Prezident İlham Əliyev bu məhkəmələrə hakim təyin etdi
Böyük Britaniya 3 qrupu terror təşkilatı elan etməyə hazırlaşır
Rusiya kanallarının yayımının dayandırılmasının müzakirəsinə başlanılmalıdır
Rusiya Azərbaycana nota verib
Rusiya Azərbaycanın müstəqil xarici siyasətini qəbul etmək istəmir - Vahabov
DİN Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələri saxlayıb
Ukrayna Rusiyaya PUA hücumu edib
Peskov Bakıdakı həbslərdən DANIŞDI
Azər Zahid buraxılıb
İki min müəllim sertifikatlaşdırma imtahanından kəsilib


26.07.2022  15:07 

Rüşvətlə ədalətsiz məhkəmə qərarı çıxaran hakim...





A+  A-

Aldığı rüşvət müqabilində ədalətsiz məhkəmə qərarı çıxarmış sabiq hakiminin qanunsuz əməlləri ifşa edilib.

XəzərNews.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin adından qəbul edilmiş qanunsuz qətnamələrlə əsassız olaraq pensiya təyinatlarının aparılması və digər pozuntulara yol verilməsi faktı ilə bağlı ƏƏSMN və Ədliyyə Nazirliklərindən daxil olmuş material üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.


İstintaqla müəyyən olunub ki, 2008-2019-cu illərdə Məhkəmənin hakimi işləmiş İlyas Mahmudovun icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilə-bilə ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb edərək almasına, 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr var.

Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış kifayət qədər sübutlar əsasında İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 3237 dəfə oxunub.




01.07.2025  16:09 

Rusiya Azərbaycana nota verib

01.07.2025  15:17 

Ukrayna Rusiyaya PUA hücumu edib

01.07.2025  15:03 

Azər Zahid buraxılıb

01.07.2025  13:17 

Yasamalda yanğın VAR

01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir


BÜTÜN XƏBƏRLƏR +