Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


01.08.2022  11:56 

Təhsil sistemi vətəndaş yetişdirir, yoxsa trol?





A+  A-

Ölkəmizdə təhsil öz ətrafında 2 milyon şəxsi birləşdirir. Onların 1.6 milyonu şagird, 230 mindən çoxu tələbədir. 200 minə yaxın isə müəllimimiz var. Gəlin görək onlar sosial şəbəkələrdə nə işlə məşğuldurlar?

Təhsil işçiləri, sosial şəbəkələr və məddahlq!

Siz məktəb direktorunun şəxsi profilində və ya məktəbin səhifəsində maarifləndirici, təhsildə inkişaf üçün bir fikri görürsünüz?

Hamısı nazirliyin bir məmuru və rəsmisi nəsə yazan kimi şərhə “salam”, “uğurlar”, “möhtəşəmsiniz” kimi yazmaq üçün sıraya düzülürlər. İmkan daxilində daha tez şərh yazmaq istəyirlər ki, məmurun diqqətini cəlb etsinlər. Bəsiləri isə sanki sosial şəbəkədə növbə çəkir, nazirlik qurumları və nazirlik işçilərinin elə bir paylaşımı yoxdur ki, belələri orada hökmən yazmaq xətrinə nəsə yazmasın.

Ölkə üçün vətəndaş hazırlamalı olan məktəbin rəhbər və pedaqoji heyətinin məddahlıq və yaltaqlıq mövqeyi tutması, onların özləri kimi vətəndaş mövqeyi olmayan kütlə formalaşdırmaqdan başqa bir imkanları varmı?

Elm və Təhsil Nazirliyinin məhz bu cür məddah təhsil işçiləri və yaltaq məktəb rəhbərlərinə etimad göstərməsi belələrinin sürətlə artmasına münbit şərait yaradır.

Ölkə prezidenti sonuncu təyin etdiyi icra başçısı ilə görüşdə ona bildirdi ki, ictimai nəzarətə böyük önəm versin. Videoformatda təşkil edilən görüşdə bu həm də xalqa bir mesaj idi ki, dövlət qurumlarına ictimai nəzarət edin.

Elm və Təhsil Nazirliyi isə onları tənqid edən insanalrı susudurmaq və onlara qarşı trol hücumu təşkil etməklə mübarizə aparır.

Artıq nazirlik öz maddi və inzibati resurslarından istifadə etməklə ölkədə ələ almadığı mətbuat və vətəndaş cəmiyyəti institutu saxlamayıb. Kimisinə qrantla, kimisini vəzifə ilə, kimisini də trol hücumu ilə sıradan çıxardır.

Bu genefondumuzun məhv edilməsi deməkdir!

Kamran Əsədov
Təhsil üzrə ekspert


Xəbər 1243 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +