Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


11.08.2022  21:46 

YOL OVQATI - Bir ölkədən aldığım dərs...





A+  A-

Başqa ölkələrə qibtə ilə baxmaq mənasızdır. Çünki insan kimi, hər xalqın da öz taleyi var; üstəlik iqlim, təbii şərait, keçilən tarixi yol da təsirsiz qalmır. Ancaq dünya gör-götür dünyasıdır və yaxşı şeylər gözdən yayınmır.

Bosniya-Hersoqoviniya, Xorvatiya və Sloveniya ilə qısa müddətli tanışlıq zamanı ürəyimdən keçən əsas fikir beləydi: niyə biz də öz yurdumuzda buna bənzər sadə, lakin mükəmməl səliqə-sahman yaratmırıq, niyə təbiətimizi bu cür qorumuruq, niyə torpaqlarımızdan bu şəkildə istifadə edə bilmirik, niyə bütün kəndlərin belə səliqəli asfalt yolları yoxdur, niyə onlar kimi gözütoxluqla yaşamaqdan imtina edib qısa həyatımızı gərəksiz ehtiraslarla yükləyirik?

Niyələr çoxdur. Hamısını saymaq imkansızdır...

Heç birinin nə nefti var, nə qazı! Amma gözəl və zəngin təbiətləri, bərəkətli torpaqları var. Üç ölkədən keçirsən, bir parça boş, becərilməyən sahə görmürsən, hər yan gül-çiçək ola-ola eyvanlar də gül dibçəkləri ilə haşiyələnib. Çox da böyük olmayan evlər təmtəraqdan uzaq, yan-yana, eləcə yaşıl çəmənlikdən bitmiş kimi, bircəsinin də hasarı yox... Balaca həyətlərin hər birində kiçik bostanlar: ailəyə lazlm olan tərəvəz məhsulları üçün. Dörd-beş ev bir yerdə, xırda xutorlar, meşə içində, ya da öz təsərrüfatlarının, tarlalarının ortasında.

Üç ölkə keçəsən, heç yerdə toz-duman, küçəyə, yola atılan çöp, əsəblərə toxunan bir səliqəsizlik, təbiətə hücum görməyəsən-bizim alışmadığımız durumdur.

Bosniya-Hersoqoviniya hələ Yuqoslaviyanın mövcudluğu donəmində, metalurgiya sənayesi ilə tanınıb, bəzi zavodlar bu gün də işləyir, daglardan filizli torpaq daşındıqdan bir müddət sonra qazıntı yerlərində yaşıl örtük, meşələr yenidən bərpa edilir.

Yuqoslaviyanın dağılmasının və federal vahidlərin müstəqilləşməsinin ən ağır qarşılığını boşnak-müsəlman xalqı ödəyib. Dünyanın gözünün qabağında boşnaklara qarşı soyqırımı törədilib. Təkcə Serebritsa faciəsini xatırlatsaq bu soyqırımın miqyasını təsəvvür etmək olar. On minlərlə boşnak gənci dünya görə-görə güllələndi; başkəsən dəstələri bir neçə il bu ölkəni qan gölünə döndərdi, lakin başnak xalqı sınmadı.

Sarayeva boyda bir şəhər təkcə Ümid tuneli ilə gətirilən ərzaqın hesabina yaşasa da düşmənə təslim olmadı.

Müharibənin yaraları hələ də sağalmayıb. Savaş bölgələrində tərk edilmiş evlərin bir qisminə hələ həyat və sakinlər qayıtmamışdır. Lakin ötən müharibənin bundan da təsirli “izləri-yadigarları” var: şəhid məzarliqları. Sarayevadakı qəbristanlar şəhər mənzərəsində çox aydın seçilir: həm yamaclarda, hamının gözü qarşısında olduqalrına, böyük ərazilərinə, həm də göz qamaşdıran ağ mərmər başdaşlarının səliqəli və sanki sonu olmayan sıralanmasına görə.

Yol boyu qəbristanların sayı-hesabı yoxdur. Eyni böyüklükdə, eyni üslublu, ağappaq mərmər parçaları... Üstündə şəkil-filan da yox; sadəcə adlar yazılıb, bizim adlar, müsəlman adları. Elə bu adları daşıdıqlarına görə də qəsdinə durulmuşdu boşnakların...

Qəbirlər insan ömrünün son nişanələridir. Heç biri abidəyə, bütə, ailənin maddi imkanlarının nümayiş vasitəsinə çevrilməyib. Buna görə də bu məzarlar dünyasında bir rahatlıq, bərabərlik duyğusu, əbədi bir qardaşlıq havası var.

Toplumdakı qeyribərabərlik bir yana, hətta qəbristanlarımız da harınlığın, maddiyyatçılığın, başqalarına üstdən aşağı baxmaq qudurğanlığının, təbəqələşmənin göz deşdiyi yerə çevrilib.

Bosniya-Hersoqoviniyada əsasən üç xalq yaşayır: müsəlman böşnaklar, hersoqoviniyalılar və serblər. Xorvatiya sərhədindən ölkənin başkəndi olan Sarayevaya qədər boşnakların məskənləri məscid minarələri ilə seçilir. Sarayeva da bir müsəlman şəhəridir. Bunu ilk baxışda da seçmək çətin deyil. Üz-üzə dayanmış yamaclarda şəhərin minarələrini saya bilmədim, ancaq Bakıdakından ən azı 10-15 dəfə çox olar. Üstəlik şəhərin qədim məhəllələri Osmanlı çağlarının havasını hələ də qoruyub saxlayır... Çarçı-bazarı, məscidləri, şadırvan və meydanları, çay bağçaları ilə İstanbuldan, Bursadan, Ərzurumdan az fərqlənir.

Paşaların, valilərin yapdırdıqları, körpülərə, came və saraylara baxdıqca ürəyi qəribə bir xiffət bürüyür. Osmanlı sancaqları, mehtər marşları və at kişnərtisi üçün darıxırsan.

Sıra-sıra meşəli daglara, dərin dərələrə baxdıqca bu torpaqlardan adlayıb Vyanaya kimi getmiş orduların, türk əsgərinin qəhrəmanlığı yenidən ürəyini qanadlandırır. Hansı ruh idi onları bu naməlum dağlardan aşıran, bu meşələrdən, çaylardan keçirən. Bu uzaq məsafələri at üstündə necə keçmişdilər?

İndi yalnız xatirələr qalıb... Dünyamız kiçildikçə ruhumuz da, sözümüz də qısılıb. Tərk etdiyimiz yerlərə həsədlə baxırıq.

Nə qədər ki son mənzillərimizdə də bərabərlik yoxdur, bu dünyamızda ədaləti və haqqı bərpa edə bilməyəcəyik.

Bizim kimi ağır bir savaşdan çıxmış bir ölkədən aldığım dərs bu oldu...

Sabir Rüstəmxanlı
26.07.2022


Xəbər 3799 dəfə oxunub.




28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +