi və fiziki şəxsin Ermənistan banklarında hesab açdığını bildirib .

Xatırlayıram ki, bir neçə gün öncə Rusiya bazarından çıxan tanınmış Amerika şirkəti NVİDİA da İrəvanda ofis açdı.

Bir müddət öncə Yandex də İrəvanda 1000 nəfəri işə cəlb etməklə ofis açmışdı.
Beləliklə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya İT mütəxəssislərin və şirkətlərin relokasiya prosesinin əsas mərhələsinin başa çatdığını düşünmək olar.

Müşahidələr göstərir ki, müharibə başlayandan sonra Rusiyadan miqrasiya edən mütəxəssislər və şirkətlər əsasən Özbəkistan, Gürcüstan, Qazaxıstan və Ermənistan bazarlarına üz tutdular.

Relokasiya proseslərində Azərbaycan yer almayıb. Bildiyim qədər bəzi dövlət qurumları bu istiqamətdə Rusiya şirkətləri, İT komandalarla danışıqlar aparsa da, biznes mühitin cəlbedici olmaması baxımından uğulu yekunlaşmayıb.

Azərbaycana Rusiyadan və Ukraynadan yalnız məhdud sayda mütəxəssislərin və ailələrin gəldiyi bildirilir.

Düşünürəm ki, on minlərlə İT mütəxəssislərin, İT şirkətlərin, eyni zamanda xarici ölələrin İT şirkətlərinin bir anda Ermənistan bazarlarında yer alması və möhkəmlənməsi bizim üçün çox düşündürücü olmalıdır.

Fikrimcə, bununla da yaxın perspektivdə bədnam qonşumuzda yeni mühit formalaşaq, hansı ki, bizim milli maraqlarımıza heç də uyğun olmayan bir mühitdən söhbət gedir.

Adi hesablamalarla proqnozlaşdırmaq olar ki, düşmən ölkə yaxın bir neçə ilə nələr əldə edə bilər.

Fikrimcə, bu məsələ bizim üçün yalnız iqtisadi məsələ olmamalıdır, bu, daha çox milli təhlükəsizlik məsələsidir.

Osman Gündüz

Xəbər 3017 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.12.2025  14:56 

Fabrikdə güclü yanğın...

14.12.2025  01:54 

Qazaxda yol qəzası: Yaralılar var

14.12.2025  01:47 

Rusiyada hava limanları bağlandı

14.12.2025  01:23 

Mehdiyev iki nazirdən çəkinirdi

14.12.2025  00:53 

“Rekord.az” 15 YAŞINDA

14.12.2025  00:35 

Biləsuvarda ağır yol qəzası

14.12.2025  00:33 

Elbəyi Kərimli vəfat etdi

14.12.2025  00:23 

Aİ-dan Rusiya ilə bağlı qərar

13.12.2025  18:52 

Rusiyada təyyarə qəzaya uğrayıb

13.12.2025  11:38 

Rusiyaya PUA hücumu ölənlər var


BÜTÜN XƏBƏRLƏR +