Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


22.08.2022  17:11 

İctimai fəal Bəxtiyar Hacıyev sərbəst buraxılıb





A+  A-

İctimai fəal Bəxtiyar Hacyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını və artıq sərbəst buraxıldığını qeyd edib.

XəzərNews.az xəbər verir ki, o, bu barədə Feysbuk-da bildirib.

"Düz 4 ay bundan əvvəl axşam saatlarında başında maskalı şəxslər tərəfindən şəhərin mərkəzindən oğurlanmışdım. V. Eyvazov və F. Muradovla bağlı postları sildirmişdilər. DİN guya araşdırırdı, tapmırdı.

Düz 4 ay sonra gündüz saatlarında yenə şəhərin mərkəzində mülki şəxslər tərəfindən oğurlandım. Bu dəfə də V. Eyvazov və F. Muradovla bağlı postları sildirdilər. Bu dəfə maskasız, Baş İdarədə.

Məncə, artıq şərhə ehtiyac yoxdur. Ətraflı yazacam", - deyə o bildirib.

O növbəti paylaşımında isə hadisənin təfərrüatını danışıb:

"Bu gün piyada ofisə gedərkən yolda dayanmış bir avtomobildə iki nəfərin mənə baxdığını, məni izlədiyini gördüm. Bir az irəlilədikdən sonra mülki geyimdəki bir şəxs mənə tərəf qaçmağa, məni tutmağa başladı, mən təkrar oğurlanmaqdan ehtiyatlanaraq, yaxınlaşan şəxsin kim olmasını bilmədiyim üçün oradan uzaqlaşmağa çalışanda üstümə hücum çəkdi, bir neçə nəfər zorakılıqla məni maşına mindirməyə çalışdılar. Bu müddətdə imkan tapıb, canlı yayım aça bildim ki, ictimaiyyətin xəbəri olsun.

Məni "Banditizm"ə apardılar, maşından düşürəndə başıma və qollarıma vururdular. Orada bir müddət saxladıqdan sonra Baş İdarənin rəisi Əbülfət Rzayevin yanına apardılar.

Ə.Rzayev nazirlə bağlı postları silməyimi tələb etdi, dedi biz güc nazirliyiyik, sənlə güclə danışırıq, gücümüzü nümayiş etdiririk, bir də belə olsa, səni həbsə göndərəcəm.
Sonra qaldırdılar yuxarı mərtəbəyə, Fuad Muradovu gətirdilər, o da gəlib mənə dövlətçilik dərsi keçdi, profilaktik söhbət etdi. Mən vəkil tələb etsəm də, təmin etmədilər. Bir müddət sonra ekranını çatlatdıqları telefonumu gətirdilər, V. Eyvazovla bağlı postları silməyi tələb etdilər. Bu arada F. Muradovla bağlı postları da sildirdilər. (4 ay əvvəl maskalı şəxslər tərəfindən oğurlananda da F. Muradov və Eyvazovla bağlı postları sildirmişdilər). Postları sildirərkən əməliyyatçılardan biri öz saxta "Facebook" profilindən yoxlayırdı, profil fotosunda Əli Kərimlinin fotosunu qoymuşdu (çox güman ki, bu foto ilə cəbhəçilərin etibarını qazanıb, dostluqlarına girib, izləmək üçün).

Sonra yenidən Ə. Rzayevin yanına gətirdilər, o da növbəti dəfə məni hədələdi ki, bir də polis, nazirimiz haqqında xoşagəlməz nə isə yazsan, gücümüzü başqa formada göstərəcəyik. Mən də nə onun, nə də hakimiyyətin əbədi güc sahibi olmayacağını dedim, uzun həyat arzuladım ki, əlində güc olmayanda indi etdiklərinin cavabını görməyə ömrü bəs eləsin.

Daha sonra əməliyyatçılar tranzit nömrəli maşınla məni gətirib ofisimizin qarşısında düşürdülər.

Faktiki olaraq dövlət vətəndaşla bandit kimi davranır... Bir gün inşallah gün gələcək, dövran dönəcək, bu gün etdiklərinə görə cavab verəcəklər".

Xəbər 1025 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +