Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


24.08.2022  12:01 

İki bəsit səhv – iki qol və məğlubiyyət...





A+  A-

Gül kimi oyun gedir, hesabda irəliyik, rəqib qol vəziyyəti yarada bilmir, heç üfüqdə də görünmür. Əksinə, “Qarabağ”ın ikinci qolu vurması dəqiqə məsələsi halına gəlib. Rəqib, şərhçilərin sevimli ifadəsi ilə desək, mərkəzdən “duran top” vurur. Birdən qapıçımız Şahruddun heç bir səbəb olmadan, qapısını boş qoyur, yetim cücə görmüş ley kimi irəli şığıyır, düz 18 metr qabağa gedir, topu qaytarmaq üzrə olan müdafiəçimizə mane olur, top rəqibin ayağına düşür və bəsit bir qol yeyirik. Hər şey sanki Şahruddinin belə deməsiydi: “Ey “Viktoriya”, bu da məndən sizə hədiyyə olsun”.

Qurban hoca düz edir, oyunçusunu müdafiə etməkdə də haqlıdır, “elə oyun olub ki, hamı “Şahruddin” qışqırıb” deyəndə də. Ancaq ortada çılpaq həqiqət var. “Qarabağ” Plzenin “Viktoriya” komandasından güclüydü - ən azı 55/45 nisbətində. İki bəsit səhv – iki qol və məğlubiyyət. Acı nəticə budur.

Hər il kimsə bütün oyunları yaxşı oynayacaq, amma ən həlledici matçda cinayətə bərabər səhv buraxacaq və komanda uduzacaq – belə şey olarmı?

Çox da ki, Şahruddin o biri oyunlarda N qədər seyv edib. Amma fakt budur ki, axırda 1 səhv 3 gözəl seyvi aparır, nəticəni puç edir.

Dünən o iş baş verdi. Heç bir qol vəziyyəti olmadan 2 qol yedik. Çexlərin “Real”ı udublarmış kimi çığırışması, atılıb-düşməsi ürək ağrıdırdı. Onlar oynayıb udmadılar, bunu onlara Şahruddin bəy hədiyyə etdi. Yerlisi Nəcməddin Qarabağı hansı günə qoymuşdusa, özü də “Qarabağ”ı o günə qoydu.

Demirəm, Şahruddini asaq, kəsək, qovaq, cərimələyək, nə bilim, nə. Ancaq belə oyunçuya çox güvənmək olmaz. O, bir yerə qədərdir. Ən həlledici oyunda belə məsuliyyətsizliklər edəcəksə, onunla heç bir uğur əldə etmək mümkün olmayacaq.

Yaxşı qapıçı komandanın yarısıdır, hətta daha artıqdır. Əgər güclü qapıçın varsa, hesab et ki, 12-13 nəfərlə oynayırsan, yox, qapıçın zəifdirsə, demək, meydanda 7-8 nəfərsiz və arxa boşdur. İndiyədək komandasını çoxluqda oynadan Şahruddin dünən “Qarabağ”ı azlıqda qoydu. “Qarabağ” qələbə üçün hər çeyi etmişdi, lazımi qolu vurmuşdu, amma boş qalan qapı faktoru hər şeyi korladı.

“Viktoriya” dişi it cinsindən olan komandalardandır. Qoldan sonra necə olmuşdular? 5 dəqiqədə 3 sarı kart aldılar. Oyunçularımızı durduq yerdə qoşa əllə itələyirdilər, bir azdan şillə-təpiyə keçəcək, qırmızı kart alacaqılar. “Qarabağ” ikinci qolu vurmasa da, “Viktoriya” bu hirs-hikkə ilə heç nə edə bilməyəcəkdi. Təkcə Şahruddin irəli şığımasaydı.

Əminəm ki, o elə edəndə on minlərlə azarkeş “hara gedirsən, ayə”, - deyə qışqırıb. Heç olmasa, Maksim meydanda olsa, “kuda pryoş, brat” deyərdi. Qara rusca bilmir, deməyib. Şaxruddin də yəqin ki, po-azerbaydjanski ne znaet.

Qapıçıların öz komandasını becərdiyi oyunlar çox olub. Hər gün olur. Əbəs yerə qapıçı komandanın 1 nömrəli oyunçusu sayılmır.

Yadıma gəlir, sovet vaxtı “Neftçi” hansısa komanda ilə oynayırdı. Hər şey yaxşı gedirdi. Rəqib hücum etdi, cərimə meydançamıza ötürmə etdilər, qapıçımız Sergey Kramarenko irəli şığıyıb topu tutdu, amma rəqib hücumçu onun tutduğu topa təpik atdı və yerdə qaldı. Hamı gözləyirdi ki, Kramarenko indi topu irəli vuracaq. Amma o, nə etdi? Topu sol qoltuğana alıb yerdəki, artıq dizi üstündə olan forvarda yaxınlaşdı, bayaqdı ha, gədənin qulağının dibindən bir tərəkəmə şapalağı tutuzdurdu. O da bütün rəqib oyunçuların etdiyini etdi, üzünü tutub bağırdı, təzədən qazona uzandı. Hakim Sergeyə qırmızı kart verdi, azlıqda qaldıq. Qapıya müdaifiəçi Asəf Namazov keçdi. Oyunun yerdə qalan hissəsində mərkəz xətti o tərəfə keçə bilmədik.

İspaniya millisinin qapıçısı İker Kasilyasın karyerasına mundialdakı zəif oyunu son qoymadımı? Holland Robbenin onu meydanda iməklətdiyi yadınızdan çıxmış olmaz. Həmin oyunda İker 5 qol buraxdı, ta bir də milliyə çağırmadılar.

Buffonu Buffon edən etibarlı oyunu idi. Noyer də eləcə. Lev Yaşini, Dasayevi 40-50 ildən sonra hələ də xatırlayırlar. Söz yox, onlar da, şərhçilər demişkən, “çıxışda səhv edirdilər”, amma Şahruddin kimi çıxışın ortasına sıçRAYış etmirdilər.

Nəysə, oldu, keçdi. Könül istər ki, güclü komandaya uduzsaq da, hakim qərəzinə və ya bir oyunçunun bəsit xətasına görə uduzmayaq. Oynayaq, görək, rəqib güclüdür, gücümüz çatmır. Yoxsa belə uduzmaq adamı yandırıb-tökür.

Samir SARI

Xəbər 2811 dəfə oxunub.



24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +